Misir Mərdanov baş redaktor işləyəcək .....                     Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… .....                     Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... .....                     Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi .....                     47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş .....                     Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR .....                     Rusiyanın "rusdilli insanları qorumaq" planı... .....                     Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti .....                     Almaniya müharibəyə hazırlaşır? .....                     "Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir .....                     Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... .....                     Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? .....                     Azərbaycana ən çox dollar gətirən 10 şirkət .....                     Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... .....                     İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır .....                     "Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." .....                     İcra hakimiyyəti başsızları .....                     AMADA-da 2 milyon manat hara xərclənib? .....                     Deputatın bacısı belə narazılıq yaradır .....                     Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin .....                     Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? .....                     Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin .....                     Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır .....                     Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... .....                     Aldığın məhsulu vaxtında çatdırmırlar... .....                     Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... .....                     Sayğaclara 'barmaq elə'... ƏMRİ! .....                     BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... .....                     Bu iddia bir neçə məqsədə xidmət edir... .....                     Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... .....                     "Gəl indi rejissor ol, film çək!" .....                     "Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." .....                     "Bu duelin nə qaydası, nə də sekundantı var..." .....                     TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? .....                     Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı .....                     Məhkəmə qərarını dəyişdi: .....                     İsmayıl Vəliyev azadlığa buraxıldı .....                     Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi .....                     Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb .....                     Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb .....                 

Bu nüanslar abituriyentlərin maksimum bal yiğmasına mane oldu - Görünəni odur ki...
Tarix: 19-04-2025, 10:29 | Çap et
Bu nüanslar abituriyentlərin maksimum bal yiğmasına mane oldu
11 illik orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
2 mart tarixli buraxılış imtahanlarının da nəticələrilə birlikdə bu il ümumilikdə 43 nəfər maksimum bal toplayıb.
Lakin keçən il isə 55 nəfər 300 bal toplamışdı. Bu isə keçən ilə nisbətən zəif nəticədir - 10 nəfər azdır.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, buraxılış imtahanında bu ilki suallar keçən illə müqayisədə nisbətən çətin idi:

“Bu çətinliklə yanaşı ən əsası mübahisəli sualların olması daha çox abituriyentlərin maksimum bal yiğmasına mane oldu. Ümumiyyətlə, DİM sualları o qədər dəqiq, elmi və ən əsası dərsliklərə uyğun salmalıdır ki, ona heç bir irad olunmasın. Amma həm keçən il, həm də bu il imtahanlarda səhv suallar aşkarlandı. Bu sualların bəziləri abituriyentlərin xeyrinə götürürüldü,bəziləri isə yox. Sosial şəbəkələrdə hansısa müəllimin DİM-in suallarında səhvinin olması və onu müzakirəyə çağırması artıq bu qrumun qeyri-peşəkarlığına ciddi işarədir. DİM-in üzərinə dövlət tərəfindən böyük məsuliyyət qoyulmuşdur, əyər qurum bu məsuliyyəti doğrultmursa ciddi kadr dəyişikliyi etmək lazımdır”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, 2025-ci ilin buraxılış imtahanlarında 2 və 9 mart tarixlərində keçirilmiş sınaqların nəticələri diqqətəlayiq müqayisə imkanları yaradır:

“2 mart tarixində keçirilən imtahanda 23 nəfər, 9 martda isə 20 nəfər abituriyent maksimum nəticə – 300 bal toplayıb. Hər iki imtahan birinci mərhələ olaraq ali təhsilə qəbulun təməlinin qoyulduğu sınaqlardır və Dövlət İmtahan Mərkəzinin normativ əsasları ilə hazırlanır. Bu nəticələrin təhlili təhsil sistemində qiymətləndirmə siyasətinin davamlılığı və ədalətliliyi ilə bağlı dərin sualları gündəmə gətirir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət təhsilin keyfiyyətinə təminat verən sistem yaradır. Bu təminat sisteminə qiymətləndirmə mexanizmləri də daxildir və Dövlət İmtahan Mərkəzi həmin funksiyanı həyata keçirir. Amma eyni proqram əsasında keçirilən, eyni formatda hazırlanmış və eyni meyarlarla qiymətləndirilən iki imtahanın nəticələri arasında fərq varsa, bu ya sualların çətinlik səviyyəsində, ya da qiymətləndirmədəki yanaşmalarda hiss ediləcək dəyişikliklərin göstəricisidir. İmtahan nəticələrinin müqayisəli təhlili göstərir ki, 300 bal toplayanların sayındakı cüzi fərq sistemin tam sabit və balanslı şəkildə işlədiyini deməyə əsas vermir. Əvvəla, sualların məzmunu, təqdimat forması və dildəki dəqiqlik buraxılış imtahanlarında mühüm rol oynayır. Əgər bir testdə mətnlər daha aydın, suallar daha konkret və cavab variantları daha obyektiv şəkildə təqdim olunubsa, həmin imtahanda uğur faizi də yüksək olur. 2 mart tarixində keçirilən imtahanda məhz bu amillərin daha əlverişli olduğu ehtimalı güclüdür. Digər tərəfdən, imtahanların psixoloji yükü və sosial amilləri də nəzərə alınmalıdır. 2 mart tarixində keçirilən imtahan şənbə gününə düşmüş, tədris həftəsinin ortasında olmamışdır. Bu o deməkdir ki, abituriyentlər bu imtahana daha az psixoloji yüklə daxil olmuş, yuxu rejimlərini daha optimal qoruya bilmişlər. 9 mart isə Novruz bayramı öncəsi dövrə təsadüf etdiyi üçün həm psixoloji, həm də ictimai dinamika fərqli olub. Dünyanın qabaqcıl təhsil sistemlərində – xüsusilə Yaponiya, Cənubi Koreya və Almaniyada qiymətləndirmə zamanı bu cür psixososial faktorlar nəzərə alınır və imtahan təqvimi şagirdin rifahı baxımından tənzimlənir”.

Ekspertin sözlərinə görə buraxılış imtahanlarında yüksək nəticə toplayanların sayı 2024-cü illə müqayisədə azalıb:
“Ötən il 55 nəfər maksimum bal toplamışdısa, bu il bu göstərici 43 nəfərdir. Bu azalma sistemin sərtləşməsi və ya daha obyektiv qiymətləndirmənin göstəricisi ola bilər. Eyni zamanda, bu, hazırlıq keyfiyyətinin düşməsi və ya pandemiya sonrası nəsildə motivasiya azalmasının nəticəsi də ola bilər. Qərb təcrübəsində – xüsusilə Finlandiya və Niderlandda – belə hallar zamanı sistem özü monitorinqə alınır, nəticələr üzrə keyfiyyətin düşdüyü sahələrdə kurikulumlar və müəllim hazırlığı yenidən nəzərdən keçirilir. Bütün bu faktların fonunda keçid ballarına gəlincə, maksimum nəticə toplayanların sayındakı azalma keçid balının yüksəlməsinə deyil, sabit qalmasına və ya bəzən azalmasına da səbəb ola bilər. Burada əsas rol oynayan amil orta nəticə göstəriciləridir. Əgər ümumi nəticələrdə 200–250 bal aralığında sıxlıq yaranıbsa, bu, bir sıra ixtisaslar üzrə keçid ballarının 2–3 bal artmasına gətirib çıxara bilər. Əksinə, nəticələr 150 bal ətrafında cəmlənibsə, bu, keçid ballarının sabit qalmasına və ya hətta azalmasına səbəb ola bilər. Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə mexanizmlərinin daha şəffaf, daha ictimaiyyətə açıq olması vacibdir. Hər iki imtahanın test nümunələri, cavab açarları və çətinlik səviyyələri ilə bağlı ictimai hesabatların verilməsi şagirdlərdə və valideynlərdə ədalətə inamı gücləndirə bilər. Hazırda bu təcrübə çox məhduddur. Halbuki Birləşmiş Krallıqda və ya Estoniyada imtahan nəticələrinə dair ictimai hesabatlar dərc edilir, sual nümunələri analiz olunur və bu, sistemin inkişafı üçün istifadə olunur. Nə dəyişəcək sualının cavabı bu proseslərə nə qədər çevik və obyektiv reaksiya veriləcəyindən asılıdır. Əgər təhlillər nəticəsində qiymətləndirmə sistemində texniki və məzmun baxımından dəyişikliklər edilərsə, növbəti illərdə nəticələr üzrə balanslı artım müşahidə oluna bilər. Nə dəyişməlidir sualının cavabı isə daha fundamental məsələdir: qiymətləndirmə yalnız nəticə yox, proses əsaslı olmalıdır. Yəni şagirdin ilboyu performansı, məktəb mühiti və sosial vəziyyəti də nəticənin əsasını təşkil etməlidir. Bu, təhsilin ölçülməsində daha ədalətli və humanist sistemin qurulmasına gətirib çıxara bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
Bu gün, 12:40
Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
Bu gün, 12:36
Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
Bu gün, 12:31
Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:25
47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Bu gün, 11:23
Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 11:20
Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Bu gün, 10:08
Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:06
Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Bu gün, 09:59
"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Bu gün, 09:01
Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Bu gün, 08:56
Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Bu gün, 08:52
Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Bu gün, 08:49
Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... - İLGİNC
Bu gün, 08:46
İqtisadi vəziyyətlə bağlı bədbin proqnozlar: neft pulları azalır, manata təhlükə artır - ARAŞDIRMA
Bu gün, 08:42
"Ermənistan Rusiya ilə münasibətləri saxlayaraq Qərblə danışıqlarda..." - İrəvan "iki daş" arasında
Bu gün, 08:41
İcra hakimiyyəti başsızları - replika
Bu gün, 08:37
AMADA-da 2 milyon manat hara xərclənib? - işin içində deputat da var...
Bu gün, 08:34
Deputatın bacısı belə narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 08:28
Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin - TƏKLİF VAR...
Bu gün, 08:21
Moskva Bastrıkinin məktubu ilə nəyi sübut etmək istəyir? - AKTUAL
Bu gün, 08:18
Sayğac çox yazır, qaz borcu çox gəlirsə: Ekspertiza tələb edin - RƏSMİ AÇIQLAMA
Bu gün, 08:16
Müxalifət də idarəçilik sisteminə buraxılmalıdır - Tural Abbaslı BELƏ DEYİR...
Bu gün, 08:12
Müştərini rəsmən BOĞAZA YIĞIBLAR... - "SIFIR keyfiyyət, SIFIR xidmət..."
Bu gün, 07:56
Aldığın məhsulu vaxtında çatdırmırlar... - GİLEY
Bu gün, 07:44
Prezidentin qəbulundan sonra onların dəftərinə baxmaq lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 07:36
Sayğaclara 'barmaq elə'... ƏMRİ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:29
BU NƏDİ BELƏ: Evdə oturduğun yerdə də kartından pul çıxılır... - NARAZILIQ VAR...
Bu gün, 07:19
Bu iddia bir neçə məqsədə xidmət edir... - İNCƏLƏMƏ
Bu gün, 07:08
Elxan İbrahimovun ÇƏKƏ BİLMƏDİYİ YÜK... - SÖZARDI...
Bu gün, 07:03
"Gəl indi rejissor ol, film çək!" - Rza Drakon
Bu gün, 06:59
"Yeni il bazarlığını marketin bonus kartıyla etmişik..." - "Azəriqaz" işçisi HARAY ÇƏKDİ
Bu gün, 06:51
"Bu duelin nə qaydası, nə də sekundantı var..." - İlqar Məmmədov
Bu gün, 06:41
TARİF ŞURASININ ÜZVÜ OLMAQ AYIBDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:37
Ukraynada Prezident Administrasiyasının yeni rəhbərinin adı açıqlandı
Dünən, 23:05
Məhkəmə qərarını dəyişdi: - Samvel Karapetyan ev dustaqlığına buraxıldı
Dünən, 23:03
İsmayıl Vəliyev azadlığa buraxıldı - 4 ay cəza müddəti qalmışdı...
Dünən, 17:07
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi - TƏFƏRRÜAT
Dünən, 17:03
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun məhkəməsi başlayıb
Dünən, 16:38
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:20
Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:17
Lənkəranskinin yaxın adamını keçmiş baş prokuror öldürtdürüb - DİN AÇIQLADI
Dünən, 16:17
"Kəlbəcər" tankerinin lövbər zəncirinin digər tankerin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb
Dünən, 16:10
Bütün işçilərə deyib ki, ƏRİZƏ YAZIN... - Hər kəs ondan narazıdır...
Dünən, 16:07
YAP-ın tədbirini də boykot edibmiş - İDDİA
Dünən, 16:02
Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb - KİV
Dünən, 16:00
Əməkdar artistin istəyi gerçəkləşdi - Biləcəridə xüsusi aptek açıldı
Dünən, 15:50
“Xalq artistləri var ki, alt paltarsız səhnəyə çıxır” - Günel YIXIB-SÜRÜDÜ
Dünən, 15:48
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq? - GƏLİŞMƏ
Dünən, 15:45
"Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir" - Xalq artisti
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru