Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                     Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar .....                     Sabiq deputat tələbə oldu .....                     “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” .....                     Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? .....                     Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                     "Dövlət əmlakını taladım" .....                     Rusiya həqiqətən NATO-ya hücum edə bilər .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib .....                     Azərkosmos-un ixracı gəlirləri düşüb .....                     Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                     ETN və MÜTDA-da bu yoxlamalar aparılsın .....                     Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır .....                     Kor-koranə yoxlama: absurd teatr .....                     Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq .....                     Nigar Fərhadın anası axtarışa verilib? .....                     Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... .....                     Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb .....                     " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." .....                     ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? .....                     Başınızı qaldırıb, bir az da camaatı dinləyin... .....                     Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər .....                     Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət .....                     Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? .....                     46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? .....                     Dillər Universitetində nələr baş verir? .....                     “Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” .....                     “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” .....                     Mingəçevirdə MilliÖN problemi .....                 

AZƏRBAYCAN YƏHUDİLƏR ÜÇÜN NİYƏ TƏHLÜKƏLİDİR?
Tarix: 27-08-2012, 12:12 | Çap et
AZƏRBAYCAN YƏHUDİLƏR ÜÇÜN NİYƏ TƏHLÜKƏLİDİR?
SƏFİR İZAHAT VERİR

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemin APA-ya vida müsahibəsi

- Hörmətli səfir, Azərbaycanda səlahiyyət müddətiniz başa çatır. Azərbaycanda səfir kimi çalışdığınız müddətdə hansı dəyişikliklər baş verib və iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, mənim səfir kimi fəaliyyətimin birinci ili ilə son yarım ili müqayisə etsək, fərq olduğunu görərik. Dəyişməz qalan yalnız bir şeydir – Azərbaycanla İsrail arasında bütün sahələrdə möhkəm təməl üzərində qurulan çox yaxın və sıx dialoq davam edir. Ölkələr arasında nazirlər və peşəkarlar səviyyəsində çoxlu sayda qarşılıqlı səfərlər həyata keçirilir. Mən Azərbaycana gələrkən İsrail biznesi burada təmsil olunsa da, lazımi təcrübə yox idi. Son vaxtlar bu təcrübə yaranıb və İsrail iş adamları Azərbaycana sərmayə yatırmağa hazırdır. Eyni zamanda, mən İsrailə sərmayə qoyan və İsraildə iş quran xeyli azərbaycanlı görürəm. Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni bir şeydir. Ticarət sahəsində əməkdaşlığımız uğurla inkişaf edir. Biz yaxın aylarda azərbaycanlı sərmayədarların İsrailə səfərini təşkil etməyi planlaşdırırıq. Onlar İsraildə investisiya imkanlarını araşdıracaqlar.

- Ticarətin inkişafı - xüsusən inkişaf etmiş informasiya texnologiyaları sahəsində - müşahidə olunurmu?

- Bəli, inkişaf var. Mən konkret rəqəmlə göstərə bilərəm. Göstəricilərdən biri şirkətlərin sayıdır. İsrail informasiya texnologiyaları şirkətlərinin burada məhsul istehsal etməsi yönündə ideyalarımız var. Daha bir yeni model var – israillilər Azərbaycanda yerli zavodları alıb onları təkmilləşdirməkdə maraqlıdır. Bir çox şirkət buraya gəlib bölgənin bazar potensialını görmək istəyir. Söhbət yüngül sənaye, telekommunikasiya və tibb sahəsində fəaliyyət göstərən şirkətlərdən gedir.

- Bu ilin yazında İsrail kənd təsərrüfatı naziri Azərbaycana səfəri çərçivəsində bu sahədə ikitərəfli müqavilənin imzalanması planından danışmışdı. Bu məsələ hansı mərhələdədir?

- Bu, hazırda nəzərdən keçirilən bir neçə sazişdən biridir. Əminəm ki, yaxın gələcəkdə bu sahədə saziş imzalamaq mümkün olacaq.

- Daha hansı razılaşmaların imzalanması planlaşdırılır?

- Biz diplomatik pasport sahiblərinin vizalardan azad olunması haqqında saziş imzalamaq niyyətindəyik. Biznesin inkişafına yönəlmiş bəzi texniki sazişlər də nəzərdə tutulub.

- Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan mütəmadi olaraq İsrail vətəndaşları üçün təhlükəli ölkələrin siyahısına daxil edilir. İlin əvvəlində Azərbaycan təhlükəsizlik orqanları İsrail vətəndaşlarına yönəlmiş terror aktının qarşısını alıblar. Bu, səfirliyin fəaliyyətinə, ümumən ikitərəfli əlaqələrə necə təsir edib?

- Bəli, təəssüf ki, ölkələrlə bağlı uzun bir siyahı mövcuddur. Siz son yarım ildə nələr baş verdiyini gördünüz: Tiflis, Dehli, Banqkok, Bolqarıstan və Afrikanın bəzi yerlərində terror hücumları oldu. Biz adi rejimdə çalışmağa davam edirik. İsrailliləri qorxutmaq asan deyil.

- İsrail vətəndaşları üçün təhlükəli olan ölkələr siyahısında Рђzərbaycanın adı hələ də qalırmı?

- Bəli, Azərbaycan hələ də təhlükə gözlənilən ölkələr siyahısındadır. Bu siyahı ümumi xəbərdarlıq mahiyyəti daşıyır, çünki israillilər üçün diqqətli olmaq vacibdir. Siyahı konkret Azərbaycanla deyil, sizin qonşularınız və coğrafi mövqeyinizlə əlaqəlidir. Biz ehtiyatlı olmalıyıq.

- Hörmətli səfir, Azərbaycanda gələcəkdə istifadə edə biləcəyiniz hansı təcrübələr qazandınız?

- Azərbaycan müxtəlif dinlər və qruplar – müsəlmanlar, yəhudilər, xristianlar üçün gözəl bir nümunədir. Burada insanların hansı inanca sahib olmasının önəmi yoxdur. Mən dəfələrlə bu halla qarşılaşmışam.

- İsrailin Azərbaycandakı yeni səfiri kim olacaq və o, nə vaxt gələcək?

- Yeni səfir, hörmətli Rafi Arpaz 20 ildən çox iş təcrübəsinə malik olan təcrübəli diplomatdır. O, İsveçrədə, Cənubi Amerikada, Qərbi Afrikada və son olaraq Vaşinqtonda çalışıb. Əminəm ki, o, bu vacib missiyanı uğurla davam etdirəcək. Səfir Azərbaycana gəlişini səbirsizliklə gözləyir. Onun avqustun 29-da Bakıya gəlməsi gözlənilir.

- İsrail və Türkiyə 2010-cu ildə Aralıq dənizində baş vermiş insidentlə əlaqədar münasibətlərin kəskinləşməsindən sonra dialoq qurmağa çalışır. Bu barədə nə deyə bilərsiniz?

- Hadisələrdən xəbərdar olan beynəlxalq münasibətlər fakültəsinin aşağı kurslarının hər tələbəsinə xəritə versəniz, o sizə deyəcək ki, bu iki ölkə - İsrail və Türkiyə birlikdə hərəkət etməlidir. Bunun tarixdən və iqtisadiyyatdan başlayaraq strateji maraqlar və ümumi təhlükələrə qədər bir çox səbəbi var. Türklərlə yəhudilər arasında uzun əsrlər boyu yaxşı münasibətlər olub. Mən bilirəm ki, bizim hökumətimiz münasibətləri normal məcraya yönəltmək və bunun hər iki ölkənin yararına olduğunu Türkiyə hökumətinə anlatmaq üçün çox şey edir.

- İsrailin xarici işlər naziri uydurma “erməni soyqırımı”nı tanımaq niyyətində olmadıqlarını açıqlayıb. Lakin bu məsələ yayın əvvəlində Knessetdə müzakirə olundu və mətbuatda çıxan xəbərlərə görə, İsrailin təbliğat naziri Ermənistana səfəri zamanı “soyqırım” abidəsinə əklil qoyacaq.

- İsrail hökumətinin həm ölkə xaricində, həm də ölkə daxilində - Knessetdə bu məsələyə dair çox aydın xətti var. Biz hesab edirik ki, bu məsələ siyasiləşdirilməməlidir. Bu hadisəni öyrənmək, tədqiq etmək və ona siyasi deyil, tarixi qiymət vermək vacibdir. Knesset az qala hər gün çox müxtəlif məsələləri müzakirə edir. Bu, demokratiyadır. Seçilmiş parlament üzvləri istənilən məsələni qaldıra bilər. Lakin hətta tarixi hadisələrə müxtəlif cür yanaşanlar belə özlərinin tarixlə bağlı düşüncələrinin siyasi məsələyə çevrilməsini istəmir. Çünki bu cür məsələlərdə çox asanlıqla yanlış istiqamətdə getmək mümkündür. Holokost hadisəsi var və heç kim istəmir ki, bu məsələ parlamentdə səsverməyə çıxarılsın.

- Beynəlxalq mediada İsrailin İrana qarşı hərbi əməliyyatının mümkünlüyü fəal müzakirə olunur. Bu məsələ ilə bağlı siyasətçilər iki əks düşərgəyə bölünüb: bir hissə yaxın vaxtlarda bu əməliyyatın həyata keçirilməsini dəstəkləyir. Lakin İsrail prezidenti ABŞ-ın dəstəyi olmadan bu cür əməliyyatın keçirilməsinə qarşı çıxıb. Sizin bu barədə fikrinizi bilmək istərdik.

- Əgər İran indiki kimi davranmağa və atom bombası hazırlamağa davam edərsə, beynəlxalq birlik buna yol verməyəcək.

- Bu il israilli turistlərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri oldu. İsrailin bu barədə rəsmi mövqeyi necədir?

- Aydındır ki, bu faktın siyasi tərəfi yoxdur. Mən sizi əmin edirəm ki, ora gedən insanlar bu addımlarına hər hansı siyasi çalar verməyiblər. İsrail torpağı həm 1967-ci il sərhədləri daxilində, həm də ondan kənarda görməli yerlərlə doludur. Siz hansısa siyasi bəyanatlara görə o yerləri ziyarət edərsiniz, yoxsa istirahət üçün? İsraillilər turizm məqsədilə Azərbaycana getdikcə daha çox gəlirlər. Onlar Qarabağ problemini kənara qoyaraq yalnız Azərbaycanı görmək istəyirlər.

Bununla yanaşı , bizim saytımızda xəbərdarlıq var və biz öz vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, onlar Dağlıq Qarabağa səfər edərsə, Azərbaycana daxil ola bilməzlər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14
Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08
46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07
Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04
“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42
“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39
Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35
FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30
“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28
Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? - NARAZILIQ VAR...
Bu gün, 07:07
İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55
Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41
Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32
Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru