Rusiyada məşhurlaşan müğənni Nəvai Bəkirov (Navai) izləyicilərinin suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, sənətçi "Karyera yoxsa sevgi?" sualına belə cavab verib:
"Karyera əladır! Amma qocalanda sənə bir stəkan su verməyəcək. Buna görə də birinci yerdə sevgi olmalıdır. Qalan hər şey sonra gəlir. Qocalanda insan istəyir ki, onu səmimi şəkildə sevən biri o suyu gətirsin. Bunların hamısı gənc, enerjili və yaraşıqlı olduğun zaman mənalıdır. Amma 80 yaşın olanda, o milyardlar vecinə də olmur. Çünki əvvəlcə onu səmimi şəkildə kimə verəcəyini və onu kimə xərcləyəcəyini də bilmirsən. Ona görə də vaxtında diqqət və sevgi vermədiyin övladların, sən can verəndə sənə görə yox, miras üçün bir-biri ilə dalaşırlar. Düşünürəm ki, bu cür hekayələri çox eşitmisiniz".