Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                 

Sabiq nazirin Bakıdakı adamları işdən çıxarılsa da... - Ağsuda hökmranlığı qalır...
Tarix: 14-08-2018, 09:08 | Çap et
Sabiq nazirin Bakıdakı adamları işdən çıxarılsa da...
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan artıq 4 aydan çoxdur ki, xəbər yoxdur. Belə ki, prezident seçkisindən sonra ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Bu sərəncama əsasən, bir sıra nazirlər, komitə rəhbərləri dəyişdirildi və hökumətin yeni tərkibi formalaşdı. Yeni hökumətin tərkibində bir neçə nazir və komitə sədri ilə bərabər, Səlim Müslümov da təmsil olunmadı və sərəncamın imzalandığı aprel ayından etibarən o, mətbuata yalnız bir dəfə açıqlama verib.

Mia.az saytı məlumat yayıb ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin nazir təyin olunduqdan sonra həyata keçirdiyi islahatlardan biri də sələfi Səlim Müslümovun qohumlarını qurumdan uzaqlaşdırmaqdır. Belə ki, S. Babayev bu dəfə Müslümovun qaynı Ağalar Xasayevi vəzifəsindən azad edib. Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi işləyən A. Xasayevin yerinə təyinat da olub.

Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtilə DSMF-nin Səbayel rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.

Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Müslümovun yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etməsi ilə bağlı xeyli sayda məlumatlar yayılıb. Belə ki, Səlim Müslümovun bir dayısı Ənvər Seyidəliyev Ağsunun icra başçısı, digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın Ağsu filialının müdiridir. S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Həmçinin rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşıdır. Məlumatlara görə, icra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni keçmiş nazirin digər dayısı Fazil Seyidəliyev isə rayon polis şöbəsində rəis müavinidir.

Qeyd edək ki, sabiq nazirə əsas ittiham Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxması ilə bağlıdır. Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.

Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-cı illər arasında qısamüddətli dövrdə fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən fond yenidən S.Müslümovun nəzarətinə keçib - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, bütün bu məlumatlar əslində Müslümovun həbsinə gətirib çıxara bilər: “Cinayət Prosessual Məcəlləyə görə, araşdırmanın aparılmasının əsaslarından biri də kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlardır. Yəni əgər bu məlumatlarda cinayət tərkibi, konkret faktlar varsa, prokurorluğun vəzifəsidir ki, araşdırma aparsın və araşdırmanın nəticəsinə görə də qərar qəbul etsin. Tutaq ki, ya araşdırmanın başlanması barədə qərar qəbul etsin, ya cinayət işinin başlanmasından imtina etsin ki, sübutlar yoxdur. İctimai marağı nəzərə alaraq, yaxşı olardı ki bu barədə ictimaiyyətə də məlumat verilsin. Lakin hələ ki bu istiqamətdə hər hansı bir addım müşahidə etmirik. Əgər araşdırma aparılsa, yazılanlar təsdiqini tapsa, Müslümov barəsində cinayət işi başlana bilər. Yaxud da onun əməllərindən ola bilər ki, konkret zərərçəkmiş var. Əgər kütləvi informasiya vasitələrində yazılanlar kifayət etmirsə, hər hansı bir şəxs ona qarşı prokurorluq orqanlarına şikayət edə bilər ki, Müslümovun hansısa əməlinin qurbanı olub. Belə bir fakt olarsa da, ona cinayət işi başlana və Müslümov həbs edilə bilər”.

İddialarla bağlı Səlim Müslümovla əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Bu gün, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Bu gün, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Bu gün, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru