“Yerkrapa” terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib.
Axar.az xəbər verir ki, bu barədə “GSSR44” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var. Həmçinin ərazidə separatçı əski parçası dalğalanır. Terrorçuları daşıyan nəqliyyat vasitələri Ermənistan MN-ə aiddir.
Revanşizmə xidmət edən bu kimi addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir.