ZAKİR QARALOVUN İŞÇİSİNİN EVİ QARƏT OLUNUB
Tarix: 11-09-2012, 12:37 |
Çap et
BAĞ EVİNDƏN ƏŞYALAR VƏ PUL OĞURLANIB
Azərbaycanda vəzifəli şəxsin evi qarət edilib.
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Hadisə rayonun Nardaran qəsəbəsində qeydə alınıb. Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Ruslan Hacıyevin Nardaran qəsəbəsində yerləşən bağ evindən məişət əşyaları və pul oğurlanıb. Ev sahibi baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat verib.
Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Məlum olub ki, oğurluğu elə həmin evdə gözətçi işləyən Arif Məmmədov törədib. A. Məmmədov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı araşdırma aparılır.