Həbsdə olan iş adamı Samvel Karapetyana məxsus “Taşir kapital” “Ermənistan elektrik şəbəkələri”nin elektrik enerjisinin paylanması lisenziyasından məhrum edilib.
APA xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası ölkənin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına istinadən yayıb.
Bildirilir ki, qərar Komissiyada üç gün davam edən müzakirələrin nəticəsində verilib.









