Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                 

Eldar Mahmudovun əmisi oğlu “kəfəni yırtmaq” istəyir... - GƏLİŞMƏ
Tarix: 12-06-2018, 08:59 | Çap et
Eldar Mahmudovun əmisi oğlu “kəfəni yırtmaq” istəyir...
2018-ci il İyulun əvvəlində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsdə olan əmisi oğlu Vüqar Mahmudovun barəsindəki həbs qəti-imkan tədbirinin müddəti bitir. Vüqar Mahmudov 7 aydan artıqdır ki, həbsdədir. Onu ötən il noyabrın 3-də həbs ediblər.

Redaksiyamıza daxil olan məlumata görə, ötən müddət ərzində Vüqar Mahmudov bir neçə dəfə sorğu-sual olunub. Qısa dindirmələr əsasən Vüqar Mahmudova verilən mənimsəmə ittihamı üzrə olub. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, ondan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı ifadə almağa çalışıblar. Vüqar Mahmudov Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb. Məlumdur ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Ç.Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb.

Bu əməliyyatlara V.Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb. Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı.

Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı. Son məlumatlara görə artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur, sabiq nazirə qarşı daha loyal mövqeyə keçid olunub. Hətta belə iddialar da var ki, Eldar Mahmudova əhəmiyyətsiz bir vəzifə verməklə, yaxınlarını şərti cəzalarla azad etməklə ölkə daxilində nəzarət altında tutmaq, xaricə qaçmasına imkan verməmək planları var. Yəni Eldar Mahmudova və yaxınlarına ölkədən çıxmaq yasağı qoyub, hərəkət sərbəstliyi verilir. Əgər xüsusi bir “çp” olmasa, sabiq nazir və ətrafı reablitasiya da oluna bilər.

Vüqar Mahmudovun barəsində seçilmiş həbs qəti-imkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata bu ilin fevralında baxılıb və məhkəmə təqdimatı təmin edib. V.Mahmudovun həbs müddəti daha 4 ay uzadılıb. Qərardan narazı qalan V.Mahmudov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyib.

V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Vüqar Mahmudov özünü ittihamlar üzrə təqsirli bilmir, ittihamları qəbul etmir. Onun yüngül cəza ilə məhkəmədən azad olunacağı da istisna deyil. Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindirirdilər. Həmin günlərdə belə ehtimallar vardı ki, sabiq naziri həbs edəcəklər. 4 dəfə dindirilən Eldar Mahmudovu sonradan istintaqa çağırmadılar.

Xatırladaq ki, sabiq nazir Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlarla əlaqədar Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadə verib. Sözügedən cinayət işinə əsasən nazirliyin vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) i 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq əməliyyat tədbirləri davam edir. Eldar Mahmudov milli təhlükəsizlik naziri 17 oktyabr 2015-ci ildə vəzifəsindən azad edilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Bu gün, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Bu gün, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Bu gün, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru