“ZERO”NUN SAHİBİNİ GÜLLƏLƏYƏN YAXALANDI
Tarix: 24-09-2012, 09:54 |
Çap et
CANİ ÖZÜ POLİSƏ TƏSLİM OLUB
Bakıda gecə klubunun sahibini güllələyən şəxs həbs edilib.
Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, sentyabrın 13-də saat 04.45 radələrində Nəsimi rayonu ərazisindəki “ZERO” gecə klubundan Bakı şəhər sakini Əhməd Həsənov ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisənin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Kənan İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. Hadisə yerindən 1 ədəd "Makarov" tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
K. İbrahimov sentyabrın 23-də Nəsimi rayon Prokurorluğuna gələrək könüllü təslim olub.
Qeyd edək ki, hadisə zamanı yaralanan Ə. Həsənov “ZERO” gecə klubunun sahibidir.