TÜRMƏDƏ DAHA BİR MƏHBUS KEÇİNİB
Tarix: 20-09-2012, 10:03 |
Çap et
O, QƏFİLDƏN DÜNYASINI DƏYİŞİB
Azərbaycanda həbsxanada daha bir ölüm hadisəsi baş verib. Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən, 1961-ci il təvəllüdlü Kərimov Rövşən Camal oğlu qəfildən dünyasını dəyişib. İlkin məlumata görə, məhkumun ölümünə ürək çatışmazlığı səbəb olub.
Qeyd edək ki, R. Kərimov 2011-ci ildə zorlama və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.