"Keçən il Nyu-York şəhərinin mer seçkilərində Zohran Mamdani qələbə qazananda, dünyada, elə Azərbaycanda da bir qrup "liboş" (əsl liberalizmin nə olduğunu bilməyən, içi boş olan sol-liberala "liboş" deyirlər) sevinirdilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Marksist-dindar-liboş olan Zohranın seçilməsi ABŞ üçün zatən təhqir idi.
Bu uşaq indi durub Türkiyəni, Azərbaycanı absurd iddialarla ittiham edir, canı cəhənnəmə, insan haqlarının, azadlıqların boğulmasına etiraz etsəydi, heç olmasa, başa düşmək olardı, hətta, "mAlAdes" də düşərdi, durub 1915-də olan hadisələrdən, Azərbaycanın öz ərazi bütövlüyünün bərpasının yanlışlığından danışır.
Demokratların gələcəyi, səhvlər etməyə başlayan "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına..."









