MTN-NİN 2 QADIN ƏMƏKDAŞINI MAŞIN VURUB
Tarix: 10-09-2012, 11:05 |
Çap et
ONLARDAN BİRİ DÜNYASINI DƏYİŞİB
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını maşın vurub.
Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib.
Hadisə sentyabrın 8-də MTN-in binası qarşısında baş verib. Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Eldar Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobillə nazirliyin əməkdaşları -1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub. Nəticədə piyadalardan Z. Nəsirova hadisə yerindəcə keçinib. Digər piyada K. Cavadova isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.