"Müştəriyəm Şikayətim Var" sosial qrupunda Müşfiq İbrahimov adlı istifadəçi dünən baş çəkdiyi "Şaurma 1" restoranı ilə bağlı paylaşım edərək, sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
diaaz.space xəbər verir ki, o, aldığı şaurmanın içindən metal əşyanın çıxdığını iddia edib. Narazı vətəndaş yazır:
"Bu gün (dünən -diaaz.space) axşam tərəfi "Shaurma N1"in "Tarqovı" filialına getdik.
Xidmət yaxşı idi, amma şaurmanın içindən "qayka" çıxdı. Diqqətli olun...."