NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                 

BMW-nin Azərbaycandakı dileri oğurluq avtomobillər də satır? - İDDİA
Tarix: 10-08-2016, 09:43 | Çap et
BMW-nin Azərbaycandakı dileri oğurluq avtomobillər də satır?
Bu ilin aprel ayında ölkə mətbuatında İmprotex şirkəti ilə bağlı ilginc məlumatlar yayılmışdı.
Qafqaznews.az-ın məlumatlarından da istifadə olunan, amma istinad mədəniyyəti unudulan həmin yazıda bildirilirdi ki, “BMW Group”-un maliyyə hesabatlarını incələdikdə orada nə Azərbaycanın, nə də “İmprotex Motors”un adı var: “Bir neçə ölkədə zavod və şöbəsini açan şirkət bizə yaxın ölkələrdən Rusiya və Türkiyə ilə əməkdaşlıq edir. Əsasən Rusiyaya avtomobillər şirkətin Avstriyada olan zavodundan gətirilir. Kalininqrad şəhərində yerləşən şöbədən “BMW Group”-a məxsus avtomobillər almaq üçün hər cür imkan yaradılıb. Bunun üçün Rusiyadakı şirkətə məxsusi bank da açılıb” (bizdə istinad mədəniyyəti olduğuna görə, bildiririk: bu çıxarış meydan.tv saytından götürülüb).

Sözügedən araşdırma yazısında həmçinin qeyd olunur ki, “BMW Group”-un səhifəsində axtarış apardıqda “İmprotex Motors”un adı bircə dəfə sadəcə yerli diller kimi çəkilir: “O da “Mini” avtomobillərinin 2012-ci ildə Bakıya humanitar yürüşü çərçivəsində”.
Qeyd edək ki, sözügedən şirkətin oğurluq avtomobillər də satması ilə də bağlı iddialar var və həmin informasiya ilə bağlı araşdırmanı cəmiyyətə ilk təqdim edən resurs da (“Meydan TV” əməkdaşının sadəcə “mətbu orqan” deyə yazmaqla kifayətləndiyi), Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytı olub.
Biz avqustun 9-da “İmprotex Motors”un satış meneceri Elşən Məmmədovla əlaqə saxlayaraq, həmin şirkətin həqiqətənmi BMW-nin distribüteri olduğunu soruşduq.

“Bizim şirkət 1998-ci ildən BMW-nin Azərbaycanda idxalçısıdır. 2018-ci ildə 20 il tamam olacaq. Müqaviləmiz davamlı olaraq yenilənir. Rəsmi dilerik və bunu bmw.com saytından da dəqiqləşdirə bilərsiniz. Həmçinin, Bmw.az saytı da bizimdir”, – deyə E.Məmmədov Qafqaznews.az-a bildirdi.
Biz yoxladıq və həqiqətən də, sözügedən saytın ölkələr siyahısında Bmw.az saytı açıldı və əlaqə bölməsində isə yeni pəncərədə “İmrprotex Motors”un saytı ilə qarşılaşdıq. Lakin təəssüf ki, şirkət nümayəndəsi oğurluq avtomobil satışı məsələsini şərh etmədi.

Xatırladaq ki, 2015-ci il fevralın 25-də Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytında ““Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?” başlıqlı araşdırma yazısı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, vəkil İlham Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət edərək, maraqlarını təmsil etdiyi şəxsə “İmprotex Motors” tərəfindən oğurluq avtomobil satıldığını deyib: “Mənim adını hələ ki, demək istəməyən müştərim dələduzların qurbanı olub. 12 aprel 2013-cü ildə mənim müştərim Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş BMW markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir. İslam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib.

Razılaşmadan sonra, mənim müştərim təklif edir ki, alqı-satqıdan öncə, bu avtomobil BMW-nin Azərbaycanda rəsmi dileri olan “Improtex Motors” şirkətində texniki baxışdan keçirilsin. Və Aqil Məmmədov razılaşır”.
Vəkilin bizə bildirdiyinə görə, “Improtex Motors”da texniki baxış aşağıdakı qaydada aparılır: “Avtomobilin bütün detalları yoxlanılır. Yoxlamanı eyni vaxtda bir neçə usta aparır. Onlardan hər biri öz rəyini növbə rəisinə bildirir. Növbə rəisi isə ümumi rəyi sifarişçiyə çatdırır.

“Improtex Motors” şirkətinin növbə rəisi Həsən Ağaverdiyevin mənim müştərinə təqdim elədiyi aktda avtomobildə bir qədər texniki nasazlıq olduğu göstərilib və onu da şirkətdə asanlıqla aradan qaldırmaq mümkün olması qeyd olunub. Mənim müştərimə hətta nasazlığı aradan qaldırmaq üçün tələb olunan məbləği də bildiriblər”. Məmmədovun sözlərinə görə, texniki baxışdan sonra onun müştərisi və Aqil Məmmədov alqı-satqı üçün ölkənin Baş Dövlət Yol Polisinə (BDYP) gedirlər. Müxbirimizin “Nə üçün alqı-satqıya görə BDPY-ə gediblər?” sualına vəkil belə cavab verib: “ Bilmirəm. Bu ümumi praktikadır”.

Sonra vəkil qeyd edib ki, avtomobili alarkən mənim müştərim avtosalonun sahibi İslamdan 2-ci açarı tələb edib. İslam isə bildirir ki: “Açar i5-mintib. Siz narahat olmayın, biz sifariş eləmişik, tezliklə açar hazır olacaq”.
Vəkil bildirib: “Alqı-satqıdan sonra mənim müştərim dostları ilə görüşüb. O aldığı avtomobildəki nasazlıq barədə dostlarına danışanda onlar tanış ustaya müraciət etməyi məsləhət biliblər. Çünki həmin usta bu işi iki dəfə ucuz eləyir. Mənim müştərim də həmin ustanın yanına gedib”.

Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta bildirib ki, alınan avtomobil oğurluqdur: “ Abtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem BMW şirkətinə imkan verir ki, oğurlanmış avtomobili harda olsa da yerini müəyyən eləsin. Bundan sonra mənim müştərim “Improtex Motors” şirkətinə gedərək yoxlamanı keçirmiş ustadan izahat tələb edir. Usta mənim müştərimə bildirib ki, mən yoxlama vaxtı bu nasazlığı gördüm və bu barədə növbə rəisi Həsən Ağaverdiyevə məlumat verdim”.

Məmmədovun bizə dediklərinə görə, Həsən Ağaverdiyev ustanın dediklərini təsdiq edib: “Ancaq Ağaverdiyevin özünün dediyinə görə, o, ustanın dediklərinə fikir verməyib”. Kavkaznews.az-ın müxbiri “Siz bu barədə avtomobilin keçmiş sahibinə xəbər eləmisinizmi?” sualına vəkil belə cavab verib: “ Bəli, biz Aqil Məmmədova və onun atası Qobustanın icra başçısı Adil Məmmədova xəbər eləmişik. Ancaq onlar bizim dediklərimizə əhəmiyyət verməyiblər”.

Vəkil həmçinin qeyd edib: “Mənim müştərim DİN-ə ərizə yazıb. Məktub araşdırılmaq üçün yaşayış yeri üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə göndərilib. 22-ci bölmənin rəhbərliyi məktubu Binəqədi prokurorluğuna göndərib”. Müxbirimizin “Nə üçün Binəqədi prokurorluğuna?” sualına vəkil belə cavab verib: “ Bunu bizə belə izah elədilər ki, avtomobilin alqı-satqı olduğu BDYPİ Binəqədi rayonu ərazisində yerləşir”.
Vəkil qeyd edib ki: “Nəticədə prokurorluq işi BDYPİ-ə göndərdi. Baş İdarənin müstəntiqləri bildirdilər ki, inanmırlar ki, avtomobil oğurluqdur, ona görə ekspertiza təyin elədilər. Ekspertiza avtomobilin oğurluq olduğunu təsdiq elədi və iş prokurorluq orqanlarına göndərildi. Prokurorluq isə işi Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi. Mənim təkidli tələblərimdən sonra 5 aprel 2014-cü il tarixdə, yəni 1 il sonra avtomobilin oğurluq olduğu məlum oldu və cinayət işi açıldı”.

Kavkaznews.az-ın müxbirinin “Cinayət işi açılıbsa daha niyə şikayət edirsiniz?” sualına vəkil belə cavab verdi: “Cinayət işi açılmasına baxmayaraq müstəntiqlər heç bir araşdırma aparmır. Biz Improtex Motors-un rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb elədik, hansıki bizi aldadıblar. Müstəntiqlər isə bildirdi ki, maşını oğurlayan şəxsi tapmaq lazımdır. Həqiqətən də oğrunu həbs elədilər. Ancaq 2 gün sonra sərbəst buraxdılar”.
Vəkil bizə bildirdi ki, istintaqın aparılması müstəntiq Vüsal Məhərrəmova tapşırılmışdı: “Sonra istintaqın aparılması Həbib Həbibliyə həvalə olundu. Bizim təkidli tələblərimizə baxmayaraq, müstəntiqlərin hər ikisi mənim müştərimlə avtomobili satan Aqil Məmmədov arasında üzləşmə keçirməkdən imtina edirlər”.
Biz İlham Məmmədovdan onun dediklərini təsdiq edən sənədləri tələb elədik. O, bizə Həsən Ağaverdiyevin imzası ilə “Improtex Motors” şirkətinin avtomobilin yoxlanması ilə bağlı arayışını təqdim elədi.
Həqiqətənmi, müstəntiqlər Vüsal Məhərrəmov və Həbib Həbibli müştəri ilə Aqil Məmmədov arasında üzləşmə keçirmək istəmirlər?

Bu suala cavab aımaq üçün Vüsal Məhərrəmova müraciət eləsək də, o, suala cavab verməkdən imtina elədi.
Onda biz Həbib Həbibliyə müraciət elədik. O, Kavkaznews.az-a bildirdi ki: “Mən nə üçün Aqil Məmmədovla avtomobilin indiki sahibi arasında üzləşmə keçirməliyəm? Onlar heç vaxt görüşməyiblər”.
Aqil Məmmədov isə müstəntiqin dediklərin inkar elədi: “Mən avtomobilin inidiki sahibi ilə alqı-satqı zamanı görüşmüşəm”.

Müxbirimizin “ Sizin satdığınız avtomobil həqiqətənmi oğurluq olub?” sualına Aqil Məmmədov belə cavab verib: “ Bəli. Mən bu avtomobili Improtex Motors-un rəsmi dileri Ülvi Nəsibovdan almışam”.
Biz Improtex Motors servisin növbə rəisi Həsən Ağaverdiyevlə də əlaqə saxlayaraq ortaya çıxmış problemin nə üçün aktda əsk olunmadığını soruşduq. O, bildirdi ki: “ Bu sadəcə xırda bir anlaşılmaqzlıq olub. Onu da bildirim ki, avtomibillə bağlı akt İlham Məmmədovun müştərisinə deyil, Aqil Məmmədova təqdim olunub”.

Müxbirimiz “Axı, İlham Məmmədov onun müştərisinin xidmət haqqı ödəməklə “Improtex Motors” şirkətinin avtomobilin yoxlanması ilə bağlı verdiyi sənədi və sizin imzanız olan aktı bizə təqdim elədi” qeydinə Həsən Ağaverdiyev “ O rəsmi sənəd deyil” deyərək dəstəyi asdı.

Bütün bunlarla bağlı peşəkar hüquqşünaslar birliyinin sədri Tağı Hüseynov Kavkaznews.az-a bildirib ki: “Improtex Motors şirkəti ilham Məmmədovun müştərisinə dəyən zərəri ödəməlidir. Zərərçəkən tələb edərsə dəyən mənəvi ziyan da ödənilməlidir”.
Tağı Hüseynovun sözlərinə görə, müstəntiq Həbib Həbiblinin dedikləri gülməlidir: “ Əgər alqı-satqı avtomobilin indiki sahibi ilə Aqil arasında olubsa, onlar necə görüşməyə bilərdilər?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
18-06-2026, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
18-06-2026, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
18-06-2026, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
18-06-2026, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
18-06-2026, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
18-06-2026, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
18-06-2026, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
18-06-2026, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
18-06-2026, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
18-06-2026, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
18-06-2026, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru