Azərbaycana bıçaq saplayan “azərbaycanlı müxalifətçilər” – rəzalətin anatomiyası
Tarix: 19-09-2016, 08:16 | Çap et
Xəbər verildiyi kimi, sentyabrın 15-də ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (AXCP sədri Əli Kərimlinin oğlu) və Amerikanın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç də çıxış ediblər.
Lakin qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, tədbir çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavern müzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti isə (diqqət!!!) ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.
Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub. Burda yada salaq ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. O, Amerikadakı erməni diasporunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindəndir. Bu mənada AXCP sədrinin oğlunun əli Azərbaycan xalqının qanına batmış Saakyanın oğlu ilə Azərbaycana qarşı keçirilən eyni tədbirdə iştirakçı olması doğrudan da düşündürücüdür. Xədicə İsmayıl isə dinləmələrə Skype vasitəsilə qatılıb.
O da diqqətçəkicidir ki, tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabrda konqresmen Kris Smitin Azərbaycan rəhbərliyinə ünvanladığı məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktubu Smitlə yanaşı, Konqresdə Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şif də imzalayıb.
*****
Beləliklə, həm sözügedən məktubun, həm də ABŞ Konqresindəki dinləmələrin arxasında erməni lobbisinin dayandığına şübhə yeri qalmır. Təəccüblü deyil. Təəccüblüsü Azərbaycan əleyhinə bu hücumlarda bəzi soydaşlarımızın da can-başla yer almasıdır. Ancaq eyni zamanda təəccüblü də deyil...
Başa düşürük, siyasi müxalifətçilik lazımdır. İqtidara qarşı radikal müxalifətçilik də haradasa bəlkə anlaşılandır. Hakimiyyət uğrunda siyasi mübarizə, siyasi plüralizm olar və lazımdır da. Normal, müasir dövlətçilik prinsipləri, demokratik dəyərlər, insan haqları bunu diktə və hətta zəruri edir. Ancaq Azərbaycan maraqları olan yerdə, Azərbaycan davası gedən yerdə xain düşmənlə, onun təmsilçiləri ilə, separatçılarla eyni cərgədə və cəbhədə qərar tutub eyni səngəri bölüşmək ... bu, artıq Azərbaycan maraqlarına, Azərbaycan xalqına xəyanətdir!
Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, şeytanla belə ittifaqa girib, Qarabağ boyda dərdi olan gənc dövlətimiz haqda mənfur ermənilərə qoşulub mənfi fikir formalaşdırmaq, hakimiyyətlə Azərbaycan məfhumlarını qəsdən qarışdırıb da “bulanıq suda” tarixi düşmənlərimizlə birgə “balıq tutmaq”- gerçəkdən də millətə və dövlətə xəyanətdir, əsl rəzalətdir.
Bəli, insan haqları ümumbəşəri dəyərdir. Amma və lakin həm də konkret məfhumdur və onu kiminsə və ya hansısa qrupun maraqları naminə sonsuzadək istismar eləmək yolverilməzdir. Əfsus ki, ABŞ kimi demokratik dövlət də ideal deyil. Bildiyimiz kimi, burada erməni lobbisinin çirkli pulları hesabına insan haqları kimi həssas mövzu da bir sıra konqresmenlər tərəfindən Azərbaycan əleyhinə illərdir istifadə olunur. Bu da onlardan növbəti birisi olsun.
*****
Yeri gəlmişkən, Azərbaycana qarşı bədnam “907-ci düzəliş” məhz Əli Kərimlinin də təmsil olunduğu Elçibəy iqtidarı dövründə (1992) ABŞ-dakı erməni lobbisinin diktəsi ilə, həmin Konqres tərəfindən qəbul edilib və hələ də ləğv edilməyib! İnsan haqları bəhanəsi ilə Azərbaycana qarşı bu haqsız oyunlar əfsus ki, davam edir. Və nə yazıq ki, bu oyunlara ermənilərlə yanaşı, özünü azərbaycanlı hesab edənlər, Azərbaycana rəhbərlik iddiasında olan “ana müxalifət”in yaxınları, bioloji və siyasi varisləri də məmnuniyyətlə qatılıblar. Bir daha yazıqlar!
Hər halda, biz hələ indiyədək bir erməni müxalif siyasətçisini belə hakimiyyət maraqları naminə öz ölkəsinin, dövlətinin aşağılanmasına, dünyada nüfuzdan salınmasına yönəlik projelərdə iştirakçı olmasını görməmişik. Onlar sanki and içiblər kimi, ümummilli məsələlərdə həmişə eyni hədəfə vururlar. Nəinki vahid cəbhədə çıxış edərək eyni hədəfə vururlar, indi bəlli olur ki, hətta bu yöndə Azərbaycanın korazehin “ana müxalifəti”nin imkanlarından da məharətlə istifadə etməyə başlayıblar.
*****
Bu xüsusda Respublikaçı Alternativ (REAL) İdarə Heyətinin üzvü, tanınmış hüquqşünas Erkin Qədirlinin məlum dinləmələrlə bağlı qeydləri də diqqət çəkir və bu qəbildən anti-Azərbaycan tədbirlərinin məkrli mahiyyətini bir daha çılpaqlığa ilə ortaya qoyur. Erkin bəy statusunda yazır:
“Onu deyim ki, mənim bu dinləmələrdən öncədən xəbərim olmayıb. Toplantıya bir həftə qalmış mənə Vaşinqtondan yazdılar ki, belə bir dinləmə olacaq, oraya məni dəvət etmək istəyirlər. Dedim, gələ bilməyəcəm, yol uzaq, həvəs yox, pul da az. Dedilər ki, problem deyil, bütün xərcləri dəvət edən tərəf ödəyə bilər. Nə isə, pasportumu istədilər, şəklini göndərdim. Üstündən iki, ya üç gün keçəndən sonra yazdılar ki, bəs ABŞ-ın Bakıdakı səfirliyi Qurban bayramına görə işləmir, ona görə vizanı almağa vaxt qalmır. Skype-la qoşulmağı təklif etdilər. Razılaşdım.
Açığı, “Konqresdə dinləmə” adıyla toplantıya qatılmaqda həvəssizliyimin başqa, daha önəmli səbəbi vardı. Bu dəfə mənim dəvətimi təşkil edən dostlardan bir neçə dəfə soruşdum: “Dədiq dinləmədir, yoxsa, keçən dəfəki kimi, yenə axırda brifinqə endirəcəklər?” Dinləmə yerinə brifinq olacaqsa, qatılmayacağımı dedim. Məni inandırdılar ki, dinləmə olacaq. Odur ki, Skype-la qoşulmağa razılaşdım... Dinləmələrə bir gün qalmış, Bakı vaxtı ilə gecə idi, mənə yazdılar ki, bəs, alınmır, məni siyahıdan çıxarıblar. Səbəbini soruşdum, dedilər ki, bəs, kimlərsə konqresmenlərə mənim üç il bundan öncə yazdığım “Xocalı statusu”mdan xəbər verib. Hər şey mənə aydın oldu. Bir şeyi öyrənmək istədim: konqresmenlərə bunu konkret kim(lər) göndərib. Cavab ala bilmədim. Dedilər ki, konqresmenlər tədbirin pozula biləcəyini ehtimal edərək belə qərar veriblər. Çünki oraya jurnalistlər gələcək, erməni təşkilatlarından qatılanlar da ola bilər. Yəni, güman üzərində verilmiş bir qərar olub. Dedilər ki, ermənilər, ya da jurnalistlər tədbirin başında, ya da ortasında mənim iştirakıma etiraz edə, bu da dinləməinin gedişatını poza bilər". Erkin Qədirli daha sonra yazıb: “Donos” deyəndə kimin yadına nəyin düşdüyünü bilmirəm, amma mənə qarşı konqresmenlərə xəbərçiliyin olduğunu dəqiq bilirəm. Yuxarıda yazdığım kimi, ən son anda - dinləmələrə bir gün qalmış məni siyahıdan çıxardılar. Hərçənd, ona qədər hər şey yaxşı gedirdi. Mənə iki ünvan dedilər - ANCA (Amerikanın Milli Erməni Komitəsi) və Congressional Azerbaijani Caucus (ABŞ Konqresində Azərbaycanla dostluq və əməkdaşlıq qrupu). Birincilərlə hər şey aydındır - Amerikadakı daşnaklardır. İkincilərsə, bizim hökumətin pulu, ya da başqa təklifləri hesabına ələ alınmış konqresmenlərdir.
İkincilər heç də pis anlama gəlmir. Amerika üçün normal lobbi işləridir... Məsələ başqadır - daha böyükdür və siyasidir. Məqsəd məni və mənim qismimdə REAl-ı vurmaq, beynəlxalq əlaqələrimizi kəsməkdir, bizi hər yerdə aşağılamaq, nüfuzdan salmaqdır və s." Erkin Qədirli iddia edir ki, onun vaxtilə yazdığı “Xocalı statusu” ilə bağlı ABŞ-ın Bakıdakı sabiq səfirlərindən birinə məlumat veriblər və belə deyiblər: “Siz İlqar Məmmədovun buraxılmasını xahiş edirsiniz, amma baxın, görün, İlqar Məmmədovun müavini (məni deyir) nəylə məşğuldur - qonşu dövlətin prezidentini öldürməyə çağırışlar yayır”. Erkin Qədirlinin bundan sonra yazdıqları əsil sensasiyadır: “ABŞ səfirliyi iki ildən artıq məni danışdırmadı, heç yerə dəvət etmədi - hamısı da bu söhbətlərə görə oldu. Son zamanlar buz əriməyə başladı, bir-iki dəfə görüşdük, danışdıq. İndi də Konqresdə belə hoqqa çıxardılar. Məlum məsələdir. Biz çox şeyi bilmirik, amma hər şeyi yaxşı anlayırıq. Adamı yandıran da odur ki, bu siyasi qarşıdurmanın içində kimlərsə, tamamilə əlaqəsiz adamlar, yalnız özlərinə məlum olan səbəblərdən bizə, REAL-a və konkret mənə qarşı çeşidli uydurmalar, böhtanlar yayırlar”.
*****
Bu mətndən də aydın görünür ki, Konqresdəki məlum dinləmələrə qatılan azərbaycanlılar öncədən öhdəlik götürürlər ki, ermənilərə qarşı neqativ heç nə deməyəcəklər. Əsas məsələ odur ki, orda Azərbaycan iqtidarından danışsınlar, onu tənqid etsinlər. Bu dinləmələrə qatılanlar hətta ermənilərlə bərabər, onlarla bir çatı altında rəsmi Bakını tənqid edir, pisləyir, ölkədəki rejimi dəyişməyə çağırış edirlər. Necə ki, bunu AXCP sədrinin oğlu Vaşinqtonda etdi - həm də ermənilərin çoxluq təşkil elədiyi, separatçı rejimin başçısı Bako Saakyanın oğlunun da qatıldığı tədbirdə. Amma diqqət edin, belə bir zamanda, onların ermənilərlə birgə mübarizə apardığı Azərbaycan iqtidarının rəhbəri Bişkekdə işğalçı erməni prezidentinin ağzını yumur, ölkəmizin maraq və çıxarlarını qoruyurdu.
Məsələ də ondadır ki, Vaşinqtonda Azərbaycan əleyhinə olan və Qarabağla bağlı, Azərbaycanın haqlı mövqeyi ilə bağlı bir kəlmənin belə deyilmədiyi dinləmələrdən cəmi bir gün sonra Bişkekdə MDB toplantısında düşmən ölkə başçısı, Xocalı canisi Serj Sərkisyan da Azərbaycan əleyhinə Konqresdəki tezislərə oxşar tezislərlə çıxış edirdi. Sözsüz ki, orada Azərbaycan prezidenti İlham Əliyev onun layiqli cavabını verdi, Sərkisyanı yerində oturtdu. O çıxışı “azərbaycanlı” psevdovətənpərvərlərin yadına salmağa dəyər:
“Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım. Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu. Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var - BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir.
Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır.
Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir. Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk Qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim.
Serj Sarkisyan: Yalana cavab verməyin sadəcə mənası yoxdur.
İlham Əliyev: Mən yalana artıq cavab verdim".
*****
...ABŞ Konqresində isə Azərbaycan əleyhinə analoji çıxışlara Azərbaycanın “ana müxalifət”i adından azərbaycanlı Türkel Kərimli, Xədicə İsmayıl züy tutur, dəstək verirdi - Qarabağdan, haqq işimizdən danışmaq əvəzinə! Necə deyərlər, bu - daş, bu da - tərəzi. Haqlı suallar ortaya çıxır: indi kim azərbaycançıdır, dövlətçidir? Kim ölkə dışında öz xalqının mənafeyini hər şeydən üstün tutur? Kim hakimiyyət adı ilə dövlətin xaricdə, ABŞ-da gözdən salınması kimi məkrli kampaniyaların iştirakçısıdır? Nəhayət, kim dövlətimizə xaricdə bıçaq saplayır?
Sualların hamısı ritorikdir, təbii ki.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
|