İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                 

Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ START GÖTÜRƏCƏK
Tarix: 10-03-2018, 09:33 | Çap et
Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ
Sabiq vergilər naziri Fazil Məmmədovun və onun komandasında təmsil olunmuş vergi məmurlarının taleyi bu ilin aprelində keçiriləcək prezident seçkilərindən sonra həll ediləcək.

Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, hazırda Fazil Məmmədov və onun komanda üzvlərinə qarşı müşahidə edilən hərəkətsizlik əslində “tufanqabağı sakitlik”dən başqa bir şey deyil. Fazil Məmmədovun rüşvətxor, koorrupsioner kadrlarının siyahıları hazırdır. Onların sahibkarlara qarşı qanunsuz hərəkətləri ilə bağlı çoxlu dosyelər tutulub. Bildirilir ki, bəzi vergi məmurları onlarla bağlı gizli bir prosesin aparılmasından xəbərdardırlar. Odur ki, vəzifədə olarkən qan uddurduqları, böyük rüşvətlər aldıqları sahibkarlarla münasibətlərini düzəltməyə çalışırlar. İstəkləri də budur ki, istintaq orqanlarına çağırılan sahibkarlar onların qanunsuz əməlləri haqda məlumat verməsinlər. Bunun əvəzində sahibkarlara əvvəllər onlardan rüşvət olaraq alınan pullar geri qaytarılır.

Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm səngimiş kimi görünür. Əslində isə proses davam edir. Fazil Məmmədovun ölkə daxilindəki aşkar və gizli olan bütün əmlakları siyahıya alınıb. Onun sahibkarlardan taladığı və xaricə çıxara bildiyi milyardların geri qaytarılması üçün də çox ciddi işlər görülür. Sabiq nazirin gizlədə bildiyi, ilkin qeydiyyatdan keçirib çıxarış almadığı obyektlərin isə axtarışları davam edir. Belə məlumat var ki, hələ 2015-ci ilin oktyabrında Eldar Mahmudov “vurulan” günlərdə Fazil Məmmədov çamadanlarını yığıb gözləmə mövqeyində dayanıb. Həmin dövrdə hələ bir müddət vəzifəsində qalacağını yəqinləşdirəndən sonra ehtiyatlı davranmağa başlayıb. Ətrafındakılara inamsızlıq nümayiş etdirib, aldığı mal-mülklərin ilkin qeydiyyat sənədlərini götürsə də, çıxarış alınması üçün müraciətlər etməyib. Fazil Məmmədov bunu ona görə etməyib ki, onun əmlakları ilə bağlı araşdırma aparanlar mal-mülkünün tam siyahısını müəyyən edə bilməsinlər. Yəni dövlət qurumlarına Fazil Məmmədovun, onun ətrafının adına olan əmlaklarla bağlı sorğu verilərsə, bu halda yalnız çıxarışla olan əmlaklar haqda məlumat verilir. Çıxarışsız əmlaklar isə bir növ kölgədə qalmış olur. Fazil Məmmədov bu kələyi ilə mal-mülkünü gizlətməyə çalışıb. Özü haqda fikir formalaşdırmağa çalışıb ki, nazir olaraq elə də böyük pulları qamarlamayıb. Hazırda Fazil Məmmədov qeyri-müəyyənlik içərisindədir. O, düşdüyü sıxıcı durumdan can qurtarmaq üçün günlərlə içir.

Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Fazil Məmmədovun Eldar Mahmudovla aşkar-gizli əlaqələri hələ də qalmaqdadır. Sabiq nazirlərin bir müddət əvvəl görüşmələri, bir neçə şüşə spirtli içki boşaltdıqları haqda da xəbər var.

Yada salaq ki, Eldar Mahmudov işdən çıxarıldığı günlərdə xəbər yayılmışdı ki, Fazil Məmmədovu işdən çıxarıblar. O dövrdə Vergilər Nazirliyi “Fazil Məmmədov kabinetindədir” açıqlaması verməklə onun işdən çıxarılması xəbərinə reaksiya vermişdi. Amma Fazil Məmmədovun ətrafında körükləmə işlərinin aparıldığı da bilinirdi. 2016-cı il yanvarında prezidentin keçirdiyi ilk müşavirədə məmurları sərt tənqid etməsi də bu baxımdan diqqət çəkirdi. Prezident konkret nazirlərin rəhbərlik etdiyi sahələri tənqid edərkən Fazil Məmmədovun adını çəkmişdi. “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” - deyə, prezident bildirmişdi.

Prezidentin o dövrdə Vergilər Nazirliyinə yönəlik çıxışında dedikləri də yaddaşlardan silinməyib: “Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”...

2016-cı oktyabrında keçirilən müşavirədə isə F.Məmmədovun yarıtmaz fəaliyyəti bir daha qabardılmışdı: “Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Fazil Məmmədov 2017-ci ilin dekabrına qədər fəaliyyəti ilə göstərdi ki, sərt tənqidlərdən nəticə çıxarmır. Rəhbərlik etdiyi qurumun bu çıxışlardan sonrakı fəaliyyətinə nəzər saldıqda aydın olur ki, nəinki nəticə çıxarmayıb, hətta sahibkarların sıradan çıxarılmasına yönəlik addımlar daha da sistemli şəkil alıb. Belə iddialar var ki, hətta bir çox sahibkarlardan 2016-cı ildə 2017-2018-ci illərdə ödəyəcəkləri vergilər əvvəlcədən alınıb. Sanki Fazil Məmmədov pulları alıb və aradan çıxmağa hazırlaşırmışE Eldar Mahmudov “vurulandan” sonra MTN-də baş verən sahibkarla bağlı cinayətlərin bir ucunun da Vergilər Nazirliyinə uzandığı üzə çıxdı. Nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov həbs edildi. Vidadi Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılır.

V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinirdi. Məlumata görə, biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqda məlumatlar MTN-ə ötürülürmüş. MTN çetesi də şantaj, hədə-qorxu yolu ilə həmin biznesmenləri soyurmuş. Bu şərikli “biznes”dən Fazil Məmmədovun bixəbər qalması inandırıcı da deyildi. İnandırıcı deyildi ki, Vergilər Nazirliyində Eldar Mahmudovun ən yaxın adamının illərlə sahibkarlardan milyonlar qoparmasından Fazil Məmmədov xəbərsiz olub. Artıq onun da cəzalandırılacağı gün uzaqda deyil. Sadalanalar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm sona çatmayıb, sabiq nazirlə haqq-hesab çəkiləcəyi günləri irəlidədir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru