"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." .....                     Fransanın silahlandırdığı Ermənistan... .....                     Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib .....                     Əliyevin üç ölkə ilə bağlı planı: .....                     Makron gücü çatmayacaq vədlər verib, .....                     "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" .....                     Elgiz Elməddinin təklifini geri çevirib .....                     Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? .....                     Balababa Rzayevə şiddətli töhmət elan edilib .....                     Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb .....                     Zelenskinin qələbə planı işə düşür? .....                     Rəsmi İrəvanın revanşist siyasəti: .....                     Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: .....                     Vüqar Səfərli yenə narazıdır .....                     Avropanın etirafı: .....                     102 tələbəyə Prezident təqaüdü veriləcək .....                     Sabir Hacıyev “Şöhrət” ordeni ilə .....                     “Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” .....                     Ermənistan yanlış yolda addımlayır .....                     13 ildir yerinə qovuşa bilməyən ABİDƏ .....                     Ədalət Şükürovun Ayda torpağı var .....                     İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? .....                     Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... .....                     Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı .....                     Saatlıda YOLAVERDİ SİYASƏTİ... .....                     Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi .....                     Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu .....                     Övladları böyüyənə kimi azadlıq istədi .....                     Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... .....                     "Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik .....                     “Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” .....                     “Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” .....                     Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru .....                     Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək .....                     Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... .....                     "“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." .....                     Azərbaycanda DƏHŞƏT: .....                     Azərbaycana qarşı Frankofoniya təxribatı .....                     Prezidentin Cəbrayıl İSMARICLARI... .....                     İrəvanın COP29 hiyləsi .....                 

Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 12:35 | Çap et
Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı
Elçin Alıoğlu - TREND


Azərbaycan Prezidenti İlham Əliyevin 4 oktyabrda Cəbrayıl sakinləri ilə görüşü zamanı ABŞ və digər Qərb ölkələrinin siyasətinə dair kəskin tənqidlər səsləndirməsi, xüsusilə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin Qərbin razılığı olmadan bərpa edilməsinə yönəlmiş destruktiv addımlarına işarə etməsi beynəlxalq siyasi arenada böyük rezonans doğurub.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın bugünkü uğurları onun "xoşməramlı dostları" üçün ciddi məğlubiyyətə çevrilib.

"Bu gün anti-Azərbaycan qüvvələri üçün matəm günüdür. Necə ola bilər ki, heç kimdən icazə almadan, heç kimlə məsləhətləşmədən, heç kimdən qorxmayaraq, Azərbaycan öz hüquqlarını bərpa etdi? Biz bunu öz gücümüz, övladlarımızın fədakarlığı ilə həyata keçirdik. Onlar bizə bunu bağışlaya bilmir. Bu gün ABŞ Azərbaycana qarşı sanksiyalar tətbiq edir. Və sonra onlar deyir ki, gəlin dostluğumuzu möhkəmləndirək. Burada hansı dostluqdan söhbət gedə bilər?", - deyə dövlət başçısı bildirdi.

Bu çıxış bir daha göstərir ki, Azərbaycan yalnız öz gücünə güvənməli və Qərbin verdiyi boş vədlərə, yaltaq sözlərə və yalançı bəyanatlara aldanmamalıdır.

Prezident İlham Əliyev ABŞ-nin 1992-ci ildə, Azərbaycan torpaqlarını itirən zaman, ölkəmizə qarşı sanksiyalar tətbiq etdiyini, lakin bu sanksiyaların yalnız 2001-ci ildə ləğv edildiyini xatırlatdı. 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən və "Azadlığı dəstəkləmə aktı"na əlavə edilən 907-ci düzəliş, Ermənistanla münaqişə səbəbindən Azərbaycana yardımı qadağan etdi. Yalnız ABŞ-nin Əfqanıstana hərbi müdaxiləsi zamanı, "terrorizmə qarşı mübarizə" bəhanəsi ilə, 2001-ci ildə sanksiyalar müvəqqəti olaraq dayandırıldı.

Bu günə qədər hər il ABŞ prezidenti tərəfindən sanksiyaların dayandırılması barədə qərar verilsə də, 2023-cü ilin avqust ayına qədər bu qərarın yenidən qüvvəyə minməsi gözlənilmirdi. Prezident İlham Əliyev bu ikiüzlü siyasəti belə xarakterizə etdi: "ABŞ Əfqanıstanda işğalçılıq siyasətini başladıqdan sonra, biz onlara lazım idik. Onlar Əfqanıstanda olduqları müddətdə hər il ABŞ prezidenti tərəfindən bu sanksiyalar ləğv edilirdi. Lakin bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra bizə qarşı yenidən sanksiyalar tətbiq olundu".

Bu açıqlamalar Amerika tərəfindən davam edən düşmənçilik siyasətinin yalnız keçmişlə məhdudlaşmadığını, postmünaqişə dövründə də davam etdiyini göstərir. Xüsusilə ABŞ Konqresinin 60 pro-erməni üzvü Azərbaycanın növbəti sanksiyalarla üzləşməsi üçün ABŞ hökumətinə müraciət edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu cəhdlər Azərbaycanın iradəsini sarsıda bilməz və Azərbaycan milli maraqlarını qorumaqdan geri çəkilməyəcək.

ABŞ Konqresinin 60 üzvü - senatorlar və nümayəndələrdən ibarət olan bir qrup - Frənk Pallone və Ed Markeyin rəhbərliyi altında BMT-nin iqlim sammiti olan COP29 ərəfəsində Azərbaycanı "hərbi cinayətlər"də ittiham edərək, sanksiyalar tətbiq etməyə çağıran birgə məktub imzalayıblar. ABŞ Dövlət Departamentinə ünvanlanan və dövlət katibi Entoni Blinkenə göndərilən məktubda "Azərbaycanın Ermənistanın ərazilərini işğal etməsi, hərbi əsirləri ələ keçirməsi və beynəlxalq hüquq normalarına əməl etməməsi" ilə bağlı marazmatik iddialar irəli sürülüb. Bu sərsəm ittihamlar Ermənistanın ABŞ-də güclü lobbist dəstəyi olan erməni diasporu vasitəsilə gündəmdə saxlanılır və belə məktublar siyasi məqsədlərə xidmət edir.

ABŞ Konqres üzvlərinin məktubunda vurğulandı ki, COP29 sammiti ərəfəsində Azərbaycana təzyiq göstərilməli olduğu vurğulanırdı. Məqsəd Azərbaycanın guya regionda insan hüquqlarını və beynəlxalq hüquq normalarını pozduğu iddiaları ilə bağlıdır. Məktubda Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarına, Laçın dəhlizinin blokadasına və 2023-cü ilin sentyabrında etnik ermənilərə qarşı həyata keçirildiyi iddia edilən “etnik təmizləmə”yə xüsusi yer verilib.

Məktubun imzalanması isə, əslində, erməni lobbiçiliyi və milli maraqlarından daha çox şəxsi və siyasi maraqlara xidmət edən bir hərəkət olaraq qiymətləndirilə bilər.

Azərbaycanın mövqeyindən yana olan bu ittihamlar beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Rəsmi Bakı hər zaman beynəlxalq hüququn tətbiqinə əsaslanaraq öz ərazilərini işğaldan azad etməyə çalışıb və bu prosesin hüquqi əsası mövcuddur. Azərbaycan Qarabağ regionunda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı beynəlxalq hüquqa və qanunlara sadiqliyini qoruyaraq regionda sabitlik yaratmağa yönələn addımlar atıb. Məktubda irəli sürülən iddialar isə erməni diasporunun təsir dairəsindəki Konqres üzvlərinin təzyiqləri ilə bağlıdır.

Senatorlar, həmçinin, Dövlət Departamentinə müraciət edərək Azərbaycandan "dərhal bütün əsir götürülmüş siyasi məhbusların və hərbi əsirlərin azad edilməsini" (!) tələb etdilər. Bu tələblərin arxasında duran səbəb isə Azərbaycanla bağlı reallıqları təhrif edən bir yanaşmanın ortaya qoyulmasıdır.

Məktub müəllifləri Azərbaycanın hərbi əməliyyatlarını "qanunsuz" hesab edirlər və onların bu mövqeyi, regionda sülhün bərqərar olunmasına zərbə vurur. Halbuki Azərbaycanın Laçın dəhlizində tətbiq etdiyi tədbirlər beynəlxalq hüququn çərçivəsindədir və onun suveren ərazisində yerləşir.

ABŞ Konqresi daxilində erməni lobbiləri tərəfindən irəli sürülən bu iddialar, həmçinin, Azərbaycanın insan hüquqlarını pozduğuna dair əsassız fikirlərdən ibarətdir. Amma bu məktubun müəllifləri və onların arxasındakı lobbistlər reallıqları nəzərə almadan, bölgədəki vəziyyətlə bağlı birtərəfli mövqedən çıxış edirlər.

Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Adam Şiff də öz növbəsində, qərəzli təkliflə çıxış edərək Azərbaycanı ittiham edən qanun layihəsi irəli sürüb. Şiffin təklifi ABŞ Konqresində erməni diasporunun maraqlarına xidmət edir və Azərbaycanı guya "etnik təmizləmə"də ittiham edir. Bu layihə çərçivəsində "Azərbaycanın maliyyə aktivlərinin dondurulması və onların erməni icmasına təzminat kimi verilməsi" nəzərdə tutulur. Belə sərsəm və idiotik təklif tamamilə ədalətsiz, hüquqdan kənar bir açıqlamadır.

Çünki beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və bölgədə sabitliyi təhdid edir. Şiffin bu təşəbbüsü daha çox erməni lobbisinin maraqlarına xidmət edən primitivliyi ikrah doğuran siyasi bir oyun kimi qiymətləndirilə bilər.

Adam Şiffin təklifi regionda sülhə və sabitliyə kölgə salır və erməni icmasının maraqlarına xidmət edir. Halbuki, Ermənistanın Azərbaycan ərazisində törətdiyi hərbi cinayətlər və etnik təmizləmə cəhdləri göz ardı edilir. Şiff bu təkliflə Azərbaycanı ittiham edərək, beynəlxalq səviyyədə mövcud olan reallıqları təhrif etməyə çalışır.

Bu kimi qərəzli iddialar və təkliflər ABŞ-nin beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normalarına və prinsiplərinə hörmətsizlik nümayiş etdirir. Azərbaycan ərazilərini işğaldan azad etmək hüququna malikdir və onun Qarabağ regionunda həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq hüquq çərçivəsindədir. Məhz bu hüquqi prinsiplərə əsaslanaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Ermənistanın illər boyu işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətlər, xüsusilə də Xocalı faciəsi beynəlxalq səviyyədə tanınmış cinayətlərdir. Lakin ABŞ Konqresi daxilində müəyyən qruplar bu reallıqları nəzərə almadan, birtərəfli mövqedən çıxış edir.

BMT-nin missiyası da 2023-cü ilin sentyabrında Qarabağ bölgəsini ziyarət edərək, Azərbaycan tərəfinin mülki əhaliyə qarşı heç bir təzyiq göstərmədiyini və hərbi əməliyyatların beynəlxalq hüquq çərçivəsində olduğunu təsdiqlədi. Bu faktlar ABŞ Konqresində irəli sürülən iddiaların əsassız olduğunu sübut edir və erməni lobbisinin təsirində olan qanunvericilərin qərəzli mövqeyini ifşa edir.

Bəhs olunan iddialar əslində, bölgədəki reallıqlarla üst-üstə düşmür və daha çox siyasi məqsədlərə xidmət edir. Azərbaycan beynəlxalq hüquq normalarına sadiq qalaraq, öz suverenliyini təmin edib və bölgədə sülhün bərqərar olmasına töhfə verib.

ABŞ Konqresinin müəyyən üzvlərinin bu cür birtərəfli mövqeləri regionda sülh və sabitliyə zərbə vurur. Azərbaycan öz ərazisində qanunsuz olaraq yerləşdirilmiş erməni hərbi qüvvələrinə qarşı beynəlxalq hüquqa uyğun olaraq əməliyyatlar keçirib. Ermənistan isə Azərbaycanın mülki əhalisinə qarşı illər boyu terror və zorakılıq törədərək, beynəlxalq hüququ pozub. ABŞ Konqresi daxilində bəzi üzvlərin bu reallıqları görməzlikdən gəlməsi isə regionda vəziyyəti daha da mürəkkəbləşdirir.

Nəticədə ABŞ Konqresində irəli sürülən bu kimi təkliflər və məktublar qərəzli mövqeyin göstəricisidir və regionda sülhün bərqərar olmasına kölgə salır. ABŞ-ın regionda sülhü təmin etmək üçün tərəfsiz və ədalətli mövqedə olması isə ən vacib amillərdən biridir.

Müxtəlif beynəlxalq təşkilatlar və Qərb dövlətləri tərəfindən aparılan anti-Azərbaycan kampaniyaları, xüsusən də ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı təzyiqləri Prezident İlham Əliyevin çıxışında açıq şəkildə ifşa edildi. "Onlar özlərinə məktublar yazıb, bizə hədələr yönəldirlər, bizə ittihamlar irəli sürürlər", - deyə dövlət başçısı bu qeyri-səmimi siyasəti tənqid etdi.

Bu təzyiq kampaniyasının, xüsusilə də BMT-nin COP29 sammiti ərəfəsində Azərbaycanın beynəlxalq səviyyədə uğurlarını kölgə salmaq məqsədi daşıdığı göz qabağındadır. ABŞ Konqresinin pro-erməni üzvləri tərəfindən irəli sürülən Azərbaycanın hərbi cinayətlərdə ittiham edilməsi və saxta bəyanatların ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənməsi də Prezident İlham Əliyevin ifadə etdiyi kimi açıq bir həqiqətdir. Bu kimi təxribatlar Qərbin ikili standartlarını bir daha təsdiqləyir.

Prezident İlham Əliyev, həmçinin, Ermənistanın təhlükəli oyunlar oynadığını xatırlatdı və onları İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamağa çağırdı. O, Ermənistanın tarixi təkrarlamaq və yenidən təhdidlər səsləndirmək cəhdlərinin sonda fəlakətlə nəticələnəcəyini açıq şəkildə bəyan etdi.

Ali Baş Komandan Qərbin, o cümlədən Fransanın, Ermənistanı silahlandırmağa davam etdiyini və onların regionda müharibə və xaos yaratmaqla öz maraqlarını irəli sürməyə çalışdığını qeyd etdi. Ermənistan bu oyunda sadəcə bir piyada kimi çıxış edir və bunun nəticələrini düzgün qiymətləndirə bilmir. Ancaq Bakı, hər zaman olduğu kimi, bölgədə sülh təşəbbüslərini irəli sürür, lakin hər cür hadisələrin inkişafına da hazırdır.

Dövlət başçısının qətiyyətli mesajları bir daha göstərdi ki, Azərbaycan öz müstəqillik yolundan geri çəkilməyəcək və hər bir addımda milli maraqlarını qoruyacaq. Bu, yalnız ölkəmizin suverenliyinin bərpası məsələsi deyil, həm də beynəlxalq hüquq prinsiplərinin müdafiəsi üçün mübarizədir.

Azərbaycan hər zaman öz torpaqlarını qorumağa hazırdır və heç vaxt öz missiyasından geri çəkilməyəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Bu gün, 15:07
Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Bu gün, 15:05
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Bu gün, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Bu gün, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Bu gün, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Bu gün, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Bu gün, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Bu gün, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Bu gün, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Bu gün, 14:14
Zelenskinin qələbə planı işə düşür? - Məğlubiyyətin qarşısını almaq üçün...
Bu gün, 14:11
Rəsmi İrəvanın revanşist siyasəti: - “Planlarından...”
Bu gün, 14:00
Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: - "Hazırkı təhsil sistemimiz uşaqları..."
Bu gün, 13:51
Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir
Bu gün, 13:47
Avropanın etirafı: - “Rusiya bizə lazımdır”
Bu gün, 13:37
102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Bu gün, 13:34
Sabir Hacıyev “Şöhrət” ordeni ilə TƏLTİF EDİLDİ
Bu gün, 13:33
“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - GİLEY
Bu gün, 13:21
Ermənistan yanlış yolda addımlayır - ŞƏRH
Bu gün, 13:15
13 ildir yerinə qovuşa bilməyən ABİDƏ – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?
Bu gün, 13:08
Ədalət Şükürovun Ayda torpağı var - Özü cavab verdi
Bu gün, 13:05
İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:46
Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... - Bakıya buna görə “yox” deyir
Bu gün, 12:44
Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı - NƏ BAŞ VERİR?
Bu gün, 12:35
Saatlıda YOLAVERDİ SİYASƏTİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:31
Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi - DETALLAR
Bu gün, 12:20
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO
Bu gün, 12:17
Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi
Bu gün, 12:16
Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... - "Onlara Cənubi Qafqazda dayanıqlı sülh lazım deyil"
Bu gün, 12:13
"Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik - İTTİHAM VAR...
Bu gün, 12:11
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:06
“Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” - deputat
Bu gün, 12:04
Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru - AXI NİYƏ?
Bu gün, 12:01
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək - MƏQALƏ
Bu gün, 11:58
Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... - TƏFƏRRÜAT
Bu gün, 11:52
"“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." - ÖZBAŞINALIQ!
Bu gün, 11:49
Azərbaycanda DƏHŞƏT: - kişi bank borcuna görə özünü öldürdü
Bu gün, 11:45
Azərbaycana qarşı Frankofoniya təxribatı - “İki bacı” təzədən bir arada
Bu gün, 11:42
Prezidentin Cəbrayıl İSMARICLARI... - ŞƏRH
Bu gün, 11:40
İrəvanın COP29 hiyləsi - “Qərbi Azərbaycan”dan sərt reaksiya
Bu gün, 10:16
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Bu gün, 09:29
“Receb İvedik”i 10 ilə qədər həbs gözləyir – İddianamə təqdim olundu
Bu gün, 09:27
ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
"Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." - BU NƏDİ BELƏ?!
Bu gün, 09:22
Nədən KAPİTAL BANK tədbirli görünmür... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." - ETİRAZ
Bu gün, 09:09
Pezeşkian İranın “Qorbaçov”u olsa... - SENSASİON SSENARİ
Bu gün, 09:05
«Olerni» MMM: 6 aydır işçiləri maaşları ÖDƏNMİR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..." - AMMA...
Bu gün, 08:54
Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... - AXI NİYƏ?
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru