BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinə sayılı günlər qalıb. COP29 iqlim sammitinə ev sahibliyi edəcək Azərbaycanın bu tədbirlə əlaqədar müxtəlif qarayaxma kampaniyalarına məruz qalması isə artıq son günlər daha da geniş vüsət alıb. Sosial mediada, xüsusilə də saxta profillər vasitəsilə təşkil olunan bu kampaniyalar,Azərbaycanın qlobal iqlim müzakirələrində aktiv rol almasını kölgə altına almaq məqsədi güdür. Müxtəlif qurumlar və şəxslər tərəfindən dəstəklənən bu koordinasiyalı paylaşımlar Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə dair mənfi təsəvvür yaratmağa cəhd edir və iqlim dəyişikliyi ilə bağlı vacib müzakirələrin siyasi motivlərlə təsirlənməsinə səbəb olur. Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, COP29-un Azərbaycanda keçirilməsinə demək olar ki, 190-dan çox ölkə səs verib.
Onun sözlərinə görə, səsvermə ərəfəsində COP29-un hansı ölkədə keçirilməsi ilə bağlı namizədliklər irəli sürülərkən Azərbaycan məqbul hesab olunub. Deputat qeyd edib ki, bir çox dövlətlər tam şəkildə buna dəstək veriblər ki, sözügedən mühüm tədbir ölkəmizdə keçirilsin. Ətraflı videomaterialda: