“Azerconnect Group”da Korporativ inkişaf və daxili nəzarət üzrə departament direktoru vəzifəsinə təyinat olub.
Banker.az xəbər verir ki, Leyla Abbasova Korporativ inkişaf və daxili nəzarət üzrə qrup direktoru vəzifəsinə təyin edilib.
O, 2022-ci ilin may ayından 2026-cı ilin iyun ayına kimi “Azerconnect Group”da Korporativ inkişaf və daxili nəzarət departamentinin qrup rəhbəri olub.
2019-cu ilin fevral ayından 2022-ci ilin may ayınadək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Daxili audit departamentinin rəhbər müavini vəzifəsində çalışıb.
Leyla Abbasova 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində (Xüsusi İstedadlar Qrupu) bakalavr təhsili alıb.








