“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                 

Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Tarix: 4-12-2024, 21:38 | Çap et
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır
Dropsitenews.com resursunda Ryan Grim, �?tefan Cândea və Nikolas Leontopoulosun müəllifliyi ilə dərc olunmuş “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqaləsində “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (OCCPR) haqqında bu təşkilatın mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edən sensasiyalı material dərc edib. Bundan başqa, Fransanın Mediapart onlayn qəzeti belə bir məlumat dərc edib ki, Almaniyanın NDR ictimai telekanalı OCCRP ilə bağlı araşdırma aparıb və Mediapart, Drop Site News, l Fatto Quotidiano, Reporters United kimi media qurumları bu araşdırmada iştirak ediblər.

Dropsitenews.comun və Mediapartın dərc etdiyi materiallarda OCCRP-nin əsasən ABŞ-dən maliyyələşdirildi öz təsdiqini tapır. Araşdırmada qeyd edilib ki, təşkilatın maliyyəçiləri arasında Soros Fondu, USAİD və ABŞ Milli Demokratiya Fondu varmış Onu da əlavə edək ki, bu günə kimi çıxan materialların xarakteri onun arxasında ABŞ xüsusi xidmət orqanlarının durduğunu göstərir.

Dropsitenews.comun məlumatına əsasən, illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaş çalışdıran OCCRP ABŞ dövlətinin layihəsidir.

Qurulduğu dövrdən indiyə kimi OCCRP ABŞ hökumətindən 47 milyon dollar vəsait alıb. Əlavə olaraq 1.1 milyon dollar Avropa İttifaqından və 14 milyon dollar da Avropa ölkələrindən alan təşkilatın büdcəsinin 52 faizi ABŞ hesabına formalaşıb. Maraqlıdır, OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİDin ermənipərəst rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. USAİD-in OCCRP üzərində hökmünü daha aydın təsəvvür etmək üçün eləcə bir faktı qeyd etmək kifayətdir ki, o, OCCRP-dən layihələri və əməkdaşları ilə bağlı hər il hesabat tələb edir və bütün bunlarla bağlı söz sahibidir.

Sensasiya doğuracaq daha bir məqam ABŞ hökuməti OCCRP-yə hansı istiqamətlər üzrə işləyəcəyi barədə direktivlər verməsi ilə bağlıdır.

ABŞ xüsusi xidmət orqanları dövlətin maraqlarına dair hər hansı bir faktı müəyyən edir, sonra hökumət OCCRP kimi təşkilatları ortaya salıb, onlara həmin məlumatını verir, maliyyə ayırır, daha sonra artıq rəsmi qaydada prosesə ağır artilleriya – ABŞ-nin xüsusi xidmət və dövlət orqanları daxil olurlar. Bundan sonrakı mərhələdə isə ittihamlar, sanksiyalar, hərbi müdaxilələr və s.

Beləliklə, bu günə kimi OCCRP-nin Azərbaycan da daxil olmaqla apardığı araşdırmaların sifarişçisi, icraçıları, onların qarşısına qoyulmuş vəzifələr aydındır.

COP29 daxil bir sıra hadisələrlə bağlı Bakıya qarşı əsassız iddialar səsləndirən, qərb dairələrinin təhriki ilə ölkəmizi hədəf alan OCCRP-ni işfa edən məqaləni “Sherg.az”a şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Qeyri-Hökumət Təşkilatları və müstəqil olduqları iddia edilən fondlar haqqında təsəvvürlərimiz SSRİ-nin süqutundan sonra başlayıb. Buna qədər birpartiyalı sistemdə formalaşan düşüncəmizin nə alt, nə də üst qatlarında bizə vətəndaş cəmiyyəti instututları kimi təqdim olunan bu qurumların gerçək mahiyyətini və fəaliyyət istiqamətlərini çözə biləcək heç bir iz yox idi:

“İlk baxışda “demokratiya”, “söz, fikir və media azadlığı”, “insan haqları” və bu kimi gəlişigözəl adlar və şüarlar altında fəaliyyət göstərən təşkilatlar bizə “xilasedici”, yaxud “qoruyucu” mələk kimi görünür və ya təqdim olunurdular.
Onlar bizə, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunun, çoxpartiyalı sistemdə yaşamağın və daha yaxşı yaşamağın sirlərini öyrədir, bu işə yüz milyonlarla dollar vəsait xərcləyirdilər... Mərkəzi ofisləri əsasən Qərb ölkələrində yerləşən bu təşkilatlar dövlətə ödədiyi verginin hər qəpiyinin hesabını soran vətəndaşlarının pullarını biz yaxşı yaşayaq deyə havaya sovururdular...
Nə üçün? Niyə? Kapitalizmin tərbiyə etdiyi, qazanc gətirməyən, maddi qarşılığı olmayan hər hansı bir işə 1 sent belə xərcləməyən amerikalı, yaxud fransız hansı səbəblərdən bizim daha yaxşı yaşamağımız üçün dövlətin, transmilli korparasiyaların ayırdığı vəsitləri havaya sovurmalıydı ki?
Bizi bizdən çoxmu sevirdilər?
Bu gün mahiyyətini açdığımız, anladığımız və anlatdığımız şəbəkənin bizə qarşı təzyiqlərinin, böhtan və qarayaxma kampaniyalarının əsasında da real mənəzərəni olduğu kimi görməyimiz, dərk etməyimiz dayanır.
Mənzərə isə mürəkkəb adlar və texnologiyalar vasitəsilə təqdim edilsə də, əslində çox bəsitdir. Əsrlər öncə missioner təşkilatlarının dini təbliğat adı altında reallaşdırdıqları missiyanı bu gün “beynəlxalq” təsisatlar və onların yerlərdəki nümayəndələri həyata keçirirlər. Sadəcə adlar və təbliğatın ideoloji tezisləri dəyişib. Yəni, əvvəllər bu prosesin başında kilsə, yaxud hər hansı bir mərkəzi dini mərkəz dayanırdısa, indi dövlətlər və transmilli korparasiyalar dayanır”.

E. Mirzəbəylinin sözlərinə görə, xarici donorlar tərəfindən yaradılmış təşkilatlar əslində iddia olunduğu kimi demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı naminə fəaliyyət göstərmirlər, onlar hökumətə təzyiq üçün əsas mexanizmlərdir və qrant verənlərin siyasi məqsədlərinin, iqtisadi maraqlarının reallaşdırılmasına xidmət edirlər:
“İnformasiya məkanı maraqların mübarizəsi, siyasi və geosiyasi gedişlərin manipulyasiyası, sosial-psixoloji təsir və təzyiq vasitəsi kontekstində ön plana çıxdı, yeni ictimai-siyasi və iqtisadi münasibətlər, dəyərlər sistemi formalaşdı, ənənəvi geosiyasi istiqamətlərə ilk baxışda daha mürəkkəb görünən elementlər əlavə olundu. Şübhəsiz ki, mahiyyət olduğu kimi qaldı, hədəflər dəyişmədi, sadəcə hədəfə çatmaq üçün istifadə olunan vasitələr yeniləndi, daha mürəkkəb və daha aldadıcı xarakter aldı...
Müasir dövrdə istər daxili siyasi, istərsə də qlobal geosiyasi prosesləri media və sosial şəbəkələr olmadan təsəvvür etmək mümkün deyil.
Ölkələrin milli təhlükəsizliyinin təmin olunması və ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi, iqtisadi, siyasi, sosial və digər problemlərlə yanaşı, dövlətlərin informasiya fəaliyyəti və təhlükəsizliyi məsələsi də ciddi müzakirə mövzusudur.
İnformasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə geosiyasətin ənənəvi istiqamətlərinə də korrektələr olunur. İndi geosiyasətin müzakirə predmetləri təkcə dövlət, onun hərbi-siyasi və iqtisadi potensialından ibarət deyil.
İndi dünyaya hökm etmək üçün bu və ya digər qitəyə, dünya ökeanına sahiblənmək də yetərli deyil. Dövlətlərin geosiyasi potensialı təkçə maddi resurslarla məhdudlaşmır, həm də onların mənəvi gücünün, milli və dövlətçilik ruhunun sərhədlərinin genişliyi ilə ölçülür. Bu gün bu və ya digər dövlətin gücünü zəiflətmək üçün onun maddi resurlarının hədəfə alınmasına bir çox hallarda ehtiyac qalmır. Transmilli kütləvi informasiya vasitələri və çağdaş informasiya və kommunikasiya vasitələrindən yararlanmaqla milli mədəniyyətin, dilin, mənəvi dəyərlərin sıradan çıxarılması əslində elə dövlətin özünümüdafiə mexanizmlərinin məhv edilməsi deməkdir.
Lakin qeyd etmək lazımdır ki, transmilli kütləvi informasiya vasitələri, sosial şəbəkələr və geosiyasi alət kimi klassik hesab edilməyən digər yeni mexanizmlər tarix boyu mövcud olan siyasi texnologiyaların yenilənmiş və daha çevik şəkildə tətbiq edilməsi mümkün olan nümunələridir. Əgər bir neçə yüz il əvvəl səlib yürüşlərindən öncə qəsb edilməsi nəzərdə tutulan ərazilərə missionerlər göndərilirdisə, indi artıq bunun üçün dənizləri aşmağa, səhraları keçməyə ehtiyac qalmır.
Hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması və yaxud idarə etməsi yalnız onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə, ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər”.

Deputat hesab edir ki, qlobal güc mərkəzlərinin nəzarətində olan bu təşkilatlar bir qayda olaraq ötürücü funksiyasını yerinə yetirirlər. Yəni istər real, istərsə də kiber geosiyasi məkanda həyata keçirilməsi nəzərdə tutulan hər hansı bir ssenari üçün zəmin bu təşkilatların və onların nəzarətində olan cəsus şəbəkələrinin iştirakı ilə yaradılır:
“Sözügedən OCCPR, o cümlədən də insan hüquqları, söz və mətbuat azadlığı təşkilatları, reytinq agentlikləri və sorğu mərkəzlərinin əksəriyyəti ya mənsub olduqları dövlətlərin büdcəsi, ya da büdcədən maliyyələşən fondların ayırdığı vəsaitlər hesabına fəaliyyət göstərirlər. Yəni bu qurumlar özlərinin müstəqil olduqlarını elan etsələr də, onların maliyyə mənbələri tamamilə fərqli bir mənzərə yaradır.Yeni çağırışlara cavab vermək üçün real geosiyasi məkanda olduğu kimi kibirməkanda da təhlükəsizliyimizin təmin olunması qarşımızda dayanan ən önəmli vəzifələrdən biridir. Transmilli medianın, sosial şəbəkələrin, beynəlxalq bəhanə təşkilatlarının yaratdığı idarə olunan xaotik informasiya mühitində milli maraqlarımızın qorunmasının yolu informasiya təhlükəsizliyimizə konseptual yanaşmaqdan keçir.

Məqalədən də göründüyü kimi, OCCRP müstəqil qurum deyil və jurnalistikanın təməl prinsiplərinə əməl etmir. Araşdırmada göstərilib ki, ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən OCCRP ABŞ ilə bağlı araşdırma aparmaq hüququna malik deyil. OCCRP-nin sahibi Drew Sullivan deyib ki, “Bu ölkəni öz pulu ilə xəbər etmirik. Hesab edirəm ki, ABŞ heç hökuməti də buna icazə vermir... Ancaq belə məhdudiyyətlərin olmadığı digər ölkələrdə də bunu etmirik, çünki bu sizi maraq toqquşmasına soxur və belə durumlardan uzaq durmaq istəyirik”. Çox maraqlı açıqlamadır. ABŞ, Avropa və ümumilikdə Qərb ölkələri, onların yaxın tərəfdaşları OCCRP-nin hədəfində deyil, qalan dünya, xüsusən də Azərbaycan qurumun bir nömrəli hədəfidir. Həqiqətən də, 2000-ci illərin əvvəllərində Microsoft və nəhəng mühəndislik-çalışma şirkəti olan Bechtelin bir neçə Balkan ölkəsində korrupsiya qalmaqallarında adları keçirdi, ancaq bu məsələ nədənsə OCCRP-nin diqqətini cəlb etmədi. Baxmayaraq ki, bu qalmaqallar OCCRP-nin yerləşdiyi coğrafiyada baş vermişdi və redaksiyanın fəaliyyət istiqamətlərinə uyğun gəlirdi”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru