Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu .....                     Bakıda evlərin qiyməti ilə bağlı son durum .....                     "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" .....                     “Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                     Bakı şəhəri bu gün bir daha yuyuldu .....                     “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” .....                     Paşinyan iki mühüm fiquru niyə dəyişdi? .....                     "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? .....                     Zubir “Qarabağ”dan getdi: .....                     Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi .....                     Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ .....                     "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                 

Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Tarix: 16-05-2025, 09:08 | Çap et
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra...
Xəbər verdiyimiz kimi, ötən ay Azərbaycanda inflyasiya sürətlənərək 6,3 faizə yüksəlib. Bu, 19 aydan sonra qeydə alınan ən yüksək göstəricidir: inflyasiya səviyyəsi sonuncu dəfə 2023-cü ilin avqust ayında bu göstəricidən yüksək olub. Göstərici həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankının proqnozlarından yüksəkdir.

Xatırladaq ki, aprel ayında Mərkəzi Bank uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb. Həmin qərarda uçot faiz dərəcəsinin dəyişdirilməyərək əvvəlki (7,25 faiz) səviyyədə saxlanılmasının səbəbi kimi inflyasiyanın tənzimləyicinin hədəfi daxilində, 6 faizdən aşağı olması göstərilib.

Mərkəzi Bankın qərarında bildirilirdi ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı illərdə illik inflyasiyanın hədəf daxilində (4В±2%) olacağı proqnozu dəyişməz qalır.

Qeyd olunurdu ki, 2025-ci ilin aprel ayında yenilənən proqnozlara görə illik inflyasiyanın cari ildə 5,3 faiz, 2026-cı ildə isə 4,3 faiz ətrafında olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanda inflyasiyanın hərəkətverici qüvvəsi kimi bir qayda olaraq ərzaq məhsulları çıxış edir. Apreldə ötən ilin eyni ayı ilə müqayisədə bu məhsullar 7,8 faiz bahalaşıb. Statistika Komitəsinin açıqladığı məlumata əsasən bu ilin dörd ayında ən yüksək inflyasiya meyvə və tərəvəz qiymətlərində qeydə alınıb. Belə ki, meyvə qiymətləri 2025-ci ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz, tərəvəz qiymətləri 17 faiz artıb. Təəccüblüdür ki, bu ilin əvvəlindən Azərabycan həm meyvə, həm də tərəvəz ixracını artırıb - yanvar-mart aylarında xaricə 153,3 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub.

Rəsmi statistikaya əsasən bu ilin yanvar-aprelində ölkədə 147,7 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. İstehsaldakı bu artım daxili bazarda qiymətlərin 17 faizlik artımı ilə müşayiət olunmaqdadır.

Aprel ayında dünya bazarında ərzaq qiymətləri mart ayı ilə müqayisədə 1 faiz bahalaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin aprel ayında orta hesabla 128,3 bənd təşkil edib ki, bu da mart ayı səviyyəsindən 1,2 bənd (1 faiz), ötən ilin aprelindəki səviyyədən isə 7,6 faiz çoxdur. FAO bildirir ki, apreldə şəkər və bitki yağlarının qiymət indekslərinin dəyərinin azalması taxıl, süd məhsulları və ətin qiymət indekslərinin dəyərindəki artımı kompensasiya etməyib.

Təşkilat aprel ayında taxıl qiymət indeksinin dəyərinin 111 bənd olduğunu bildirib. Bu, mart ayı göstəricisindən 1,3 bənd (1,2 faiz) çoxdur. Süd məhsullarının qiymət indeksi 3,5 bənd (2,4 faiz) artaraq 152,1 olub.

Ətin qiymətləri də xeyli artıb. İndeks apreldə 3,7 bənd (3,2 faiz) artaraq 121,6-ya yüksəlib.

Bununla yanaşı, şəkərin qiymət indeksi mart ayı ilə müqayisədə 4,1 bənd (3,5 faiz) azalaraq 112,8-ə düşüb. Həmçinin aprel ayında bitki yağlarının qiymət indeksi azalaraq (3,7 bənd və ya 2,3 faiz) 158 bənd təşkil edib.

Azərbaycanda aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi illik ifadədə 9,2 faiz artıb. Digər tərəfdən, 2025-ci ilin mart ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1,4 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 23,4 faiz, 2025-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,2 faiz artıb.

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, həm hökumət, həm Mərkəzi Bank, həm də beynəlxalq təşkilatlar inflyasiyanın sürətlənməsini proqnozlaşdırmışdılar: “Lakin real göstəricilər onların proqnozlarını da üstələməkdədir. Bu da ondan irəli gəlir ki, 2025-ci ilin əvvəlindən beynəlxalq iqtisadi-siyasi mühitdə çox ciddi dəyişikliklər baş verir. Bunun da ticarət müharibələri, rüsumların kəskin artımı, qeyri-rasional iqtisadi münasibətlər sisteminə doğru ciddi meyllərin formalaşması kimi səbəbləri var. Bu proseslər qlobal ticarət sistemində ciddi transformasiyalar təhlükəsini formalaşdırdı ki, bu da ticarət proseslərində məhsulların bahalaşmasına gətirən amilləri aktivləşdirdi. Bu gün biz görürük ki, idxal olunan məhsulların qiymətində kəskin artımlar var. Heyvan mənşəli məhsullarda bu artım 17 faizdən artıq, bitki mənşəli məhsullarda 15 faizdən çox, yağlarda 30 faizə qədərdir. Bir sıra qeyri-ərzaq məhsullarında da ciddi bahalaşma var: qeyri-üzvü kimya məhsullarında 30 faizdən artıq, plastik məmulatlarda 20 faiz, toxuculuq məhsulları 40 faizə qədər, ayaqqabılar 44 faiz. Yəni ölkədə hazırkı şərtlər daxilində idxal inflyasiyasının ciddi təzyiqini müşahidə edirik. Bundan əlavə, xidmət sektorunda qiymətlər də sürətlə artır ki, bu da inflyasiyanın daxili amillərinin də aktivləşdiyini göstərir. Digər tərəfdən, ilin əvvəlində minimum əməkhaqqı, minimum pensiya məbləğlərinin artırılması da inflyasiyaya artırıcı təsir göstərən amillərdəndir. Bu gün istehsalçı qiymət indekslərində artım var, hansı ki, onun istehlak bazarına tezliklə yansıması baş tutacaq, yəni inflyasiya daha da sürətlənəcək”.

Ekspertə görə, inflyasiyanın yüksəlməsinə səbəb əsasən ölkə bazarının idxaldan yüksək asılılığıdır. Bu şəraitdə hökumət manatın məzənnəsini sabit saxlamaq üçün addımlar atmalıdır: “Ən real təsiredici faktor məzənnənin saxlanmasıdır. Digər bir məsələ yerli istehsalın dəstəklənməsi ilə bağlıdır. Bu sahədə dövlətin yerli istehsal müəssisələrinə dəstəyinin davam etməsi vacibdir. İstehlak səbətinə daxil olan bir sıra məhsulların idxalının asanlaşdırılması, bazarda bolluq yaradılması üçün inhisarçı tərəflərin mövqeyinin zəiflədilməsi, məhsul təklif edənlərin sayının artırılması, sağlam rəqabətin bərqərar edilməsi vacib olan addımlardandır. Əks halda, Azərbaycanda inflyasiyanın daha da sürətlənməsi baş verə bilər. Bir sıra ölkələrdə məhsulların maya dəyərinə təsir edən faktorlar arasında digər amillər artırıcı təsir göstərəndə yanacaq qiymətləri azaldıcı təsir göstərir. Lakin Azərbaycanda bu prinsip işləmir: bir qayda olaraq neftin qiyməti düşəndə dövlət büdcəsi gəlirlərinin tarazlığını təmin etmək üçün yanacağın qiyməti artırılır. Buna görə də hökumətin digər effektiv alətlərdən istifadə edərək, qiymət artımını məhdudlaşdırması lazımdır. Bura Mərkəzi Bank tərəfindən sərt monetar siyasətin davam etdirilməsi, hətta deyərdim ki, bir qədər də sərtləşdirilməsi də aiddir. O cümlədən Mərkəzi Bank uçot dərəcəsinin artırılması istiqamətində addımlar ata, digər alətlərin vasitəsilə manatın məzənnəsinin saxlanmasını təmin edə bilər. Çünki manatın məzənnəsinin azalması inflyasiyanın daha da sürətlənməsi, əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması fonunda məcmu tələbin düşməsi və staqflyasiya təhlükəsini reallaşdırır”.

R.Həsənovun sözlərinə görə, ölkənin əsas ixrac məhsulu olan neftin dünya bazar qiymətinin aşağı düşməsi hökumətin əhalinin aztəminatlı təbəqəsini inflyasiyanın mənfi təsirlərindən qorumaq imkanlarını məhdudlaşdırır: “Bu gün ölkədə sosial xərclərin əhatə dairəsinin genişləndirilməsi üçün əlavə vəsait cəlbi imkanları məhduddur. Lakin digər xərc istiqamətləri üzrə qənaət, şəffaflıq və hesabatlılığı təmin etməklə sosial müdafiənin gücləndirilməsinə yönəltmək üçün vəsait əldə etmək mümkündür”.

İqtisadçı Eldəniz Əmirova görə, xarici ticarət balansında dinamika mənfi istiqamətə gedərsə, eyni zamanda tələbin qarşılanması üçün təklifin azalması qeydə alınarsa, ölkədə inflyasiya daha da sürətlənər: “Dövlət xərcləmələrinin artırılması inflyasiyanı artıran üçüncü bir faktordur. Dünya bazarındakı qiymət artımları idxal inflyasiyasının güclənməsinə gətirib çıxaracaq. Lakin düşünürəm ki, inflyasiyanın sürətlənməsi dövlət üçün heç də sərfəli deyil. Çünki bu, növbəti ildən dövlətin xərclərini daha da artırmış olacaq. Xüsusilə də sosial xərclərin, sosial layihələrin icrasına, dövlət öhdəliklərinin yerinə yetirilməsinə və digər məsələlərə daha çox vəsait lazım olacaq. Buna görə də hesab edirəm ki, hökumət var gücü ilə inflyasiyanın qarşısını almağa çalışacaq. Buna nə qədər nail olunacağını dəqiq söyləmək mümkün deyil, amma düşünürəm ki, ilin yekununda 6 faizin altında bir inflyasiya göstəricisini təmin etmək mümkündür, realdır. Yəni illik inflyasiyanın 6 faizdən yuxarı olacağını gözləmirəm. Çünki təcrübədən çıxış etsək, bir qayda olaraq dövlətin antiinflyasiya tədbirləri - istər monetar, istər fiskal baxımdan zəruri hallarda real təsirlərin əldə olunmasına imkan verir. Daha sonra müəyyən qədər məhdudlaşdırıcı tədbirlər yumşaldılır. Bu baxımdan, qarşıdakı dönəmdə - ilsonuna qədərki müddətdə bu məsələ bir qədər də kontrola götürüləcək və inflyasiyanın rəsmi proqnozlarda nəzərdə tutulan həddən 0,3-0,5 faiz bəndi xəta ilə yekun göstəricisinə nail oluna biləcək. Bu, haradasa 5,3-5,8 faizlik inflyasiya deməkdir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün, 17:09
Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Bu gün, 14:03
"Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Bu gün, 13:59
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Bu gün, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Bu gün, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Bu gün, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Bu gün, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Bu gün, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Bu gün, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Bu gün, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Bu gün, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Bu gün, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Bu gün, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Bu gün, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Bu gün, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Bu gün, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Bu gün, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Bu gün, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Bu gün, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Bu gün, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Bu gün, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Bu gün, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Bu gün, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Bu gün, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Bu gün, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Bu gün, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Bu gün, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru