Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu nüanslar abituriyentlərin maksimum bal yiğmasına mane oldu
Bu nüanslar abituriyentlərin maksimum bal yiğmasına mane oldu19-04-2025, 10:29 |
![]() 11 illik orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. 2 mart tarixli buraxılış imtahanlarının da nəticələrilə birlikdə bu il ümumilikdə 43 nəfər maksimum bal toplayıb. Lakin keçən il isə 55 nəfər 300 bal toplamışdı. Bu isə keçən ilə nisbətən zəif nəticədir - 10 nəfər azdır. Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, buraxılış imtahanında bu ilki suallar keçən illə müqayisədə nisbətən çətin idi: “Bu çətinliklə yanaşı ən əsası mübahisəli sualların olması daha çox abituriyentlərin maksimum bal yiğmasına mane oldu. Ümumiyyətlə, DİM sualları o qədər dəqiq, elmi və ən əsası dərsliklərə uyğun salmalıdır ki, ona heç bir irad olunmasın. Amma həm keçən il, həm də bu il imtahanlarda səhv suallar aşkarlandı. Bu sualların bəziləri abituriyentlərin xeyrinə götürürüldü,bəziləri isə yox. Sosial şəbəkələrdə hansısa müəllimin DİM-in suallarında səhvinin olması və onu müzakirəyə çağırması artıq bu qrumun qeyri-peşəkarlığına ciddi işarədir. DİM-in üzərinə dövlət tərəfindən böyük məsuliyyət qoyulmuşdur, əyər qurum bu məsuliyyəti doğrultmursa ciddi kadr dəyişikliyi etmək lazımdır”. Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, 2025-ci ilin buraxılış imtahanlarında 2 və 9 mart tarixlərində keçirilmiş sınaqların nəticələri diqqətəlayiq müqayisə imkanları yaradır: “2 mart tarixində keçirilən imtahanda 23 nəfər, 9 martda isə 20 nəfər abituriyent maksimum nəticə – 300 bal toplayıb. Hər iki imtahan birinci mərhələ olaraq ali təhsilə qəbulun təməlinin qoyulduğu sınaqlardır və Dövlət İmtahan Mərkəzinin normativ əsasları ilə hazırlanır. Bu nəticələrin təhlili təhsil sistemində qiymətləndirmə siyasətinin davamlılığı və ədalətliliyi ilə bağlı dərin sualları gündəmə gətirir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət təhsilin keyfiyyətinə təminat verən sistem yaradır. Bu təminat sisteminə qiymətləndirmə mexanizmləri də daxildir və Dövlət İmtahan Mərkəzi həmin funksiyanı həyata keçirir. Amma eyni proqram əsasında keçirilən, eyni formatda hazırlanmış və eyni meyarlarla qiymətləndirilən iki imtahanın nəticələri arasında fərq varsa, bu ya sualların çətinlik səviyyəsində, ya da qiymətləndirmədəki yanaşmalarda hiss ediləcək dəyişikliklərin göstəricisidir. İmtahan nəticələrinin müqayisəli təhlili göstərir ki, 300 bal toplayanların sayındakı cüzi fərq sistemin tam sabit və balanslı şəkildə işlədiyini deməyə əsas vermir. Əvvəla, sualların məzmunu, təqdimat forması və dildəki dəqiqlik buraxılış imtahanlarında mühüm rol oynayır. Əgər bir testdə mətnlər daha aydın, suallar daha konkret və cavab variantları daha obyektiv şəkildə təqdim olunubsa, həmin imtahanda uğur faizi də yüksək olur. 2 mart tarixində keçirilən imtahanda məhz bu amillərin daha əlverişli olduğu ehtimalı güclüdür. Digər tərəfdən, imtahanların psixoloji yükü və sosial amilləri də nəzərə alınmalıdır. 2 mart tarixində keçirilən imtahan şənbə gününə düşmüş, tədris həftəsinin ortasında olmamışdır. Bu o deməkdir ki, abituriyentlər bu imtahana daha az psixoloji yüklə daxil olmuş, yuxu rejimlərini daha optimal qoruya bilmişlər. 9 mart isə Novruz bayramı öncəsi dövrə təsadüf etdiyi üçün həm psixoloji, həm də ictimai dinamika fərqli olub. Dünyanın qabaqcıl təhsil sistemlərində – xüsusilə Yaponiya, Cənubi Koreya və Almaniyada qiymətləndirmə zamanı bu cür psixososial faktorlar nəzərə alınır və imtahan təqvimi şagirdin rifahı baxımından tənzimlənir”. Ekspertin sözlərinə görə buraxılış imtahanlarında yüksək nəticə toplayanların sayı 2024-cü illə müqayisədə azalıb: “Ötən il 55 nəfər maksimum bal toplamışdısa, bu il bu göstərici 43 nəfərdir. Bu azalma sistemin sərtləşməsi və ya daha obyektiv qiymətləndirmənin göstəricisi ola bilər. Eyni zamanda, bu, hazırlıq keyfiyyətinin düşməsi və ya pandemiya sonrası nəsildə motivasiya azalmasının nəticəsi də ola bilər. Qərb təcrübəsində – xüsusilə Finlandiya və Niderlandda – belə hallar zamanı sistem özü monitorinqə alınır, nəticələr üzrə keyfiyyətin düşdüyü sahələrdə kurikulumlar və müəllim hazırlığı yenidən nəzərdən keçirilir. Bütün bu faktların fonunda keçid ballarına gəlincə, maksimum nəticə toplayanların sayındakı azalma keçid balının yüksəlməsinə deyil, sabit qalmasına və ya bəzən azalmasına da səbəb ola bilər. Burada əsas rol oynayan amil orta nəticə göstəriciləridir. Əgər ümumi nəticələrdə 200–250 bal aralığında sıxlıq yaranıbsa, bu, bir sıra ixtisaslar üzrə keçid ballarının 2–3 bal artmasına gətirib çıxara bilər. Əksinə, nəticələr 150 bal ətrafında cəmlənibsə, bu, keçid ballarının sabit qalmasına və ya hətta azalmasına səbəb ola bilər. Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə mexanizmlərinin daha şəffaf, daha ictimaiyyətə açıq olması vacibdir. Hər iki imtahanın test nümunələri, cavab açarları və çətinlik səviyyələri ilə bağlı ictimai hesabatların verilməsi şagirdlərdə və valideynlərdə ədalətə inamı gücləndirə bilər. Hazırda bu təcrübə çox məhduddur. Halbuki Birləşmiş Krallıqda və ya Estoniyada imtahan nəticələrinə dair ictimai hesabatlar dərc edilir, sual nümunələri analiz olunur və bu, sistemin inkişafı üçün istifadə olunur. Nə dəyişəcək sualının cavabı bu proseslərə nə qədər çevik və obyektiv reaksiya veriləcəyindən asılıdır. Əgər təhlillər nəticəsində qiymətləndirmə sistemində texniki və məzmun baxımından dəyişikliklər edilərsə, növbəti illərdə nəticələr üzrə balanslı artım müşahidə oluna bilər. Nə dəyişməlidir sualının cavabı isə daha fundamental məsələdir: qiymətləndirmə yalnız nəticə yox, proses əsaslı olmalıdır. Yəni şagirdin ilboyu performansı, məktəb mühiti və sosial vəziyyəti də nəticənin əsasını təşkil etməlidir. Bu, təhsilin ölçülməsində daha ədalətli və humanist sistemin qurulmasına gətirib çıxara bilər”. Geri qayıt |