"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." .....                     Fransanın silahlandırdığı Ermənistan... .....                     Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib .....                     Əliyevin üç ölkə ilə bağlı planı: .....                     Makron gücü çatmayacaq vədlər verib, .....                     "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" .....                     Elgiz Elməddinin təklifini geri çevirib .....                     Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? .....                     Balababa Rzayevə şiddətli töhmət elan edilib .....                     Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb .....                     Zelenskinin qələbə planı işə düşür? .....                     Rəsmi İrəvanın revanşist siyasəti: .....                     Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: .....                     Vüqar Səfərli yenə narazıdır .....                     Avropanın etirafı: .....                     102 tələbəyə Prezident təqaüdü veriləcək .....                     Sabir Hacıyev “Şöhrət” ordeni ilə .....                     “Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” .....                     Ermənistan yanlış yolda addımlayır .....                     13 ildir yerinə qovuşa bilməyən ABİDƏ .....                     Ədalət Şükürovun Ayda torpağı var .....                     İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? .....                     Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... .....                     Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı .....                     Saatlıda YOLAVERDİ SİYASƏTİ... .....                     Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi .....                     Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu .....                     Övladları böyüyənə kimi azadlıq istədi .....                     Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... .....                     "Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik .....                     “Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” .....                     “Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” .....                     Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru .....                     Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək .....                     Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... .....                     "“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." .....                     Azərbaycanda DƏHŞƏT: .....                     Azərbaycana qarşı Frankofoniya təxribatı .....                     Prezidentin Cəbrayıl İSMARICLARI... .....                     İrəvanın COP29 hiyləsi .....                 

Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək - MƏQALƏ
Tarix: Bu gün, 11:58 | Çap et
Azərbaycan öz təhlükəsizliyini, gələcək  inkişafını təmin edib və edəcək
Qüdrətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabr ayının 4-də Cəbrayıl şəhəri erməni işğalından azad olundu. Düşmən geri çəkilməyə məcbur oldu. Cəmi bir neçə gün ərzində rayonun daha doqquz kəndindən düşmənin izi silindi. Ordumuzun ilk qələbəsi Cəbrayılla başlamışdı. Düşmən Cəbrayılda çətin istehkamlar qurmuşdu. Burada ermənilərin xeyli əsgəri və texnikası yerləşdirilmişdir. Lakin yüksək döyüş hazırlığı olan Azərbaycan Ordusu bu istehkamları darmadağın edərək irəlilədi. Əməliyyat nəticəsində igidlərimiz Ermənistan ordusunun xeyli canlı qüvvəsini və texnikasını məhv etdi. Düşmən qorxuya düşdü. Ordumuz isə ruh yüksəkliyi ilə irəliləməyə başladı.
Demək olar ki, ilk əməliyyat olan Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Belə ki, burada bir həftə ərzində 20-yə yaxın kənd geri alınmışdır. Cəbrayıl isə İkinci Qarabağ müharibəsi dövründə vəhşi düşməndən azad edilən ilk şəhər idi.
Bu ilk uğur, ilk qələbə müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir. Eyni zamanda Cəbrayılın azad edilməsindən sonra Ordumuz daha böyük inamla irəliləməyə başladı. Ordumuzun və bütün xalqımızın mənəvi ruhu yüksəlmişdir.
Cəbrayılın azad edilməsindən bir neçə gün sonra çox böyük peşəkarlığa malik olan uğurlu Hadrut əməliyyatı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: “Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.
Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu”.
Lakin xain, nankor ermənilər geri çəkilərkən demək olar ki, bütün ərazilərimizə onminlərlə mina basdırmışdılar. Bunun nəticəsində yüzlərlə insan minalara düşərək həyatını itirmiş, yaxud ömürlük şikəst qalmışdı. Keçmiş təmas xəttinə yaxın rayonlarımız isə nisbətən daha çox minalanmışdı. Odur ki, Ali Baş Komandanın göstərişi ilə həmin ərazilərdə minalardan təmizlənmə işlərinə dərhal başlanılmışdır.
Cəbrayılda ilk növbədə müvafiq tapşırıqlara əsasən infrastruktur layihələrin icrası ilə bağlı işlər görülürdü.
İşğal müddətində erməni vandalları şəhər və kəndlərimizdə daşı daş üstə qoymamışdılar. Evləri, məktəbləri, mədəniyyət obyektlərini, tarixi abidələrimizi, dini və mədəni abidələrimizi və s. dağıtmışdılar. Cəbrayil demək olar ki, yerlə yeksan edilmişdir. Burada yalnız iki bina qalmışdı. Orada da ermənilərin quldur hərbçiləri yerləşdirilmişdir.
Ümumiyyətlə ermənilər işğal etdikləri bütün ərazilərimizdə olduqca ağır cinayətlər törətmişlər. Quldurların törətdikləri ağır cinayətlərdən biri də ekoloji cinayətdir.
Bu da bir daha onu sübut edir ki, onların özləri də bu torpağa, bu ərazilərə sahib olmadıqlarını və heç vaxt sahib ola bilməyəcəklərini hiss ediblər.
Artıq torpağın, vətənin əsil vətəndaşları, əsil sahibləri erməni işğalçılarını, erməni vandallarını işğal etdikləri torpaqlardan qovaraq öz doğma yurd yuvalarına sahib çıxdılar. Haqq ədalər bərpa olundu. Bu ədaləti, bu haqqı Azərbaycan özü öz gücü, öz siyasəti ilə bərpa etdi.
Buna qədər ATƏT-n Minsk qrupu, BMT kimi təşkilatlar haqqı bərpa etmək əvəzinə vaxtı uzadaraq Azərbaycanın işğalla barışmasına nail olmaq istəyirdilər. Fransa və bir sıra Qərb dövlətləri bizi susdurmağa çalışırdılar.
Torpağımızın 20 faizini işğal edən, Xocalı soyqırımı törədən, etnik təmizləmə aparan Ermənistana qarşı bir dəfə də olsun sanksiya tətbiq edilməmişdir. Əksinə, belə sanksiyalar Azərbaycana qarşı yönəldilirdi. Belə ki, Amerika 1992-ci ildə Azərbaycana qarşı sanksiya tətbiq etmişdir. O vaxt ki, ermənilər torpaqlarımızı işğal edirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ölkəmizə qarşı düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökümətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət Katibidir.
Bu günkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu bərpa etdi. Heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik”.
Möhtəşəm Qələbədən sonra işğalçılardan təmizlənmiş ərazilərimizdə çox sürətlə genişmiqyaslı tikinti bərpa işlərinə başlanılmışdır. Onu da qeyd edək ki, işlərə müharibədən dərhal sonra - tez bir zamanda başlanmasına və sürətlə davam etdirilməsinə baxmayaraq işlər genişmiqyaslı, planlar əsasında, eyni zamanda keyfiyyətlə görülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir. Gözəl, göz oxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir”.
Bu gün Xankəndidə, Xocalıda, Şuşada, Laçında, Füzulidə, Cəbrayılda Azərbaycanın üç rəngli bayrağı qürurla dalğalanır. Qarabağa Böyük Qayıdış Proqramı uğurla davam etdirilir. Bu, tarixi torpaqlarımızda artıq həyat qaynayır. Məcburi köçkünlərimiz 30 il həsrətini çəkdikləri doğma yurd yerlərinə köçürlər. Orada onlara rahat yaşayış üçün hər bir şərait yaradılıb. 100-ə yaxın kəndin bərpası davam etdirilir. Artıq bütün çətinliklər arxada qalıb. Biz güclüyük, biz qalibik və heç kimdən, heç nədən qorxumuz yoxdur. Yaxşı olar ki, Ermənistan bununla barışsın.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.
Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
Dia-az.Media









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Bu gün, 15:07
Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Bu gün, 15:05
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Bu gün, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Bu gün, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Bu gün, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Bu gün, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Bu gün, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Bu gün, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Bu gün, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Bu gün, 14:14
Zelenskinin qələbə planı işə düşür? - Məğlubiyyətin qarşısını almaq üçün...
Bu gün, 14:11
Rəsmi İrəvanın revanşist siyasəti: - “Planlarından...”
Bu gün, 14:00
Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: - "Hazırkı təhsil sistemimiz uşaqları..."
Bu gün, 13:51
Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir
Bu gün, 13:47
Avropanın etirafı: - “Rusiya bizə lazımdır”
Bu gün, 13:37
102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Bu gün, 13:34
Sabir Hacıyev “Şöhrət” ordeni ilə TƏLTİF EDİLDİ
Bu gün, 13:33
“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - GİLEY
Bu gün, 13:21
Ermənistan yanlış yolda addımlayır - ŞƏRH
Bu gün, 13:15
13 ildir yerinə qovuşa bilməyən ABİDƏ – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?
Bu gün, 13:08
Ədalət Şükürovun Ayda torpağı var - Özü cavab verdi
Bu gün, 13:05
İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:46
Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... - Bakıya buna görə “yox” deyir
Bu gün, 12:44
Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı - NƏ BAŞ VERİR?
Bu gün, 12:35
Saatlıda YOLAVERDİ SİYASƏTİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:31
Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi - DETALLAR
Bu gün, 12:20
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO
Bu gün, 12:17
Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi
Bu gün, 12:16
Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... - "Onlara Cənubi Qafqazda dayanıqlı sülh lazım deyil"
Bu gün, 12:13
"Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik - İTTİHAM VAR...
Bu gün, 12:11
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:06
“Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” - deputat
Bu gün, 12:04
Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru - AXI NİYƏ?
Bu gün, 12:01
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək - MƏQALƏ
Bu gün, 11:58
Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... - TƏFƏRRÜAT
Bu gün, 11:52
"“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." - ÖZBAŞINALIQ!
Bu gün, 11:49
Azərbaycanda DƏHŞƏT: - kişi bank borcuna görə özünü öldürdü
Bu gün, 11:45
Azərbaycana qarşı Frankofoniya təxribatı - “İki bacı” təzədən bir arada
Bu gün, 11:42
Prezidentin Cəbrayıl İSMARICLARI... - ŞƏRH
Bu gün, 11:40
İrəvanın COP29 hiyləsi - “Qərbi Azərbaycan”dan sərt reaksiya
Bu gün, 10:16
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Bu gün, 09:29
“Receb İvedik”i 10 ilə qədər həbs gözləyir – İddianamə təqdim olundu
Bu gün, 09:27
ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
"Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." - BU NƏDİ BELƏ?!
Bu gün, 09:22
Nədən KAPİTAL BANK tədbirli görünmür... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." - ETİRAZ
Bu gün, 09:09
Pezeşkian İranın “Qorbaçov”u olsa... - SENSASİON SSENARİ
Bu gün, 09:05
«Olerni» MMM: 6 aydır işçiləri maaşları ÖDƏNMİR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..." - AMMA...
Bu gün, 08:54
Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... - AXI NİYƏ?
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru