Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                     Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi .....                     Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi .....                     “Həyat bir kinodur, ən maraqlı yerində bitir” .....                     “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                 

RAYONLARDA ADAM QALMAYIB
Tarix: 30-10-2011, 12:51 | Çap et
RAYONLARDA ADAM QALMAYIB

ƏHALİNİN 60 FAİZİ BAKIDADIR

- Səhər saat 8-də işdə olmalıyam, evimlə işimin arasındakı məsafə 10-15 dəqiqəlikdi, amma mən 7-də çıxmağa məcburam. Çünki avtobuslar basabas olur, ya minə bilmirsən, ya tıxacda qalırsan.

Uzun illər Bakıda yaşayan İlahə Nəbiyeva deyir, elə bil Bakıda adamların sayı çoxalıb:

- Mənim ailəm də işsizliyə görə 1997-ci ildə Bakıya köçüb. Amma o vaxt bu qədər adam, maşın yox idi. İndi isə elə deyil. Bakı sanki bir qutudur, o qədər doldurublar ki, bu dəqiqə partlayacaq.

В«ƏKDİK, ZİYAN ELƏDİKВ»

İki ildi Cəlilabad rayonundan Bakıya köçən Gülnarə Əsədova paytaxtın biznes mərkəzlərinin birində xadimə işləyir. Deyir, illər əvvəl əri Bakıya iş dalınca gəldi, bir tikintidə çalışmağa başladı, sonra isə ailəsini də gətirməyə məcbur oldu:

- Gördüm yoldaşıma gah maaş ya tez verirlər, gah gecikdirirlər. Alınmırdı, mən də ondan icazə aldım ki, işləyim.

- Yoldaşın nə qədər maaş alır?

- Gününə 10 manat, 14 manat olur, aya 300-400 manat.

- Bəs sən ozün?

- Mən 250 manat maaş alıram.

Gülnarəgil kirayədə yaşayır, təxminən 120 manat kirə pulu ödəyirlər. İki uşağı var:

- Oğlanı bağçaya qoyuram, qız da məktəbə gedir.

- Bəs onların qayğısına kim qalır?

- Heç kim. Oğlan bağçada olur, kimdənsə xahiş edirəm, yalvarıram, qızı məktəbə aparır. İşdən çıxanda da gedib məktəbdən özüm götürürəm.

- Yaşadığınız kənddə əkin-biçininiz yox idimi?

- Varıydı. Əkdik, amma ziyan elədik.

BÖLGƏDƏ PERSPEKTİV GÖRÜNMÜR

Ülviyyə Şamilqızı isə üç il əvvəl Azərbaycanın ikinci böyük şəhəri Gəncədən Bakıya miqrasiya edib. Onu paytaxta karyera qurmaq həvəsi gətirib:

- Üç il əvvəl mən Baklya gəlib qəzetdə işə düzələndə adi müxbir idim, maaşım da az idi, indisə baş dizaynerəm, maaşım da artıb. Gəncədə qalsaydım, heç bir inkişafım olmayacaqdı. Çünki orda rəqabət yoxdur. Düzdür, şəhərdə Bakıdakı kimi nəqliyyat problemi, hay-küy yoxdur, sakitçilikdir, amma Gəncədə media sahəsində heç bir perspektiv görünmür.

Rəsmi statistikada daxili miqrasiyanı görmək mümkün deyil. Bəzi mütəxəssislər hesab edirlər ki, ölkənin kənd və rayonlarından Azərbaycanın iri şəhərlərinə, xüsusilə də Bakıya güclü axın var, amma paytaxta gələnlər müvəqqəti yaşadıqları yerdə qeydiyyata düşmürlər, bu isə real statistikanı görməyə imkan vermir. Məsələn, Dövlət Statistika Komitəsinin 2011-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda hər kv.km-ə düşən əhali sayı 100-dən çoxdur. Bakıda hər kvadrat km-ə 982 nəfər düşür. Ölkədə əhalinin sayı son məlumata görə, 9 milyon 100 min nəfərdən çoxdur. Paytaxt əhalisinin sayı isə 2 milyondan artıq göstərilib.

QEYDİYYATSIZ EVLƏRDƏ QALANLAR

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov bu statistikanı real saymır, onun sözlərinə görə, parlament seçkisi zamanı öz dairəsindən – Gədəbəy-Tovuz rayonu üzrə apardığı kiçik tədqiqat zamanı məlum olub ki, bəzi kəndlərdə qeydiyyatda olan şəxslərin əksəriyyəti uzun illərdir burda yaşamır:

- Elə cənab prezident də çıxışlarının birində qeyd etmişdi ki, Bakı ətrafında 450-500 min qeydiyyatda olmayan evlər var. Orta hesabla hər ailəni 4 nəfərdən götürsək, bu sənədsiz evlərdə iki milyondan çox adamın yaşadığını təxmin etmək olar. Bu isə o deməkdir ki, ölkənin bölgə əhalisinin təqribən 50 faizi Bakı ətrafında məskunlaşıb.

Nazim Məmmədov hesab edir ki, adamları iri şəhərlərə, xüsusilə Bakıya gəlməyə vadar edən əsas səbəb regionlardakı işsizlikdir. Onun sözlərinə görə, əvvəllər Rusiya və digər ölkələrə miqrasiya geniş idisə, neft gəlirlərinin artmasından sonra Bakı daha cəlbedici görünməyə başlayıb:

- Azərbaycanda daxili miqrasiya yüksək səviyyədədir. Bunun əsas səbəbləri kommunal vəziyyətin, yəni, işığın, təbii qazın keyfiyyətli olmamağı, yol infrastrukturunun yoxluğu, su və kanalizasiya məsələlərindəki problemlər, işsizlikdir. Bütün bunlar onları şəhərə gəlməyə vadar edib. Aqrar sahə ilə məşğul olanlar mənfəətin azlığına, bir də inhisara görə istehsal etdikləri kənd təsərrüfatı mallarını bazara çıxara bilmirlər. Bu mənada ənənəvi məşğul olduğu işləri buraxıb onlar yad sahəyə, - bu da əsasən tikintidir, - gəlirlər.

Nazim Məmmədov daxili miqrasiyanın Bakıda sıxlıq yaratdığı qənaətindədir. Onun sözlərinə görə, paytaxtın tutumu, imkanları bu qədər sakinə hesablanmayıb, ona görə də sosial gərginlik hiss olunur.

DAXİLİ MİQRASİYANIN SƏBƏBİ

Elmlər Akademiyasının İqtisadiyyat institutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin elmi əməkdaşı, elmlər namizədi Adilə Gözəlova da deyir ki, daxili miqrasiyaya əsas təkan verən səbəb əməklə bağlı olur. Onun fikrincə, əvvəlki illərlə müqayisədə ölkədən gedənlərin sayı azalıb.

Məsələn, rəsmi statistikaya görə, 1990-cı ildə 137 min nəfər ölkədən daimi yaşamaq üçün başqa yerə gedibdirsə, son illərin rəqəmlərinə görə, ölkədən gedənlərin sayı 2 mindən aşağıdır. Bu statistikaya diqqət çəkən Adilə Gözəlova hesab edir ki, ötən əsrin 90-cı illərində kimlər bacarıbsa, vətəni tərk edib:

- Beyin axını oldu, bacarıqlı əllər getdi ölkədən. Kim bacarırdısa, getdi. Əslində məşğul əhali arasında əmək haqqı çox aşağıdır, bu maaşla əhalini məşğul saymaq çətindir. Əhali Bakıya axışır, çünki tikinti burdadır, yollar burda çəkilir, hər şey burdadı. Yeri gələndə, gedib avtobusda sürücüyə köməkçilik edib pul yığırlar, yenə də pul qazanırlar. Dilənçilər də böyük şəhərə yığışırlar.

SƏNAYE MÜƏSSİSƏLƏRİ YARADILMALIDIR

Adilə Gözəlova deyir, düzdür, indi hökumət regionların iqtisadiyyatına fikir verir, iş yerləri açılır, amma onun fikrincə, sənaye müəssisələri yaratmaq lazımdır:

- Bizdə regionlarla bağlı proqram var, nəsə tikilir, açılır. Əgər şəhərə axın varsa, deməli, bu kifayət deyil. Əgər axın dayanarsa, ya kəndə, rayona, Bakıdan başqa digər şəhərlərə axın olarsa, onda demək olar, hə, artıq bizdə vəziyyət yaxşıdır.

Yeri gəlmişkən, rəsmi açıqlamaya görə, hökumət 2004-cü ildən bu yana regionların inkişafı üçün 15,5 milyard dollar vəsait xərcləyib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru