"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." .....                     Fransanın silahlandırdığı Ermənistan... .....                     Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib .....                     Əliyevin üç ölkə ilə bağlı planı: .....                     Makron gücü çatmayacaq vədlər verib, .....                     "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" .....                     Elgiz Elməddinin təklifini geri çevirib .....                     Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? .....                     Balababa Rzayevə şiddətli töhmət elan edilib .....                     Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb .....                     Zelenskinin qələbə planı işə düşür? .....                     Rəsmi İrəvanın revanşist siyasəti: .....                     Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: .....                     Vüqar Səfərli yenə narazıdır .....                     Avropanın etirafı: .....                     102 tələbəyə Prezident təqaüdü veriləcək .....                     Sabir Hacıyev “Şöhrət” ordeni ilə .....                     “Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” .....                     Ermənistan yanlış yolda addımlayır .....                     13 ildir yerinə qovuşa bilməyən ABİDƏ .....                     Ədalət Şükürovun Ayda torpağı var .....                     İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? .....                     Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... .....                     Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı .....                     Saatlıda YOLAVERDİ SİYASƏTİ... .....                     Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi .....                     Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu .....                     Övladları böyüyənə kimi azadlıq istədi .....                     Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... .....                     "Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik .....                     “Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” .....                     “Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” .....                     Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru .....                     Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək .....                     Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... .....                     "“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." .....                     Azərbaycanda DƏHŞƏT: .....                     Azərbaycana qarşı Frankofoniya təxribatı .....                     Prezidentin Cəbrayıl İSMARICLARI... .....                     İrəvanın COP29 hiyləsi .....                 

Azərbaycana qarşı Frankofoniya təxribatı - “İki bacı” təzədən bir arada
Tarix: Bu gün, 11:42 | Çap et
Azərbaycana qarşı Frankofoniya təxribatı
Ermənistan rəhbərliyinin davamlı şəkildə sülh bəyanatları səsləndirməsinin arxasında xüsusi bir məqsədin olduğuna şübhə yox idi. Özü də bu bəyanatlar Ermənistan ordusunun şərti sərhədlər boyunca təxribatlarının davam etməsi fonunda səsləndirilirdi. Daha sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri və Fransa rəhbərliyi ilə görüşləri, heç şübhəsiz ki, gərginliyi azaltmayacaq, əksinə, artıracaq.

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 3-də Fransaya işgüzar səfərə gedib. Paşinyan bu ölkədə iki gün - 3-5 oktyabr arası olacaq. Baş nazirin ofisinin açıqlamasında bildirilir ki, Paşinyan prezident Emmanuel Makron və baş nazir Mişel Barnierlə görüşlər keçirəcək. Həmçinin Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitində iştirak edəcək. Səfərin pərdəarxasındakı məqsədlərə gəlincə, Nikol bölgədə baş verənləri Makronla müzakirə edib və yəqin ki, ondan yeni təlimatlar alıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşü barədə bəzi detallar yayılıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Paşinyan Makronla görüşündə bir daha deyib ki, Bakı ilə “sülh müqaviləsi”nin 80%-i razılaşdırılıb və İrəvan onun əsasında saziş imzalamağa hazırdır. N.Paşinyan əmindir ki, 16 bənddən 13-nün imzalanması regionda sülh və sabitliyin bərqərar olmasına kömək edəcək.

Fransa prezidenti “Ermənistan hökumətinin regionda sülh və sabitliyə yönəlmiş addımlarını” dəstəklədiyini təkrarlayıb. Heç şübhəsiz, özünü “sülh göyərçini” sayan erməni baş nazir ölkəsinin silahlanmasında Fransadan yeni dəstək istəyib. Fransanın Ermənistana hərbi dəstəyi, bu ölkəyə yolladığı silah-sursat, hərbi texnikanın statistikası vaxtaşırı yenilənir. Bütün bunlar isə sülhü əngəlləyən fəaliyyətdir. BMT tribunasından Ermənistana dəstəyini ifadə edən Makron sülhə zərbə vurmaqdan ötrü çeşidli təxribatlara əl atır. İndiki halda Paşinyanın “böyük bacısı” ilə qucaqlaşması, təbii ki, gərginliyi tətikləyən təmasdır, biz bunun ilkin əlamətlərini Qranada, yaxud Brüssel görüşlərində görmüşük. Beləliklə, Azərbaycanın şərtlərini icra etmək əvəzinə, yarımçıq sülhü imzalamağa tələsən erməni baş nazirdən növbəti hiyləgər gedişləri müşahidə etməkdəyik.

Sözsüz ki, Frankofoniya bəhanədir. Əsas hədəf Ermənistanın Azərbaycana qarşı silahlandırılması məsələsində bir qədər də irəli getmək, yeni ölümcül silahlar almaqdır. Hərçənd rəsmi Paris bunu utanmadan “Ermənistanın özünü müdafiə haqqı” kimi qələmə verir. Amma “özünü müdafiə edən” Ermənistanın niyə öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı bəndləri hələ də çıxarmadığı, yaxud Minsk Qrupunu ləğv etmək istəmədiyi barədə susurlar. Görəsən tərəflər arasında etimad mühiti bunsuz necə yaradıla bilər?

Yaxud delə bir məqamın da üstündən sükutla keçilir ki, İrəvan Rusiya orbitində qalmağa davam edir və Moskvanın qurduğu nə KTMT-dən, nə də Avrasiya İqtisadi Birliyindən çıxmağa hazırlaşmır.

Xatırladaq ki, bu il sentyabrın 21-də - Ermənistanın “müstəqillik günü” (hərgah o, heç vaxt müstəqil olmayıb) Makronun İrəvana gələcəyi gözlənilirdi. Gəlmədi. Əvəzində Paşinyan “böyük bacı”nın yanına getdi.

Səfərdən və Frankofoniya sammitindən gözləntilər. Rəsmi Paris sammit çərçivəsində Azərbaycana qarşı hansısa sənəd qəbuluna çalışa bilərmi? Yada salaq ki, öncə belə cəhdlər olub. Lakin Frankofoniya üzvü olan Azərbaycana yaxın ölkələr buna imkan verməyib.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistan rəhbərliyinin Fransa səfərinin gerçək məqsədləri barədə fikirlərini bölüşdü. Bildirdi ki, Ermənistan baş nazirinin Fransaya budəfəki səfəri zamanı üçlü əməkdaşlığın dərinləşdirilməsi məsələsinin gündəmdə olacağını düşünür: “Üçlü əməkdaşlıq deyəndə mən Fransa, İran və Ermənistan arasındakı gizli və artıq açıq şəkildə də sərgilənən əməkdaşlığı nəzərdə tuturam. Yəqin diqqət yetirdiniz, İran prezidenti Nyu-Yorkda olarkən məhz Makronla görüşdü. Qərb liderlərinin bəlli səbəbdən Tehran rejimi ilə ünsiyyətdən qaçmaları fonunda Yelisey sarayındakıların fərqli mövqe sərgiləməsinin səbəbi odur ki, Fransa və İran İkinci Qarabağ savaşından sonra bizim regionda tam sinxron hərəkət edirlər. Belə görünür ki, onlar bu yöndə fəaliyyətlərini daha da irəlilədəcəklər”. S.Alıyev qeyd etdi ki, Paşinyanın Parisə səfəri öncəsi İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefin İrəvana gəlməsi də hardasa bunun təsdiqi sayıla bilər: “Mümkündür ki, o həm də Pezeşkianla Makron arasında danışıqlar zamanı bozim regionda birgə fəaliyyətlə bağlı tam razılaşdırılmayan hansısa məsələdə dəqiqləşdirilmiş mövqelərini məhz Paşinyanın araçılığıyla çatdırmaq üçün İrəvana göndərilmişdi. Əlbəttə, Paşinyannın araçılıq missiyasıyla şərəfləndirilməsi heç də ona böyük güvəndən irəli gəlmir, əksinə Paris də, artıq Tehran da bu adama elə də bel bağlamırlar, sadəcə hər ikisinin birgə ”fəaliyyət"ləri Ermənistan üzərindən reallaşdırılır. Ermənistan hər ikisi üçün geosiyasi alət olaraq çıxış edir. Və çox təəssüflə qeyd etməliyəm ki, bu birgə əməkdaşlıq Ermənistana şərəf gətirmədiyi kimi regiona sülh də gətirmir, əksinə yeni qarşıdurmalara yol açır".

Politoloq Məhəmməd Əsədullazadə də bu fikirdədir ki, Fransa və Ermənistan daima Frankfoniya sammitindən Azərbaycana qarşı istifadə ediblər: “Bu təşkilatı Fransa özünün siyasi məqsədləri üçün istifadə edir. Fransız dilli ölkələrin təşkilatı olsa da, Ermənistanın burada iştirakı göründüyü kimi, siyasi məqsədlərə xidmət edir. Demək olar ki, Paris Frankfoniyadan Türkiyə və Azərbaycana qarşı istifadə etməyə çalışır.

Amma təşkilata üzv dost ölkələr buna imkan vermir". Ekspert güman edir ki, Paşinyan Makronla Turkiyə-Ermənistan və Ermənistan-Azərbaycan məsələlərini müzakirə edib: “Paris Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına qarşıdır. Bunu açıq büruzə verməsə də, onun Ermənistanı siyasi və hərbi dəstəkləməsi məhz Türkiyə və Azərbaycana qarşıdır. Bununla Ermənistanın sülhə gəlməsinə imkan vermir və özünün geosiyasi mövqelərini gücləndirir. Paşinyan da bunu bilir və Parisin mövqeyindən narazıdır. Amma, Fransa silahlar və siyasi dəstək verdiyi üçün bunu açıq şəkildə etmir”. Politoloq hesab edir ki, Fransa-Ermənistan əlaqələrinin bu dərəcədə inkişaf etməsi İrəvanın hazırkı kursuna ziyandır: “Çünki Azərbaycan və Türkiyə ilə normallaşma siyasətinə Paris imkan verməyəcək. Makron bununla bağlı Paşinyana təlimatlarını verəcək: Türkiyə ilə normallaşma prosesinə getmə, Azərbaycanla əlavə şərtlər irəli sür və səni dəstəkləyirəm! Paşinyanın strateji səhvi yeni silahlar almaqdır. Bu silahlar İkinci Qarabağ müharibəsində olduğu kimi, özünə qarşı partlaya bilər. Ümumiyyətlə, Frankfoniya təşkilatında anti-Azərbaycan mövqeyi sərgilənəcək. Bunun qətnamə halında qəbul edilməməsi üçün Azərbaycan dost üzv ölkələri ilə diplomatik təmaslar qurmalıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə bu qənaətdədir ki, Fransanın Ermənistanı silahlandırmaqda əsas məqsədi Ermənistanı Azərbaycanla sülhdən yayındırmaqdan ibarətdir: “Bununla yanaşı, Fransa artıq açıq şəkildə Azərbaycanla düşmənçilik etdiyini ortaya qoyur. Çünki artıq Fransa Ermənistana ”Ceasar" silahları satır ki, bunlar ağır hücum silahları hesab edilə bilər. Bu gün Azərbaycanla Ermənistan arasında sülhün müzakirə edildiyi bir vaxtda Fransanın Ermənistana ağır hücum silahları verməyi bölgədə Fransanın qarışıqlığa nail olmağa çalışdığını göstərir". T.İsmayılovun sözlərinə görə, Fransa Ermənistana dost münasibəti sərgiləsəydi, Ermənistanı sülhə təşviq edib, düşdüyü ağır iqtisadi vəziyyətdən xilas etməli idi: “Anacaq biz görürük ki, əksinə, Fransa nəinki Ermənistanı sülhə təşviq edir, Ermənistanı qızışdıraraq vəziyyəti daha da gərginləşdirməyə çalışır. Eyni zamanda, Fransa qorxur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, Fransa Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istədiyi kimi istifadə edə bilməyəcək. Ona görə də Ermənistanla hərbi əməkdaşlıq adı altında onu gücləndirməyə çalışır. Eyni zamanda, Rusiyanın Ermənistandakı hərbi bazası faktorunu da Fransa qəbul etmir. Fransa Ermənistanda Rusiyanın hərbi üstünlüyünü aradan qaldırmaq üçün addımlar atır”. Tural İsmayılov şübhə etmir ki, Fransanın atdığı addımlar bölgədə müharibə risklərinin artırır.

Hər halda Paşinyan-Makron görüşünün təsirlərini görmək üçün çox gözləmək lazım gəlməyəcək. Görək “sülhməramlı” Paşinyan və komandasının Parisdən sonrakı davranışları necə olacaq. İstənilən halda, Makrondan aldığı “ev tapşırıqıları”na uyğun davranacağına şübhəmiz yoxdur...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Bu gün, 15:07
Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Bu gün, 15:05
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Bu gün, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Bu gün, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Bu gün, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Bu gün, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Bu gün, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Bu gün, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Bu gün, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Bu gün, 14:14
Zelenskinin qələbə planı işə düşür? - Məğlubiyyətin qarşısını almaq üçün...
Bu gün, 14:11
Rəsmi İrəvanın revanşist siyasəti: - “Planlarından...”
Bu gün, 14:00
Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ: - "Hazırkı təhsil sistemimiz uşaqları..."
Bu gün, 13:51
Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir
Bu gün, 13:47
Avropanın etirafı: - “Rusiya bizə lazımdır”
Bu gün, 13:37
102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Bu gün, 13:34
Sabir Hacıyev “Şöhrət” ordeni ilə TƏLTİF EDİLDİ
Bu gün, 13:33
“Binamız 60 ildir təmir olunmur, baxımsız vəziyyətdədir...” - GİLEY
Bu gün, 13:21
Ermənistan yanlış yolda addımlayır - ŞƏRH
Bu gün, 13:15
13 ildir yerinə qovuşa bilməyən ABİDƏ – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?
Bu gün, 13:08
Ədalət Şükürovun Ayda torpağı var - Özü cavab verdi
Bu gün, 13:05
İsrailə qarşı İran: Yaxın Şərqdə böyük müharibə olacaq? - GƏLİŞMƏ
Bu gün, 12:46
Ermənistan Kremlin kurasiyasına qayıdır VƏ... - Bakıya buna görə “yox” deyir
Bu gün, 12:44
Vaşinqtonun absurd "tələb"ləri, maskaların düşməsi və qətiyyətli Bakı - NƏ BAŞ VERİR?
Bu gün, 12:35
Saatlıda YOLAVERDİ SİYASƏTİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:31
Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi - DETALLAR
Bu gün, 12:20
Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu - FOTO
Bu gün, 12:17
Övladları böyüyənə kimi azadlıq istədi - Məhkəmə başqa qərar verdi
Bu gün, 12:16
Okeanın o tayından əsən ERMƏNİSTAN YELLƏRİ... - "Onlara Cənubi Qafqazda dayanıqlı sülh lazım deyil"
Bu gün, 12:13
"Holcim"in direktorundan Azərbaycan və Türkiyə bayrağına hörmətsizlik - İTTİHAM VAR...
Bu gün, 12:11
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:06
“Kimsə fikirləşirsə ki, Narışkinin açıqlaması Azərbaycan müxalifətinə qarşı yönəlib, qətiyyən belə deyil...” - deputat
Bu gün, 12:04
Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru - AXI NİYƏ?
Bu gün, 12:01
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək - MƏQALƏ
Bu gün, 11:58
Bəhruz Əskərov başçının öldürülməsini SİFARİŞ EDİB... - TƏFƏRRÜAT
Bu gün, 11:52
"“Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular, AMMA SONRA..." - ÖZBAŞINALIQ!
Bu gün, 11:49
Azərbaycanda DƏHŞƏT: - kişi bank borcuna görə özünü öldürdü
Bu gün, 11:45
Azərbaycana qarşı Frankofoniya təxribatı - “İki bacı” təzədən bir arada
Bu gün, 11:42
Prezidentin Cəbrayıl İSMARICLARI... - ŞƏRH
Bu gün, 11:40
İrəvanın COP29 hiyləsi - “Qərbi Azərbaycan”dan sərt reaksiya
Bu gün, 10:16
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
Bu gün, 09:29
“Receb İvedik”i 10 ilə qədər həbs gözləyir – İddianamə təqdim olundu
Bu gün, 09:27
ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
"Həm AYNA hesabdan pul çıxır, həm mobil operator..." - BU NƏDİ BELƏ?!
Bu gün, 09:22
Nədən KAPİTAL BANK tədbirli görünmür... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:14
"Bu saxta ekspertlərin çox yaxşı istedadları var..." - ETİRAZ
Bu gün, 09:09
Pezeşkian İranın “Qorbaçov”u olsa... - SENSASİON SSENARİ
Bu gün, 09:05
«Olerni» MMM: 6 aydır işçiləri maaşları ÖDƏNMİR... - NARAZILIQ VAR...
Bu gün, 08:59
"Bir aya yaxındır Azeurotel-ə zəng edirəm..." - AMMA...
Bu gün, 08:54
Burda Müəllim Günü MÜƏLLİM ADINI ləkələyirlər... - AXI NİYƏ?
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru