Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                 

Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Tarix: Bu gün, 11:23 | Çap et

“Cənubi Qafqazda davamlı sülh axtarışının strateji mərhələyə keçdiyi bir vaxtda, İrəvanda Türkiyə Respublikasının ay-ulduzlu bayrağına edilən mənfur hücum təkcə diplomatik nəzakətsizlik deyil, həm də regionda normallaşmanın təməllərini sarsıtmaq məqsədi daşıyan planlaşdırılmış təxribatdır”.

Bu sözləri Globalinfo.az-a danışan “Türkiyə Gazetesi”nin yazarı, siyasi ekspert Nur Tuğba Aktay deyib.

N.T.Aktay bildirib ki, dövlət bayrağı beynəlxalq münasibətlər ədəbiyyatında həmin millətin suverenliyini, tarixi irsini və milli iradəsini təmsil edən ali simvoldur. Bu simvola hücum müasir dünyada etiraz və ya ifadə azadlığı adı ilə ötüşdürülə bilməz:

“İrəvanda ictimai şəkildə həyata keçirilən bu akt Ermənistan daxilindəki radikal elementlərin regional sülhü pozmaq niyyətini bir daha ortaya qoyur. Başqalarının müqəddəs dəyərlərinə hörmət etməyən bir düşüncə tərzinin özünü mədəni hesab etməsi, diplomatik ekvivalenti olmayan barbarlıqdan başqa bir şey deyil.

Dövlət adlandırdığımız struktur sadəcə sərhədləri qoruyan bir aparat deyil. O, həm də öz ərazisində qanunun aliliyini təmin etmək və küçələrdə radikal əhvali-ruhiyyəni cilovlamaq gücüdür. Əgər qonşu dövlətin bayrağı açıq şəkildə yandırıla bilərsə və dövlət tərəfindən heç bir çəkindirici reaksiya verilmirsə, deməli, dövlət hakimiyyətində ciddi bir zəiflik var. Ermənistan administrasiyasının bu cür nifrət aktlarına qarşı passiv mövqeyi açıq şəkildə beynəlxalq hüquq və qonşuluq prinsiplərinə ziddir”.

Ekspert qeyd edib ki, bu təxribatın vaxtı məsələnin əsasında duran strateji pusqunu açıq şəkildə ortaya qoyur:

“Azərbaycanın 44 günlük Vətən müharibəsi və sonradan terrorizmə qarşı əməliyyatlarının uğurla başa çatması onilliklər boyu regionda kök salmış ədalətsiz status-kvonu ləğv etdi. Bu yeni yaranmış geosiyasi reallıq status-kvodan və münaqişə şəraitindən faydalananların regional tarazlıq barədə təsəvvürlərini alt-üst etdi.

Xüsusilə də Ankara ilə İrəvan arasında diplomatik kanalların yenidən öz işini bərpa etməyə çalışdığı bir vaxtda, masada müzakirə olunana sonradan küçələrdə od vurmaq strategiyasından istifadə etmək, sülhün mümkünlüyünü həzm edə bilməyən radikal strukturların klassik bir refleksidir”.

N.T.Aktay bildirib ki, bu məqamda Ermənistan daxilindəki ifrat millətçi elementlərin və okeanın o tayındakı diaspor lobbilərinin nümayiş etdirdiyi mövqe diqqətlə araşdırılmalıdır:

“Mövcudluğunu daimi düşmənçilik və nifrət hekayəsi üzərində quran bu strukturlar üçün regional normallaşma əslində onların siyasi mövcudluğuna təhdiddir. Çünki ticarətin başladığı, nəqliyyat dəhlizlərinin açıldığı və insanların bir-birinə nifrətlə deyil, iqtisadi və təhlükəsizlik nöqteyi-nəzərindən yanaşdığı bir bölgədə bu radikal strukturların siyasi kapitalı tamamilə tükənəcək. Buna görə də, bayrağa uzanan əl əslində Ermənistanın öz gələcəyinə və bölgə xalqlarının rifahına vurulmaq üçün nəzərdə tutulmuş bir qandaldır.

Məsələni daha da ciddiləşdirən odur ki, bu cür nifrət aktları dövlət orqanlarının tam gözü qarşısında baş verir. Dövlət ciddiliyi təkcə sərhədlərin təhlükəsizliyini təmin etmək deyil, həm də öz ərazisində xarici dövlət rəmzlərinə qarşı hücumların qarşısını almaq deməkdir. Ermənistan hökumətinin bu radikal ekstremizm qarşısında passiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən onun dövlət refleksindəki zəiflik kimi qeyd olunur. Əgər bir hökumət küçədəki radikal qəzəbə nəzarət edə bilmir və ya onu daxili siyasətin bir aləti kimi səssizcə qəbul edirsə, regional sülh masasında onun etibarlılığı ciddi şəkildə azalacaq”.

Siyasi şərhçinin fikrincə, Ermənistan hökuməti bu gün mühüm yolayrıcındadır:

“Ya regional rifah, hüquq və normallaşma sahəsində etibarlı tərəfdaş olmağı seçəcək, ya da küçədə radikal nifrətin girovuna çevrilərək təcrid edilmiş bir gələcəyə məhkum olacaq. Unutmaq olmaz ki, bayrağa uzanan əl əslində sülhün mümkünlüyünə qarşı çəkilən xəncərdir. Dövlət olmaq, həmin xəncəri tutanların qəzəbinə təslim olmaq deyil, bu qəzəbi ağıl və qanunla cilovlamaqla gələcəyi qurmaq deməkdir. Ağıllı olanların vəzifəsi bu təxribatlar üçün münbit zəmin yaratmaq deyil, daha güclü körpülər qurmaqdır. Çünki əsl qələbə düşmənçiliyi körükləməklə deyil, şərəfli şəkildə davamlı sülhü mümkün etməklə qazanılır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru