İrəvanın COP29 hiyləsi .....                     İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir .....                     “Receb İvedik”i 10 ilə qədər həbs gözləyir .....                     ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? .....                     "Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." .....                     Nədən KAPİTAL BANK tədbirli görünmür... .....                     "Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." .....                     Pezeşkian İranın “Qorbaçov”u olsa... .....                     «Olerni» MMM: 6 aydır işçiləri maaşları ÖDƏNMİR... .....                     "Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..." .....                     Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... .....                     Əlviz Qasımovun TRAVMALI İDARƏÇİLİYİ .....                     Paşinyanın baş tutmayacaq “sülh planı” .....                     "Hamımız bu dünyadan gedəndə iki şey aparacağıq, lənət və rəhmət" .....                     "Keçmiş SSRİ-dəki sığınacaqlar bu gün gecə klublarıdır" .....                     Azərbaycanda işə düzəlmək üsulu: qohumluq, “tapış”, rüşvət .....                     Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? .....                     Azərbaycanda 50 minlik şirkət bağlanır .....                     Şirvanda sosial evlər qazla təmin olunacaq .....                     Qərbin Azərbaycana təzyiqi: .....                     Real təhlükə, yoxsa “xalq nağılı” .....                     Azərbaycanın quşçuluq şirkəti .....                     Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi .....                     Gənclər arasında işsizlik səviyyəsi .....                     Model Razini döyən Ziya Hüseynzadənin MƏHKƏMƏSİ .....                     Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib .....                     "Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...” .....                     Onu İŞSİZ QOYMADILAR .....                     “Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?” .....                     "Məmurlar, rektorlar sərgiyə gəlmirsə, onda..." .....                     Problemin həlli ilə bağlı yeni təklif: .....                     BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? .....                     Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? .....                     Böyük təhlükə: İran Rusiyadan kömək istəyir .....                     Azərbaycanda tanınmış alim vəfat edib .....                     İrəvandan uğursuz manevr cəhdi .....                     Rəis Xankəndidəki kabinetində nə gizlədib? .....                     Məişət tullantılarının kənar yerlərə atılmasına görə .....                     Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... .....                     Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir .....                 

Paşinyanın baş tutmayacaq “sülh planı” - İNCƏLƏMƏ
Tarix: Bu gün, 08:20 | Çap et
Paşinyanın baş tutmayacaq “sülh planı”
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycanla sülh müqaviləsinin mətninə dair açıqlama verib.

Paşinyanın iddialarına görə, Ermənistanın siyasi strategiyası sülhə nail olmaqdır:

“Rəsmi İrəvanın məqsədi beynəlxalq diplomatik normalara uyğun səviyyədə və şəffaf şəkildə Azərbaycanla barışığa nail olmaqdır”.

Nikol Paşinyan bu fikrini sülh sazişinin mətninin Ermənistan cəmiyyəti üçün açıq olması ilə əsaslandırmağa çalışıb.

“Sülh müqaviləsi layihəsinin məzmunu aydındır, başa düşüləndir və ictimaiyyətə açıqlanır. Çünki mən bu məqamları müxtəlif hallarda - mətbuat konfranslarında, çıxışlarda, sual-cavab sessiyalarında dəfələrlə qaldırmışam. Burada məxfilikdən söhbət gedə bilməz, sadəcə diplomatik düzəlişlər məsələsi var”,-deyə Baş nazir müxalifətdən olan deputatların suallarına cavab verib.

Hətta Ermənistanın Baş naziri fikrini isbat etmək üçün müzakirə olunan konkret sülh prinsiplərini açıqlayıb. Onun sözlərinə görə, söhbət diplomatik münasibətlərin qurulması, sülh sazişinin icrasına nəzarət etmək üçün ikitərəfli komissiyanın yaradılması, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmamasından gedir:

“Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik praktikaya məlum olmayan heç nə yoxdur”.

Qeyd edək ki, Nikol Paşinyanın açıqlaması sülh müqaviləsinin mətni ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməyə imkan verir.

Əslində, bu çərçivə sülh sazişidir. Çünki Ermənistanın təklif etdiyi 13 bəndlik saziş sülh prinsiplərini tamamilə əhatə etmir.

Paşinyan hökuməti 17 bəndin yalnız 13-nü imzalamağı təklif edir.

Bu isə yarımçıq sülh deməkdir. Lakin Ermənistan yekun sülh sazişi üçün Azərbaycanın irəli sürdüyü əsas baza prinsiplərindən yayınmağa çalışır. Ermənistan digər məsələlər üzrə hüquqi öhdəliklər götürmək niyyətində də görünmür. Bu isə Ermənistanın yarımçıq sülh müqaviləsi ilə kifayətlənmək planından xəbər verir.

Halbuki, Azərbaycanın tələb etdiyi prinsiplər yerinə yetirilməsə, Paşinyanın Ermənistan parlamentinin kürsüsündən səsləndirdiyi bəndlərin reallaşması belə, mümkün olmayacaq. Çünki sülhə nail olması ilk növbədə, Ermənistanın Azərbaycan XİN-nin təqdim etdiyi 5 bəndlik baza prinsiplərini yerinə yetirməsindən asılıdır.

Sülh sazişinin mətnində əksini tapan prinsiplər arasında qarşılıqlı əlaqə var. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin Ermənistan tərəfindən tanınması başlıca şərt kimi çıxış edir. Buna nail olmaq üçün Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların hüquqi qüvvəsinə xitam verilməlidir.

Lakin Ermənistan indiyə qədər konstitusiya referendumu keçirməkdən yayınır. Bundan başqa, Ermənistan işğal altında saxladığı Azərbaycana məxsus dörd anklav kəndi geri qaytarmalıdır. Yalnız bundan sonra tərəflər arasında sülh müqaviləsinin reallaşması mümkün ola bilər.

Rəsmi İrəvan tərəfi ən azı çərçivə sazişində konstitusiyadan Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan Müstəqillik Bəyannaməsininə istinad hissəsinin çıxarılacağına dair öhdəlik götürməlidir. Həmin referendumun vaxtı da sənəddə öz əksini tapmalıdır. Əks təqdirdə, Paşinyanın dediyi sözlər, yəni Azərbaycanla diplomatik münasibətlərin qurulması qeyri-mümkün olacaq.

Azərbaycanın təqdim etdiyi sülh prinsiplərində iki ölkə arasında diplomatik münasibətlərin yaradılması 4-cü prinsipdə yer alıb.

Burada sərhədlərin delimitasiyası və demarkasiyası ön şərt kimi göstərilir. Ona görə də Ermənistan sərhədlərin müəyyənləşməsi üçün 1991-ci il xəritələrinin əsas götürülməsində israr etməkdən geri çəkilməlidir. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin Almatı Bəyannaməsinə əsasən delimitasiya edilməsi barədə razılaşma var.

Almatı Bəyannaməsi isə 1991-ci il xəritəsini deyil, Sovet dövründə mövcud olmuş inzibati sərhədləri nəzərdə tutur.

Sovet dövrü 1920-1991-ci illəri əhatə edir. Ona görə də sərhədlərin yenidən müəyyənləşməsində istənilən dövrün xəritələri tətbiq edilə bilər. Sərhədlərin delimitasiyası və demarkasiyası tam başa çatdıqdan sonra iki ölkənin ərazi bütövlüyü haqqında dəqiq göstəricilərdən söz açmaq olar. Ancaq Paşinyan hakimiyyəti bəribaşdan şərt irəli sürərək Ermənistan ərazisinin 29743 kv. km. tanınmasında israr edir.

Bu da sərhədlərin delimitasiya və demarkasiya prosesini pozur.

Sərhədlərin müəyyənləşməsi uzun müddət davam edə bilər.

Ermənistan Azərbaycanla dövlət sərhədlərinə dair və ya konkret xəritələrin tətbiqi ilə bağlı müqavilə imzalasa, bundan sonra diplomatik münasibətlərin yaradılmasından danışmaq olar. Lakin bütün hallarda tərəflər arasında əlaqələrin qurulması sülh və təhlükəsizlik şəraitində mümkündür. İki ölkə arasında şərti sərhədin qalması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etməsinə şərait yaratmaqla yanaşı, sülhü də təhdid edir. Yəni yarımçıq sülh potensial münaqişə deməkdir.

Müşfiq Abdulla
"Cebheinfo.az"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın COP29 hiyləsi - “Qərbi Azərbaycan”dan sərt reaksiya
Bu gün, 10:16
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Bu gün, 09:29
“Receb İvedik”i 10 ilə qədər həbs gözləyir – İddianamə təqdim olundu
Bu gün, 09:27
ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
"Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." - BU NƏDİ BELƏ?!
Bu gün, 09:22
Nədən KAPİTAL BANK tədbirli görünmür... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." - ETİRAZ
Bu gün, 09:09
Pezeşkian İranın “Qorbaçov”u olsa... - SENSASİON SSENARİ
Bu gün, 09:05
«Olerni» MMM: 6 aydır işçiləri maaşları ÖDƏNMİR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..." - AMMA...
Bu gün, 08:54
Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... - AXI NİYƏ?
Bu gün, 08:50
Əlviz Qasımovun TRAVMALI İDARƏÇİLİYİ - BU NƏDİ BELƏ?!
Bu gün, 08:24
Paşinyanın baş tutmayacaq “sülh planı” - İNCƏLƏMƏ
Bu gün, 08:20
"Hamımız bu dünyadan gedəndə iki şey aparacağıq, lənət və rəhmət"
Bu gün, 07:23
"Keçmiş SSRİ-dəki sığınacaqlar bu gün gecə klublarıdır" - AKTUAL
Bu gün, 07:20
Azərbaycanda işə düzəlmək üsulu: qohumluq, “tapış”, rüşvət - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - “Az qalmışdı ki...”
Bu gün, 07:08
Azərbaycanda 50 minlik şirkət bağlanır
Bu gün, 00:05
Şirvanda sosial evlər qazla təmin olunacaq - 2 MİLYONLUQ TENDER
Bu gün, 00:02
Qərbin Azərbaycana təzyiqi: - Bakı belə böhtanlara geri çəkilmək niyyətində deyil
Dünən, 19:02
Real təhlükə, yoxsa “xalq nağılı” – İsrail Türkiyəyə hücum edərsə...
Dünən, 19:00
Azərbaycanın quşçuluq şirkəti - NÖVBƏDƏN KƏNAR İCLAS KEÇİRİR
Dünən, 18:56
Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir
Dünən, 18:07
Gənclər arasında işsizlik səviyyəsi – Ölkələrin siyahısı
Dünən, 18:05
Model Razini döyən Ziya Hüseynzadənin MƏHKƏMƏSİ – 12 yaşlı şahid nələri AÇIQLADI?
Dünən, 18:03
Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTO
Dünən, 17:58
"Bu gedişlə 2030-cu ildən sonra qəribə bir düzən peyda olacaq...” - Sabiq səfir
Dünən, 17:56
Onu İŞSİZ QOYMADILAR - YENİ TƏYİNAT
Dünən, 17:55
“Paşinyan niyə daha Vardanyanı dəstəkləmək istəmir?” - ABŞ mətbuatı
Dünən, 17:45
"Məmurlar, rektorlar sərgiyə gəlmirsə, onda..." - Şahbaz Xuduoğlu gileyləndi
Dünən, 17:40
Problemin həlli ilə bağlı yeni təklif: - “Bu taksilərin fəaliyyəti bərpa edilməlidir”
Dünən, 17:35
BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? - ETİRAZ VAR...
Dünən, 17:26
Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 17:20
Böyük təhlükə: İran Rusiyadan kömək istəyir - “New York Times”
Dünən, 17:17
Azərbaycanda tanınmış alim vəfat edib
Dünən, 17:15
İrəvandan uğursuz manevr cəhdi - NƏ BAŞ VERİR?
Dünən, 17:07
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
Dünən, 17:05
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
Dünən, 17:00
Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...
Dünən, 16:59
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir - ÇAĞIRIŞ
Dünən, 16:54
Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Dünən, 16:48
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
Dünən, 16:43
Məktəblərdə yığılan pul kimin cibinə gedir? - AKTUAL
Dünən, 16:41
Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda dəhşət
Dünən, 16:40
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:38
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Dünən, 16:37
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
Dünən, 16:30
Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
Dünən, 16:27
“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:25
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru