Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                 

Hyundai” və “KİA” servislərində müştərilərə qarşı FIRILDAQ - İTTİHAM
Tarix: 22-01-2019, 09:37 | Çap et
Hyundai” və “KİA” servislərində müştərilərə qarşı FIRILDAQ
Avtomobil servislərində sürücülərin aldadılması son illərdə adi hala çevrilib. Xüsusilə rəsmi servislərdə bu hal ifrat həddədir. Maşının çalışma mexanizmlərindən, detallarının dəyişməyə ehtiyacı olub-olmamasından kifayət qədər məlumatlı olmayan avtomobil sahibləri açıq-aşkar aldadılır.

Belə ki, sürücü maşında hansısa xırda nasazlıq hiss etdikdə, yaxud cari yağdəyişmə zamanı onun avtomobilinə “vahiməli” diaqnoz qoyulur. Hansısa bahalı bir detalın dəyişməsinin zəruriliyi, əks halda, 5 qat ziyana düşdüyü deyilir. Hansı ki, əslində həmin detalın dəyişməsinə ehtiyac olmur, sadəcə, xırda bir təmir, təmizləmə, sistem yuyulması ilə həyata keçirilməklə düzələcək problemi həyata keçirmək əvəzinə, qəsdən bahalı bir detal dəyişdirilir. Son illərdə belə süni ajiotajı “Hyundai” və “KİA”-nın rəsmi servislərində müxtəlif detallar üzərində yaradırlar. Bununla bağlı son vaxtlarda şikayətlər çoxalıb və əməkdaşımız apardığı müşahidələr və araşdırmalar zamanı böyük bir fırıldaq kampaniyasının izinə düşüb...

Bir neçə il öncə adıçəkilən servislərə yağdəyişməyə, yaxud da cari texniki baxışa gedən sürücünü avtomobilinin sürətlər qutusunda guya böyük problem aşkarlandığını deyərək, təşvişə salırdılar. Bəzi sürücülərə sürətlər qutusunun elektron platasının - “beyninin” zədələndiyini, digərlərinə “satolit” adlanan detalın sıradan çıxdığını deyərək, vahiməyə salırdılar. Həmin detalların da qiyməti maşının markasından asılı olaraq, 300-500 manat civarında dəyişir. Diaqnostika edib maşın sahibinə deyirdilər ki, əgər bu detal dərhal dəyişməsə, 3-5 günə sürətlər qutusu dağılacaq və 2-3 min manat arası ziyana düşəcək. Sürücü də məcbur qalaraq, daha az xərcə düşmək üçün qeyd edilən detalları alıb, guya canını qurtarmış olurdu. Hansı ki, əslində həmin detallar 90 faiz hallarda tam işlək vəziyyətdə olurdu, başı çıxmayan sürücülərə hansısa bir yeri göstərib, “bax, bu sıradan çıxıb, tam zamanında sökdük, yoxsa ”koropka" gedirdi işinə, azı 2 min qabaqsan" deyib, onları guya sevindirirdilər. Bir müddət sonra isə adi servislərdəki vicdanlı ustalar bunun bir fırıldaq olduğunu aşkarladılar. Sürətlər qutusunun tezliklə dağılacağı diaqnozu qoyulan, sürücüsünü aldatmaq mümkün olmayan və yalançı təmirdən vaz keçən avtomobillər illərlə normal çalışıb. Bundan sonra sürətlər qutusu ajiotajı səngimişdi.

Daha sonra servislərdə süni yanacaq nasosu ajiotajı yaradılmışdı və bir qədər sonra bu da ifşa edildi.

İndi isə “Hyundai” və “KİA” servislərində mühərrikin yağ nasosu ilə bağlı böyük bir ajiotaj yaradılıb. Yağlamaya və ya cari texniki baxışa gedən sürücülərə deyirlər ki, bəs yağ nasosu təcili dəyişməlidir, hər an “əldən qoya” və getdiyin yerdə mühərrik dağıla bilər. Bəllidir ki, “Hyundai” və “KİA” avtomobillərinin mühərrikinin detalları, təmiri, yığılması hədsiz bahadır. Yeni model maşınlarda markasından asılı olaraq, əsaslı motor yığılması zamanı xərc hətta 5-6 min manata da yüksələ bilir. Beləliklə, maşın sahiblərinə “izah edilir” ki, yağ nasosu dəyişməsə, tezliklə mühərrik yığdırmalı olacaqsan. Yağ nasosu isə heç də ucuz deyil, maşının markasından, ilindən asılı olaraq 400-1500 manat arasında dəyişir. Yalan məlumatla təşvişə salınan sürücü isə mühərrik yığdırmaqdansa yağ nasosu dəyişməyin 3-5 qat ucuz olduğu qənaətinə gəlir və nəticədə servis fırıldaqçılıqla ona yeni yağ nasosu satır.

Bu şəkildə təşvişə salınmış bir sürücünün dedikləri: “”Hyundai"nin rəsmi servisində mənə dedilər ki, təcili yağ nasosu dəyişdirilməlidir. Mənim maşınım üçün olan nasosun da qiyməti 1500 manatdan bahadır. Paralel olaraq təklif etdilər ki, əgər bunu almağa gücüm çatmırsa, ən azı açıb üstündə olan yağ nasosunu yumalı, təmir etməlidirlər, bunun üçün də 200 manat ödənməlidir. İşdi-şayət, bir nasazlıq çıxarsa, onu düzəltsələr, xərc 500 manat olacaq. Mən 20 ildən çoxdur maşın sürürəm və avtomobilin işləmə mexanizmindən, motorun hansı halda vura biləcəyindən, yağ nasosunun funksiyasından az-çox məlumatlıyam. Həm də diqqətimi çəkdi ki, servisdəki bütün sürücülərə yağ nasosunun dəyişməsi tövsiyə edilir. Bunun süni ajiotaj olduğunu anlayıb, servisin küyünə getmədim. Amma məndə süni şəkildə yaratdıqları narahatlığın tam aradan qalxması üçün adi bir motoristlə məsləhətləşdim. Həmin şəxs bildirdi ki, bu bir uydurmadır, yağ nasosu işləməyəndə salonda nasazlığı göstərən qırmızı işıq yanır, bu zaman sürücü, sadəcə, mühərrikin işini dayandırılmalıdır. Bunadək yağ nasosunun artıq sıradan çıxdığını iddia etmək gülüncdür. Ən çoxu maşına keyfiyyətsiz, standarta uyğun olmayan yağ tökülərsə, yağ nasosunun kəfkirində kirəc, zir-zibil yığıla bilər, yalnız onu təmizləmək lazımdır, adi servislərdə biz bu işi 50-70 manata görürük. Yaxud da keyfiyyətsiz yağ səbəbindən nasos onu normal təzyiqlə vurmaya, yaxud hansısa “salniki”, “manjeti” sıradan çıxa bilər, onu da çox asanlıqla dəyişmək olur. Buna görə yeni nasos almağa ehtiyac yoxdur. Ola bilsin ki, rəsmi servislərin işləri yaxşı getmir, bu dəfə kütləvi yağ nasosu satıb qazanmağa cəhd edirlər".

Bu usta məsləhət görüb ki, rəsmi servislərdə yalnız avtomobilin qarantiyalı dövründə maşınları təmir etdirsinlər. Qarantiya müddəti bitdikdən sonra isə servislər sürücüləri rəsmən soyur. Bu səbəbdən maşın sahiblərinə az xərcə düşmələri üçün adi sexlərdə çalışan vicdanlı, peşəkar usta tapmaları tövsiyə edilir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru