Seçkidən sonra Məmmədyarov istefaya gedir - İDDİA
Tarix: 28-03-2018, 08:35 | Çap et
 11 aprel prezident seçkisi yaxınlaşdıqca, mediada ən çox müzakirə edilən məsələlərdən biri də yeni formalaşacaq komanda ilə bağlıdır. Belə iddialar var ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 7 illik hakimiyyətin başlanğıcında bir sıra “köhnələr” yeni komandada olmaya bilər. Bu səbəbdən də seçki təbliğatı dövründə namizədlər tərəfindən sərt tənqidə məruz qalan məmurlar dərhal medianın da diqqət mərkəzinə düşür ki, bu da təbiidir.
“Azərbaycanın hazırkı dövründə milli varlığına ən böyük təhlükə mövqesizlik, laqeyidlik və biganəlikdir”.
Bunu İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında Zahid Oruc bildirib. Prezidentliyə namizəd bir ildən artıqdır ki, Avropadan Azərbaycana qarşı terror təhdidləri, siyasi qətillərin həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıqları xatırladaraq xarici işlər naziri Elmar Məmmədyarova çağırış edib: “Mən hesab edirəm ki, bunun əhəmiyyətini indi başa düşməkdəyik. Mən bu tribunadan xarici işlər naziri Elmar Məmmədyarova çağırış etmək istəyirəm. Onsuz da on illərdir ki, apardığın danışıqlar haqqında bir dəfə də xalqa, nə də ki, Milli Məclisə hesabat verməmisən. Olmazdımı bir dəfə Avropa ölkələrinin Azərbaycandakı səfirlərini yığıb onlara ölkəmizin daxili işlərinə qarışmamalarını, ölkələrinin Azərbaycanla təhdid dilində danışmalarının, qorxulu çağırışların yolverilməz olduğunu bildirəydiniz, mövqeyinizi ortaya qoyaydınız? Səfirlərə demək mümkün deyilmi Avropada ayrı-ayrı qüvvələri İŞİD-çi qiyafəsində hazırlayıb bizim əleyhimizə himayə eləməkdə məqsədiniz nədir? Axı gördüyünüz kimi onlar dövlətə, Allaha, mənəviyyata, hər şeyə təhlükə törətdiklərini ortaya qoyurlar. Məgər bu bəs deyilmi ki, siz onlara bu məsələ ətrafında öz mövqeyinizi, fikirlərinizi bildirəsiz?”
E.Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil. Təcrübəli diplomat və korrupsiyaya bulaşmayan E.Məmmədyarov təəssüf ki, illərdi XİN-i “hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər “DQR”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E. Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu da deyilir. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir diplomatların seçimində də peşəkar deyil. Bu səbəbdən də son illər səfirliklə bağlı korrupsiya faktları hallarına rast gəlinir. Bu da idarəetmədə ciddi nöqsanlar olduğu barədə rəyləri möhkəmləndirir.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov yerli mediaya son müsahibəsində (unikal.org) namizədlərin məmurları hədəfə almasına toxunub. “Onlara heç kim fikrinə görə qadağa qoya bilməz. Bu, seçki kampaniyasıdır. Əgər namizədlər kimisə tənqid deyil, təhqir edirsə, onun həll yolu məhkəmədir” deyən YAP funksioneri seçkidən sonra mümkün kadr dəyişikliyinə də toxunub. “Vəzifədə çox qalmağın bir pis cəhəti var. Bir adam bir yerdə çox oturduqca, o yer onun üçün adiləşir və o vəzifəyə çox zaman yenilik gətirə bilmir. Bunu bu cür şərh edirlər”.
S.Novruzov əlavə edib ki, bu gün Azərbaycanda bütün siyasəti ölkə başçısı aparır və məmurlar icraçıdırlar.
Yada salaq ki, Elmar Məmmədyarov 2004-cü il aprel ayının 2-dən xarici işlər naziri postunu tutur. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08 |
|
|
|
| • Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00 |
|
|
|
| • Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23 |
|
|
|
| • "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06 |
|
|
|
| • "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42 |
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Dünən, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Dünən, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Dünən, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Dünən, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Dünən, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Dünən, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Dünən, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Dünən, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Dünən, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Dünən, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Dünən, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Dünən, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Dünən, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Dünən, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Dünən, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Dünən, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Dünən, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Dünən, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Dünən, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
20-06-2026, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
20-06-2026, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
20-06-2026, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
20-06-2026, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
20-06-2026, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
20-06-2026, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
20-06-2026, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
20-06-2026, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
20-06-2026, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
20-06-2026, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
20-06-2026, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
20-06-2026, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
20-06-2026, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
20-06-2026, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
20-06-2026, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
20-06-2026, 09:59 |
|
|
|
|