Saatlıda Beynəlxalq Bank reketçiliyi: - vətəndaşlara necə kələk gəlinir?
Tarix: 5-05-2016, 08:45 | Çap et
 Son vaxtlar bank qalmaqalları ilə bağlı məlumatlar intensivləşib. Məsələn, Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqal bu qurumun rəhbərini həbsxanayadək daşıdı. Amma sözügedən bankda qanunlara sayğısızlıq və maliyyə maxinasıyalarının altında yalnız Cahangir Hacıyevlə bitmədiyi bəllidir. Azərbaycan Beynəlxalq Bankın Saatlı filialında baş verən qanunsuzluq, daha duğrusu açıq-aşkar özbaşınalıqla bağlı cumhuriyyet.az-a daxil olan məlumat onu göstərir ki, bankın filial rəhbərləri öz əməllərinə görə də indi məhbus həyatı yaşayan sabiq şeflərindən geri qalmırlar. Redaksiyamıza daxil olan məlumatda Beynəlxalq Bankın Saatlı rayon filialının rəhbərliyi, müdir İlqar İbrahimov və onun müavini Aqil Heydərovun açıq qanunsuzluğundan bəhs olunur. Şikayətdə bildirilir ki, bu ilin yanvar ayında Saatlı rayon sakinin Hüseynov Habil kredit götürmək üçün Beynəlxalq Bankın Saatlı rayon filialına müraciət edir. Zamin kimi isə iş yoldaşı Süleymanov Elşadı təqdim edir.( hər iki şəxs məvacibini kartla Beynəlxalq Bank vasitəsi ilə alır) Lakin filialda zamin E.Süleymanovun əməkhaqqının yetərli olmadığını əsas gətirərək müştəriyə kredit verilmir. Bundan sonra H.Hüseynov öz oğlunu zamin kimi təqdim edir və kredit alır. Heç bir qanunla izah olunmayan hadisə isə bu günlərdə aşkarlanıb. Belə ki, E.Süleymanov aprel ayında maaşını almaq üçün kartından pul çıxarda bilmir, terminal onun kartına yüklənən pulun istifadə olunduğunu bildirir. Vətəndaş məsələyə aydınlıq gətirmək üçün Beynəlxalq Bankın Saatlı rayon filialına müraciət edir. Burdan isə ona bildirirlər ki, H.Hüseynova zamin durub və həmin şəxs də kredit borcunu ödəmədiyi üçün cavabdeh şəxs kimi borc onun maaşından tutulur. E.Süleymanov cumhuriyyet.az-a ünvanladığı şıkayətdə zamin kimi onun adına bankda heç bir sənəd rəsmiləşdirilmədiyini deyir: “məni zamin kimi qəbul etmədilər. Heç bir sənədə də qol çəkmədim. Digər bir tərəfdən H.Hüseynovla eyni idarədə işləyirik və əməkhaqqımız eyni gündə yüklənir niyə borc kredit götürənin özünün maaşından çıxılmır?” Şikayətçi bütün baş verənlərlə bağlı Beynəlxalq Bankın Saatlı rayon filialının rəhbərliyinə üz tutsa da ona əhəmiyyət verilmir. Əksinə, haqlı tələblərə hədə-qorxu ilə cavab verilib. Onu da bildirək ki, bu Beynəlxalq Bankın Saatlı rayon filialında baş verənilk qanunsuzluq deyil.Bir müddət öncə Saatlı rayon Qaracalar kənd sakini 58 yaşlı Nəzərova Səadət Bayram qızı üzləşdiyi qanunsuzluqlarla bağlı da yazı dərc etmişdik. Şikayətçi cumhuriyyet.az-a ünvanladığı məktubda bir il bundan öncə Azərbaycan Beynəlxalq Bankın Saatlı filialından kredit götürdüyünü bildirir. Elə ilk qanunsuzluq həmin andaca baş verib. Belə ki, S.Nəzərəva öz məktubunda bu məsələnin üzərində xüsusi dayanmasa da cumhuriyyet.az-ın araşdırmaları zamanı məlum olub ki, vətəndaşın adına 4.800 (dörd min səkkiz yüz) manat kredit ayrılsa da bu məbləğin bir hissəsi “yoxa çıxıb” və ona “şapka”lı kredit verilib. Amma iş bununla da bitməyib. Təqaüdçü S.Nəzərovaya kredit verildikdən sonra Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı onun təqaüd kartını da girov kimi özündə saxlayıb. Vətəndaş öz təqaüd kartını tələb etsə də Azərbaycan Beynəlxalq Bankın Saatlı filialının rəhbəri İlqar İbrahimov bildirib ki, “sənin bizə borcun var, kreditini ödəyib qurtarandan sonra kartını götürə bilərsən”. Bildirək ki, təqaüdünü Kapital Bank vasitəsi ilə alan S.Nəzərovanın kartının Beynəlxalq Banka yol tapmasının da maraqlı tarixçəsi var. Belə ki. cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bu proses kartın müddəti maşa çatdıqdan sonra Kapital Bank tərəfindən dəyişilərkən baş verib. Belə ki, vətəndaşın yenilənmiş təqaüd kartı Kapital Bankın saatlı rayon filialına daxil olub, amma bu qart hüquqi sahibinə verilməyib. Kapital Bankın rayon filialının rəhbəri Sakit Zahidov S.Nəzərovaya məxsus təqaüd kartını Azərbaycan Beynəlxalq Bankın Saatlı filialınının baş kreditoru Aqil Heydərova verib. Beləcə, Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı öz həmkarının “pas”ını qəbul edərək bir təqaüdçüdən açıq aşkar oğurluq etmiş olub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21 |
|
|
|
|