Noyabrın 1-də ABŞ-nin keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp Böyük Kilikiya Evinin katolikosu Birinci Aramla telefonla əlaqə saxlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə katolikosluğun məlumatında deyilir.
“Prezidentliyə namizəd Tramp bu yaxınlarda Birləşmiş Ştatlara səfərini başa vuran I Aramla danışıb, onun rəhbərliyini təqdir edib və Qarabağan könüllü gedən ermənilərə dəstəyini ifadə edib.
O, həmçinin erməni-amerikan icmasını güclü, ağıllı və dinamik kimi qiymətləndirib”,-deyə məlumatda bildirilir.
Cavabında BirinciAram Trampa erməni xalqını dəstəklədiyinə dair açıq bəyanatına görə minnətdarlığını bildirib:
“O, bu kritik zamanda ABŞ-nin qlobal liderliyinin həyati əhəmiyyətini vurğulayıb”.