Kənd təsərrüfatı mafiyası iş başında - pambıqla baş kəsmək taktikası
Tarix: 28-06-2018, 09:07 | Çap et
 Son 20 gündə pambıq sahələrində baş verən kütləvi zəhərlənmələr gündəmin əsas müzakirə mövzusudur.
Bunu təxribat hesab edənlər də var, mütəxəssis çatışmazlığı ilə əlaqələndirənlər də. Zəhərlənmələrin Azərbaycanda yeni kənd təsərrüfatı nazirinin təyinatından ay yarım sonraya təsadüf etməsi bəzi şübhələr doğurub. Pambıq sahələrindəki zəhərlənmələrin bir qəsd ola biləcəyi də müzakirə edilən mövzulardandır.
Azərbaycanda pambıq əkini hələ sovet dövründən olub və həmin dövrdə pambıqçılıqla məşğul olan mütəxəssislər var. Rəsmi qaynaqlardan belə aydın olur ki, onların təcrübəsindən bu gün də istifadə edilir. Bundan başqa, Azərbaycanda aqrar sahə üzrə geniş mütəxəssis potensialı var. Belə olan təqdirdə pambıq sahələrinə kimyəvi maddələrin düzgün səpilməməsi, təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması sual doğurur. Məgər sahələrin kimyəvi işlənməsi mütəxəssislərin nəzarəti altında gerçəkləşməyib? Ölkəyə bu məqsədlə gətirilən kimyəvi preparatlar müvafiq yoxlamadan keçirilməyib?
Tutaq ki, sahələrin kimyəvi işlənməsi mütəxəssis nəzarəti olmadan baş tutub, ölkəyə bu məqsədlə gətirilən kimyəvi maddələr yoxlanılmayıb.
Belə olubsa, bəs ötən illərdə niyə pambıq sahələrində zəhərlənmələr baş vermirdi?
İsmət Abbasovun, Heydər Əsədovun nazir işlədikləri dövrdə niyə zəhərlənmə olmurdu? Halbuki onların dövründə kənd təsərrüfatı sahəsində nəzarətsizlik, özbaşınalıq daha çox olub.
Ölkə prezidentinin bu sahəyə diqqət ayırması İnam Kərimovun təyinatı ilə növbəti mərhələyə keçdi. Çoxları onun kənd təsərrüfatında ciddi dönüş yaradacağını deyir. Əsas arqumentlərdən biri budur ki, İ.Kərimov rüşvətxor və korrupsioner deyil. Hər kəs kənd təsərrüfatı sahəsində durumun yaxşılaşacağını gözlədiyi vaxtda tarlalarda kütləvi zəhərlənmələr oldu.
Media təxribat versiyasını işləyib. Bəs bunun arxasında kim, ya da kimlər dayana bilər? Heç şübhəsiz ilk ağıla pullu, gəlirli, qara pulların meydan suladığı bu sahəyə vaxtilə rəhbərlik etmiş adamlar gəlir. Əlimizdə fakt olmadığından deyə bilmərik ki, bu təxribatların arxasında İsmət Abbasov, yaxud Heydər Əsədovun dayanıb. Kənd təsərrüfatı sahəsində illərlə mafiyalaşmış təbəqə bu təxribatı törədə bilərmi? Ağlabatan versiyadır. Çünki onların hamısının barəsində araşdırmalar getdiyi deyilir. Milyonlarla manat dövlət vəsaitinin talan edilməsində şübhəli bilinən, həbs ehtimalı yüksək olan yüksək və orta ranqlı kənd təsərrüfatı məmurlarının bu cür ağır cinayətin təşkilatçısı olduqları yəqin ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yoxlanılır.
Mətbuata isə bu mövzunu gündəmdə saxlamaq qalır. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Bu gün, 20:08 |
|
|
|
| • Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Bu gün, 20:00 |
|
|
|
| • Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Bu gün, 16:23 |
|
|
|
| • "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06 |
|
|
|
| • "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42 |
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
|