Ucar rayonu Bərgüşad kənd sakini Həsənov Mehdi Mais oğlu tərəfindən DİA.AZ-a maraqlı müraciət ünvanlanıb. Həmin müraciəti təqdim edirik:
"Mən Həsənov Mehdi Mais oğlu 13.07. 2009-cu il tarixdə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşam.İki yaşım olanda valideyinlərim Astarxana köçüb orada işləyirdilər.1-ci sinifə orada getmişəm.Mən Qarabağın işğalına etiraz olaraq rus dilində video müraciətlərimi çəkib youtub.com-da paylaşdığım üçün bizi ailəliklə Astarxandan Azərbaycana deportasiya etdilər.Hazırda Ucar rayonunun Dədə Qorqud küçəsində kirayədə yaşayırıq.Xocalı soyqırımının 26-cı il dönümü münasibəti ilə rus dilində etdiyim video müraciətimi saytınızda dərc etməyi xahiş edirəm. Mən gələcəkdə zabit olacam. Arzum budur tezliklə torpaqlarımızı düşməndən azad edək.Allah şəhidlərimizə rəhmət eləsin.
Əlaqə telefonu; (050) 650-88-24 atam Mais Həsənov"