Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                 

İnam Kərimovun bahalı projesi necə iflasa uğrayır... - GƏLİŞMƏ
Tarix: 20-12-2018, 08:48 | Çap et
İnam Kərimovun bahalı projesi necə iflasa uğrayır...
Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, şikayətlər də yox deyil. Əsasən proqram çərçivəsində vətəndaşa dövlətin adından təqdim olunan inəklərin qısır, qoyunların qoca, bəzi hallarda qotur olması haqlı narazılıq yaradır.

“Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadırlar və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi. Oxşar problem Şəkidə də yaşanır.

İpəkçi.info saytı bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib.

Həmin yazıda qeyd olunur ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər...

Dövlət adından vətəndaşa qısır, süd yanığı, dişsiz, şikəst, qotur heyvan verilməlidir, yoxsa...

Yazıdan sitat: “Şəki rayonunda təlimlərə cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində idi. Özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmağın şərtləri isə belə olub:

Dövlət vətəndaşa 4 dana verir, vətəndaş həmin danaları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 4 dana almalıdır. Artıq pul qalarsa, şəxsi məqsədləri üçün xərcləyə bilər.

Dövlət vətəndaşa 2 yanıbalalı inək verir, vətəndaş həmin inəkləri sata bilməz, amma inəyin südünü, inəyin südündən hazırladığı pendiri, yağı, inəklərin balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

Dövlət vətəndaşa 20 toğlu verir, vətəndaş həmin toğluları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 20 toğlu almalıdır. Artıq qalan pulu isə şəxsi məqsədləri üçün xərcləyə bilər.

Dövlət vətəndaşa 20 yanıbalalı qoyun və bir qoç verir, vətəndaş həmin qoyunları və qoçu sata bilməz, amma qoyunların südünü, qoyunların südündən hazırlandığı pendiri, qoyunların balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalarsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

Şəkidə vətəndaşlara qısır, yanıq dana və toğlular təklif edilib...

Lakin heyvanların verilməsi zamanı məlum oldu ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək.
“Bunlara yanıq toğlular deyilir”

Bordaq üçün verilən toğlularla bu gün şəxsən tanış olduq, heç kim götürmədi. Bunlara yanıq toğlular deyilir, 10 kq çəkiləri olardı, ya yox, onlar böyümürlər, nə qədər yem, dava-dərmən verilsə belə elə o boyda qalacaqlar. Ən yaxşısının bazar qiyməti 70 manatdan çox deyil. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa belə xəstə heyvanlar təklif edilir. 70 manatdan 20 yanıq toğlunun qiyməti 1400 manat edir. Dövlət isə özünüməşğulluq proqramı çərçivəsində hər vətəndaşa 5 min manat vəd etmişdi...”

Saytda Astara rayonunda da eyni problemlərin yaşanması haqda məlumat yer alır:

Özünüməşğulluq proqramında aldandığını deyənlər

Astara rayonunun Rüdəkənar kənd sakini Ellada İsmayılova özünəməşğulluq proqramına yoxsulluğa son qoyacağı ümidi ilə qoşulub. Ona iki baş inək verilib. O, son ümidinin də puça çıxdığını bildirib.

“Bizi aldadıblar”

“Atasız uşaq saxlayıram. İqtisadi vəziyyətim yaxşı deyil. İşlə bağlı rayon məşğulluq mərkəzinə müraciət etdim. Heç yerdə işləmirəm. Mənə dedilər ki, özünüməşğulluqla bağlı proqram var. Kurs oxumalısan. Nazirlik sizə mal-qara verəcək. Neçə ay kurs oxudum. Sonra dedilər ki, mal üçün tövlən olmalıdır. Mən 4 min manat kredit götürdüm, mal tövləsi tikdim. Kredit ödəyirəm. Gəldilər iki baş inək verdilər. Dedilər ki, hər ikisinin balası var. Müqavilənin şərtlərinə görə, bizə balası olan inək verilməli idi. Bu inəklərdən biri xəstədir. Əvvəl buna əhəmiyyət vermədik. Fikirləşdik ki, keçər. Bir aydır müalicə edirik. Qulluq edirəm ki, özlərinə gəlsinlər. Gözləyirdik ki, artım olacaq. Test elədilər. Məlum oldu ki, inəklərin heç birisinin balası yoxdur. Bizi aldadıblar”.

“İndi özümü saxlayım, uşağı saxlayım, ya inəkləri?”

Ellada İsmayılovanın yaşadığı ev Rüdəkənar kəndinin girişində yerləşir. Evin qarşısında olan sahəni göstərib deyir ki, otlaq sahəsi var. Elə bu sahəni nəzərdə tutaraq özünüməşğulluq proqramına qoşulub. Lakin deməsinə görə, “yağışdan çıxıb, yağmura düşüb”: “Fikirləşirdim ki, inəklər süd verər, onun südü ilə vəziyyətimi düzəldərəm. Azyaşlı uşaq saxlayıram. İndi də iki baş inək mənim üstümdə qalıb. Bir aydır kəpək, ot verirəm. Bir aylıq xərcim 50-60 manat tutur. Hamısını da borc edirəm. İndi özümü saxlayım, uşağı saxlayım, ya inəkləri saxlayım?”

“Nazirin bundan xəbəri yoxdur”

Kənd sakini özünüməşğulluqdan imtina etmək istədiyini deyir: “Mənim ziyanımı ödəsinlər, heç nə istəmirəm. Bu özünüməşğulluq deyil, xalqı aldatmaqdır. Nazirin bundan xəbəri yoxdur. Nazir eşitsə, onları cəzalandıracaq. Mənim ümidim nazirədir. Bu inəklərin balası yoxdur, hələ üstəlik tələb edirlər ki, artım edin”.

Ellada İsmayılova deyir ki, üzləşdiyi problemlərlə bağlı ölkə prezidentinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və rayon rəhbərliyinə müraciət edib.

“Müqaviləyə görə mənə 3 baş sağmal inək verməli idilər, amma...”

Həmin proqramına qoşulan Ərçivan kənd sakini Nəsimi Həsənov da bağlanmış müqavilənin şərtlərinə əməl edilmədiyini söyləyir: “Müqaviləyə görə mənə 3 baş sağmal inək verməli idilər. Amma 2 baş inək veriblər. Müqavilədə qiymətlər 4800 manat göstərilir. Mənə verilən inəklərin dəyəri isə fikrimcə, 2000 manat edər. Malların yemini yaydan hazırlamışam, özüm tədarük etmişəm. Mənə veriləcək malı çoxdan gözləyirdim”.

“Müqavilədə nəzərdə tutulmuş şərtlərə tam əməl edilmir”

O deyir ki, hələlik inəklərdən qazanc yoxdur:

“İnəklərdən biri sağılır, gündə 1,5 litr süd verir. Bunun da satış qiyməti 1 manat 50 qəpikdir. Arıqdır, amma cinsi yaxşıdır. Artım olacaq. Ən azı 2 il gözləməli olacağıq ki, xeyrini görək. Biznes planında tez bir zamanda qazanc götürmək barədə qeydlər var. Ancaq nəzərdə tutulmuş mallar bizə verilmədi. Mən onlara dedim ki, qoy inəkləri özüm axtarıb tapım. Siz alın. Onlar razı olmadılar. Bir qəssabla gəzirdilər. Birinci dəfə arıq mal gətirdilər, qaytardım. Dövlətin bu istiqamətdə verdiyi dəstək təqdirəlayıqdir. Amma müqavilədə nəzərdə tutulmuş şərtlərə tam əməl edilmir. Hələ ki bunun xeyrini yuxarılar görür, biz yox”.

“İnəklərin alınması ilə bağlı aktlarda təchizatçı şirkətin adı yoxdur”

Sayt yazır ki, özünüməşğulluq proqramına qoşulan işsizlərlə 24 ay müddətinə müqavilə bağlandığı, əmlakın 2 ildən sonra müqavilənin şərtlərinə tam əməl edən şəxslərin mülkiyyətinə verildiyi qeyd olunur: “Qaydaya görə əmlakı təhvil verərkən bağlanmış akta məşğulluq mərkəzinin, təchizatçı şirkətin nümayəndələri və işsiz şəxs imza atırlar. İnəklərin alınması ilə bağlı aktlarda təchizatçı şirkətin adı yoxdur. Yalnız imza var...”

“... Qərara alındı ki, daha inandırıcı, kiməsə sübut və fakt lazım olsa...”

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı deyir ki, vətəndaşa verilən mal-heyvanla bağlı qanunvericilikdə heç bir məbləğdən söhbət getmir: “Vətəndaş özü istədiyi sahə üzrə təlimdə iştirak edir. Bundan sonra təlimlərdə iştirak edir və biznes planını müdafiə edir. Bundan sonra isə aktivlər-mallar vətəndaşa verilir. Vətəndaş razılığı olduğu təqdirdə aktla razılığını bildirir, imza atır. Bir neçə fakt, süni söz-söhbət yaranmışdı. Bundan sonra qərara alındı ki, daha inandırıcı, kiməsə sübut və fakt lazım olsa, onun videogörüntüsünü də çəkək. Vətəndaş öz razılığı ilə bunu qəbul etdiyini bildirir. Bəlkə həmin saytın hansısa istəyi, marağı var? Hər bir fakt üzrə araşdırma apararıq. Çox qəribədir ki, vətəndaşlar tərəfindən bizə heç bir şikayət daxil olmur”.

Niyə özünüməşğulluq proqramı bu şəkildə təşkil olunmaqla gözdən salınır?

Vətəndaşlar onlara təqdim olunacaq heyvanların onların iştirakı ilə alınması təklifi ilə çıxış edirlər. Bəs niyə bu praktikadan istifadə olunmur? Narazılıq yaradan, dövlətin büdcəsi hesabına əldə olunaraq vətəndaşa təqdim olunan mal-heyvanı alan kimlərdir? Niyə özünüməşğulluq proqramı bu şəkildə təşkil olunmaqla gözdən salınır?

Fazil Talıblı deyir ki, heyvanın fiziki göstəriciləri, real vəziyyəti vətəndaşı, kəndçini, biznes-plan tərtib etmiş vətəndaşı qane etmirsə, heyvanları qəbul etmir: “Heyvanlar vətəndaşı qane eləməyincə, vətəndaş aktı imzalamır. Əgər qanunla bu cür baş verirsə, vətəndaş şikayətçi necə ola bilər?”

Mətbuat katibi qeyd edir ki, vətəndaşların bəzilərinin 2-3 ay sonra heyvanların öldüyünü deyir. Amma heyvanın cəsədini göstərə bilmirlər: “Harada öldü, harada basdırdın, bir külünü göstər. Axır məlum oldu ki, heyvanı kəsib satıb. Ötən il 1200 ailə özünüməşğulluq proqramından faydalanıb, bu il isə 7300 ailə bu proqramdan faydalanıb. 2-3 nəfər fərdi qaydada müraciət edib. Problemləri həllini tapıb”.

“Vətəndaşa özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan heyvanları kim və haradan alır” sualına mətbuat katibinin cavabı belə oldu: “Heyvanlar satınalma qanunvericiliyinə uyğun olaraq bu prosesdə, deməli, iştirak edən podratçı şirkət tərəfindən Azərbaycanda satılan heyvan bazarlarından satın alınır. Burada qeyri-adi heç bir şey yoxdur”.

Bəs satınalmada vətəndaşın özünün iştirakının təmin olunması mümkündürmü?

Fazil Talıblı: “Vətəndaşa təklif olunanda mal, o, baxır. Dişindən tutmuş quyruğuna qədər baxır. Əgər onu qane etməsə, qəbul etmir. Podratçı şirkət ona digərlərini təklif edir. Hətta anbardan, heyvan bazarından, saxlama məntəqəsindən dəvət edir, vətəndaş onu şirkətin nümayəndəsindən özü seçir və götürür. Ta o vaxta qədər ki, vətəndaş ona razıdır və imza atır”.

Dövlət 1 qoyunun alınması üçün nə qədər pul ayırır?

Fazil Talıblı: “Ümumilikdə İşsizlikdən Sığorta Fondundan bu il üçün 35 milyon manat vəsait ayrılıb. Hər saatın, hər vaxtın, bazar iqtisadiyyatıdır, elə gün olur ki, qoyunun qiyməti qalxır, enir. Tarif Şurasından malın qiyməti təsdiqlənməyib ki... konkret bazar qiymətləri ilə tənzimlənir”.

Fazil Talıblı işdə olmaması səbəbindən podratçı şirkətin adını deyə bilməyəcəyini də əlavə etdi. Bildirdi ki, bu haqda məlumat verəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru