Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                     "Dövlət əmlakını taladım" .....                     Rusiya həqiqətən NATO-ya hücum edə bilər .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib .....                     Azərkosmos-un ixracı gəlirləri düşüb .....                     Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                     ETN və MÜTDA-da bu yoxlamalar aparılsın .....                     Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır .....                     Kor-koranə yoxlama: absurd teatr .....                     Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq .....                     Nigar Fərhadın anası axtarışa verilib? .....                     Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... .....                     Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb .....                     " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." .....                     ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? .....                     Başınızı qaldırıb, bir az da camaatı dinləyin... .....                     Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər .....                     Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət .....                     Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? .....                     46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? .....                     Dillər Universitetində nələr baş verir? .....                     “Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” .....                     “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” .....                     Mingəçevirdə MilliÖN problemi .....                     FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb .....                     Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... .....                     “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... .....                     Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? .....                     İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir .....                     Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb .....                     Yusif Ələsgərovsayağı qohumbazlıq... .....                     Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? .....                 

HƏLƏ DƏ İŞGƏNCƏLƏR DAVAM EDİR
Tarix: 3-08-2012, 11:12 | Çap et
HƏLƏ DƏ İŞGƏNCƏLƏR DAVAM EDİR

ƏMİRASLANOVUN İŞİNDƏKİ KOBUD POZUNTULAR

Sabirabad rayonunun Əsgərbəyli kənd sakini İlham Əmiraslanovun qanunsuz silah və döyüş sursatı saxlaması işi üzrə istintaqın yekunlaşdığı rəsmi elan olunub.

Əmiraslanov daşqından ziyan çəkənlərin hüquqlarını müdafiə edən və fəlakətin nəticələrinin aradan qaldırılmasında korrupsiyaya qarşı mübarizə aparan “Kür” vətəndaş cəmiyyətinin fəallarından biridir.

Vəkil Samir İsayev “Turan” Agentliyinə bildirib ki, dünən ibtidai istintaqın materialları ilə tanış olub. Materiallarda, xüsusən protokollarda, şahid ifadələrində bir çox uyğunsuzluqlar aşkar edilib. Məlum olub ki, iyunun 8-də Əmiraslanov saxlanılarkən mülki və polis geyimli şəxslər onu döydüyü zaman tibbi ekspertiza keçirilməsi haqqında qərar çıxarılmayıb. Ekspertiza prokuror Vüsal Salehov tərəfindən tələb olunan müddətdən xeyli gec təyin edilib. Bu məsələ və digər pozuntularla bağlı istintaq orqanlarına vəsatətlər göndərilib, lakin vəsatətlərin heç biri təmin edilməyib.

Nə şübhəli şəxs Əmiraslanov, nə də onun vəkili istintaq qərarının mətni ilə tanış deyillər, baxmayaraq ki, qərar guya poçtla onlara göndərilib. İndi Əmiraslanova qarşı ittiham irəli sürülməsi və işin Sabirabad rayon məhkəməsinə göndərilməsi gözlənilir. İsayev hesab edir ki, siyasi sifariş olmasa, müvəkkilinin uydurma ittihamları təkzib etmək üçün kifayət qədər şansı var. Həm də dünən o, işgəncə ilə ifadə verdiyi barədə müraciətlə çıxış edib.

Əmiraslanov iyunun 8-də “Makarov” tapançası və onun güllələrini saxlamaq ittihamı ilə həbs edilib. Ona qarşı CM-in 228.1-ci (odlu silah və döyüş sursatlarının saxlanması, daşınması) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə iki ilə qədər icbari iş və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma “Kür” vətəndaş cəmiyyəti qərargahı Əmiraslanovun həbsinin əsl səbəbi olaraq 2010-cu il daşqınından ziyan çəkmiş Aran bölgəsinin əhalisinin müdafiəsi üzrə göstərdiyi hüquq-müdafiə fəaliyyətini göstərib.

Həbsdən sonra işgəncələrə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Əmiraslanovun Baş Prokurorluğun DİN orqanlarında istintaq və araşdırmalara nəzarət İdarəsinin rəisi Kamal Qılıcova şikayətində yazılır:

Əmiraslanov iyunun 8-də Sabirabad rayonunun Əsgərbəyli kəndi yaxınlığında aptekdən evə dönərkən saxlanılıb. Bir neçə polis və DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları ona hücum çəkiblər, başına torba keçiriblər və maşına oturdublar.

Yolda Səid adlı əməliyyatçı onun kəməri ilə bədəni arasına hansısa bir əşya qoyub. Bu zaman Əmiraslanovun başına bir neçə zərbə endirilib.

Saxlanılan Əmiraslanovu Sabirabad olimpiya kompleksinə aparıblar, burada stula bağlayıblar və başına torba keçirilmiş halda döyməyə başlayıblar.

Daha sonra Nadir adlı rəisin yanında Əmiraslanovdan maşında üzərinə qoyulmuş əşyanı alıblar, bu, tapança imiş. Bu an videoya çəkilib.

Əvvəlcə Əmiraslanova tapançanı qardaşından aldığını etiraf etməyi təklif ediblər. Amma Əmiraslanovun tapançanın maşında üzərinə qoyulduğu barədə bəyanatı Səidi qəzəbləndirib və o, yenidən onu döyməyə başlayıb.

Daha sonra Əmiraslanov Sabirabad rayon polis idarəsinin rəis müavini Rauf Məcidovun otağına aparılıb. Burada yenidən “onun üzərindən tapança götürülməsini” çəkiblər. Burada da Əmiraslanovu döyməyə davam ediblər və etirafedici ifadə verməsə, şüşənin üstünə oturtmaqla hədələyiblər.

Əmiraslanov tapançanı iki ay əvvəl Araz çayının sahilində mal-qara otararkən tapdığı barədə etirafedici ifadə verməyə məcbur olub.

Daha sonra Əmiraslanova deyiblər ki, o, “5 güllə verməlidir”. Onları haradan alacağı barədə suala cavabda evinin zirzəmisinə atacaqları cavabı veriblər. Elə həmin gün Əmiraslanovu evinə gətiriblər və o, zirzəmidə sellofan içərisində 5 güllə tapıb.

Əmiraslanov bəyanatında yazır ki, zorakılıq hərəkətləri nəticəsində təbil zarı zədələnib, o, pis eşidir və güclü ağrılar hiss edir.

Onun ürək nahiyəsində də güclü ağrılar var. O, təcili tibbi müayinə təyin olunmasını və məhkəmə-tibbi ekspertiza keçirilməsini, habelə işgəncə faktlarının araşdırılmasını tələb edir.

Prokurorluq araşdırma aparıb, lakin nəticələri haqqında məlumat verməyib

Yalnız müxtəlif instansiyalara dəfələrlə müraciətindən sonra Ədliyyə Nazirliyinin tibb işçiləri onu bir neçə dəfə müayinə ediblər, lakin döyülmə izləri aşkar etməyiblər. Məsələn, Bakı istintaq təcridxanasının rəisi Elxan Sadıqov və BİT tibbi-sanitar hissəsinin rəisi səlahiyyətlərini icra edən Qurban Hüseynov Samir İsayevin adına ünvanlanan məktubda (14.07.12, в„–17/38-5329) rəsmi olaraq aşağıdakıları bildiriblər:

- 9 iyun 2012-ci ildə Əmiraslanov istintaq təcridxanasına daxil olduğu zaman keçirilən tibbi müayinə onun sağlamlığında heç bir problem olmadığını müəyyən edib, bədənində hər-hansı patoloji dəyişikliklər aşkar edilməyib. Əmiraslanova praktiki olaraq sağlam diaqnozu qoyulub.

- 28 iyun 2012-ci ildə təkrar keçirilən müayinə zamanı bədəndə işgəncə izləri və qulaq deşilməsi aşkar edilməyib.

- 5 iyul 2012-ci ildə rentgenoqrafiya nəticəsində Əmiraslanovun döş qəfəsində əzilmə aşkar edilməyib.

- 11 iyul 2012-ci ildə “qulaq pərdəsinin quru deşilməsi” (partlaması) müəyyən olunub.

28 iyul 2012-ci ildə penitensiar xidmətin tibbi müəssisəsini və məhkəmə ekspertiza mərkəzini təmsil edən bir qrup həkim Əmiraslanovun qulaq pərdəsinin deşildiyini təsdiq edib.

Bütün bunlardan sonra Baş Prokurorluq avqustun 1-də qulaq pərdəsinin deşilməsinin travmatik xarakterli olmadığını, uşaqlıqda keçirilən xroniki xəstəliyin nəticəsi olduğunu rəsmi olaraq elan edib.

Məlumatda bildirilir ki, iyulun 11-də Penitensiar Xidmətin tibb müəssisəsi “sol qulaq pərdəsinin nöqtəvari quru deşilməsinin” qeyri-travmatik xroniki mənşəli olduğunu qeydə alıb.

Amma Turan agentliyinin əlində olan 11.07.12 tarixli (в„–17/38-5329) tibbi rəydə dəqiq belə deyilir: “sol qulaq pərdəsinin quru deşilməsi” müəyyən edilmişdir. Və tibbi rəydə prokurorluğun qeyd etdiyi deşilmənin mənşəyi ilə bağlı heç nə yoxdur.

Əmiraslanovun qardaşı Xəlil Turana bildirib ki, İlham heç vaxt qulaq xəstəliyi keçirməyib və iyunun 8-də həbsinə qədər heç vaxt qulağında ağrılardan şikayət etməyib.

Xatırladaq ki, Əmiraslanov iyunun 8-də 2010-cu il daşqınından ziyan çəkənlərin problemlərinin həlli ilə bağlı FHN rəhbəri Kəmaləddin Heydərovla görüşündən 4 gün sonra həbs olunub. Bu, nazirlə ilk görüş deyildi. 24 iyun 2010-cu ildə su altında qalmış kəndlərin sakinləri Bakıya gedən yolu bağlayaraq, Kür çayına bitişik kəndlərin sakinlərinin çöllərə köçürülməsi planına etiraz ediblər. Həmin vaxt Heydərov kənd sakinlərinin qarşısına çıxıb, Əmiraslanov da onuna söhbət edib. Sonradan köçürmə planı ləğv edilib. 5 may 2011-ci ildə Əsgərbəyli, Qasımbəyli kəndlərinin bir qrup sakini prezident İlham Əliyevin kortejinin önünə çıxıb. Prezident onlarla görüşüb və şikayətlərini dinləyib. Əmiraslanov da onunla söhbət edib. Görüşdən bir saat sonra FHN nümayəndəsi Əmiraslanova zəng edib və problemlərin həli üçün Əsgərbəyli kəndi ətrafında görüşməyi təklif edib. Əmiraslanov “Kür” qərargahına bildirib ki, o, deyilən yerə yaxınlaşdıqda oraya qara şüşəli iki ağ “Prado” gəlib, maşınlardan çıxan insanlar onu tutmağa çalışıblar, lakin o, qamışlıqlar arasından onlardan qaçıb. Sonradan ona daim psixoloji təzyiq göstərilib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov iyulun 2-də vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdə bildirib ki, Sabirabadda həbs olunmuş hüquq müdafiəçisi İlham Əmiraslanovun işinə yüksək səviyyədə baxılacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14
Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08
46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07
Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04
“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42
“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39
Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35
FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30
“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28
Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? - NARAZILIQ VAR...
Bu gün, 07:07
İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02
Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55
Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41
Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32
Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30
İlqar Bayramlı ilə bağlı ilginc iddialar - “Capital Motors”dan təhsil sisteminə uzanan yol
Bu gün, 06:25
Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”
Bu gün, 06:21
"Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09
“Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01
Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59
Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57
Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47
Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru