Əsas Səhifə > Gündəm, Manşet > Saatlıda Beynəlxalq Bank reketçiliyi:
Saatlıda Beynəlxalq Bank reketçiliyi:5-05-2016, 08:45 |
Son vaxtlar bank qalmaqalları ilə bağlı məlumatlar intensivləşib. Məsələn, Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqal bu qurumun rəhbərini həbsxanayadək daşıdı. Amma sözügedən bankda qanunlara sayğısızlıq və maliyyə maxinasıyalarının altında yalnız Cahangir Hacıyevlə bitmədiyi bəllidir. Azərbaycan Beynəlxalq Bankın Saatlı filialında baş verən qanunsuzluq, daha duğrusu açıq-aşkar özbaşınalıqla bağlı cumhuriyyet.az-a daxil olan məlumat onu göstərir ki, bankın filial rəhbərləri öz əməllərinə görə də indi məhbus həyatı yaşayan sabiq şeflərindən geri qalmırlar. Redaksiyamıza daxil olan məlumatda Beynəlxalq Bankın Saatlı rayon filialının rəhbərliyi, müdir İlqar İbrahimov və onun müavini Aqil Heydərovun açıq qanunsuzluğundan bəhs olunur. Şikayətdə bildirilir ki, bu ilin yanvar ayında Saatlı rayon sakinin Hüseynov Habil kredit götürmək üçün Beynəlxalq Bankın Saatlı rayon filialına müraciət edir. Zamin kimi isə iş yoldaşı Süleymanov Elşadı təqdim edir.( hər iki şəxs məvacibini kartla Beynəlxalq Bank vasitəsi ilə alır) Lakin filialda zamin E.Süleymanovun əməkhaqqının yetərli olmadığını əsas gətirərək müştəriyə kredit verilmir. Bundan sonra H.Hüseynov öz oğlunu zamin kimi təqdim edir və kredit alır. Heç bir qanunla izah olunmayan hadisə isə bu günlərdə aşkarlanıb. Belə ki, E.Süleymanov aprel ayında maaşını almaq üçün kartından pul çıxarda bilmir, terminal onun kartına yüklənən pulun istifadə olunduğunu bildirir. Vətəndaş məsələyə aydınlıq gətirmək üçün Beynəlxalq Bankın Saatlı rayon filialına müraciət edir. Burdan isə ona bildirirlər ki, H.Hüseynova zamin durub və həmin şəxs də kredit borcunu ödəmədiyi üçün cavabdeh şəxs kimi borc onun maaşından tutulur. E.Süleymanov cumhuriyyet.az-a ünvanladığı şıkayətdə zamin kimi onun adına bankda heç bir sənəd rəsmiləşdirilmədiyini deyir: “məni zamin kimi qəbul etmədilər. Heç bir sənədə də qol çəkmədim. Digər bir tərəfdən H.Hüseynovla eyni idarədə işləyirik və əməkhaqqımız eyni gündə yüklənir niyə borc kredit götürənin özünün maaşından çıxılmır?” Şikayətçi bütün baş verənlərlə bağlı Beynəlxalq Bankın Saatlı rayon filialının rəhbərliyinə üz tutsa da ona əhəmiyyət verilmir. Əksinə, haqlı tələblərə hədə-qorxu ilə cavab verilib. Onu da bildirək ki, bu Beynəlxalq Bankın Saatlı rayon filialında baş verənilk qanunsuzluq deyil.Bir müddət öncə Saatlı rayon Qaracalar kənd sakini 58 yaşlı Nəzərova Səadət Bayram qızı üzləşdiyi qanunsuzluqlarla bağlı da yazı dərc etmişdik. Şikayətçi cumhuriyyet.az-a ünvanladığı məktubda bir il bundan öncə Azərbaycan Beynəlxalq Bankın Saatlı filialından kredit götürdüyünü bildirir. Elə ilk qanunsuzluq həmin andaca baş verib. Belə ki, S.Nəzərəva öz məktubunda bu məsələnin üzərində xüsusi dayanmasa da cumhuriyyet.az-ın araşdırmaları zamanı məlum olub ki, vətəndaşın adına 4.800 (dörd min səkkiz yüz) manat kredit ayrılsa da bu məbləğin bir hissəsi “yoxa çıxıb” və ona “şapka”lı kredit verilib. Amma iş bununla da bitməyib. Təqaüdçü S.Nəzərovaya kredit verildikdən sonra Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı onun təqaüd kartını da girov kimi özündə saxlayıb. Vətəndaş öz təqaüd kartını tələb etsə də Azərbaycan Beynəlxalq Bankın Saatlı filialının rəhbəri İlqar İbrahimov bildirib ki, “sənin bizə borcun var, kreditini ödəyib qurtarandan sonra kartını götürə bilərsən”. Bildirək ki, təqaüdünü Kapital Bank vasitəsi ilə alan S.Nəzərovanın kartının Beynəlxalq Banka yol tapmasının da maraqlı tarixçəsi var. Belə ki. cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, bu proses kartın müddəti maşa çatdıqdan sonra Kapital Bank tərəfindən dəyişilərkən baş verib. Belə ki, vətəndaşın yenilənmiş təqaüd kartı Kapital Bankın saatlı rayon filialına daxil olub, amma bu qart hüquqi sahibinə verilməyib. Kapital Bankın rayon filialının rəhbəri Sakit Zahidov S.Nəzərovaya məxsus təqaüd kartını Azərbaycan Beynəlxalq Bankın Saatlı filialınının baş kreditoru Aqil Heydərova verib. Beləcə, Azərbaycan Beynəlxalq Bankın Saatlı filialı öz həmkarının “pas”ını qəbul edərək bir təqaüdçüdən açıq aşkar oğurluq etmiş olub. Geri qayıt |