BAKIDA EVDƏN 57 MİN MANAT PUL APARDILAR
Tarix: 26-09-2012, 10:23 |
Çap et
MÜDHİŞ OĞURLUQ HADİSƏSİ
Bakıda mənzildə külli miqdarda oğurluq olub.
Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Əhməd Cəmil küçəsi 65, mənzil 94-də yaşayan 1976-cı il təvəllüdlü Samir Abbasov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək dünən evdə olmadığı saatlarda mənzilindən 30000 manat, 5000 dollar, 20000 manat dəyərində qızıl və 3000 manatlıq xəz kürkünün oğurlandığı barədə məlumat verib.
Faktla bağlı idarədə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq etmə) maddəsi ilə cinayət işi başlanıb.