Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Komitə sədri gələn ilin büdcəsini ŞƏRH ETDİ: - “Maaşların artımı gözlənilmir”
Tarix: 2-10-2015, 11:38 | Çap et
Komitə sədri gələn ilin büdcəsini ŞƏRH ETDİ:
2016-ci ilin dövlət büdcəsinin müzakirələrinə artıq Milli Məclisin komitələrində baxılır. Müzakirələr bitdikdən sonra büdcə parlamentin plenar iclasına çıxarılıb səsə qoyulacaq. Modern.az saytı 2016-cı ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Hadi Rəcəblidən müsahibə götürüb.

- Hadi müəllim, artıq 2016-cı ilin büdcə zərfi əlinizdədir və siz onunla tanış olmusunuz. Büdcə zərfi barədə ilkin fikirlərinizi öyrənmək istərdik.

- Öncə qeyd edim ki, 2016-c il büdcəmizi sosial yönümlü büdcə adlandırardım. Büdcəmizin gəlirlərinin 46.5%-ni qeyri-neft sektoru təşkil edir. Və büdcənin 36, 1 %-i sosial məqsədlərə yönəlib. Sosial məqsədlərə göstəricilər büdcənin azalmasına nisbətdə faiz olaraq çoxalıb. 2016-cı ilin büdcəsi 2014-cü ilin büdcəsindən 4,9 milyard , yəni 25,1 faiz azdır. Azalmanın birinci əsas səbəbi neftin qiymətləri ilə bağlıdır. Dünyada neftin qiyməti demək olar ki, 2 dəfə azalıb və biz gələn ilin büdcəsində neftin qiymətini 50 dollardan götürmüşük. İkinci səbəb ondan ibarətdir ki, Azərbaycanın neft istehsalı azalıb. Bununla yanaşı, qeyri-neft sektorunda göstəricilər kifayət qədər artıb. Məsələn, 2014-cü ildə qeyri neft sektorunun gəlirlərinin dövlət büdcəsində payı 34 % idisə, 2016-cı ildə bu 46,5 % planlaşdırılır. Növbəti ilin büdcəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların xüsusi çəkisi 2015-ci ilin proqnoz göstəricilərinə görə 11,8 faiz, 2014-cü ilin faktiki göstəricilərinə görə isə 12,5 faiz çoxdur. Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 milyard 602 milyon manat planlaşdırılır. Cəmi gəlirlərin 8 milyard 504 milyon manat olması gözlənilir. Neft fondundan da 6 milyard manat transfer nəzərdə tutulub. Əgər 2008-ci ildə Dövlət Neft Fondundan transfert 1 milyard 100 milyon, 2013-cü ildə 11 milyard idisə, gələn ilin büdcəsində bu rəqəm 6 milyard nəzərdə tutulub.

- Gələn ilin büdcəsinin sosial yönümlü olmasını necə izah edə bilərsiniz?

-Maraqlı olan məsələ odur ki, sosial məqsədlərə ayırmalar bütövlükdə bütün bölmələr üzrə azalmayıb. Ünvanlı yardım, sosial ipotekaya ayrılan vəsait azalmır. Sosial yönümlü xərclərin keçən ilin büdcəsi ilə müqayisədə faiz olaraq 8,6, cari ilin proqnoz göstəricilərinə nisbətən isə miqdar olaraq 0,7 % artımı gözlənilir. Büdcədə 2015-ci illə müqayisədə elm, təhsil, idman, sosial təminat, mədəniyyət tədbirlərinə 2015-ci illə müqayisədə 2,2 faiz artım nəzərdə tutulub. Qeyd etdiyim kimi, sosial yönümlü xərclər büdcədə 36,1 faiz təşkil edir, 2015 ci ildə isə bu rəqəm 27,6 faiz idi. Bütövlükdə büdcədən sosial xərclər üçün 5 milyard 867 milyon manat nəzərdə tutulub ki, bu da cari ildəkindən 42 milyon manat çoxdur.

Yaşayış minumu təxminən 136 manat götürülüb, 2015 ci ildə bu rəqəm 131 manat idi. Ehtiyac meyarının məbləği isə dəyişməyib. Nəzərə alsaq ki, 2007-ci ildə ehtiyac meyarı 35 manat idisə, 2016-ci ildə bu rəqəm 105 manat nəzərdə tutulub.

Maraqlı məsələlərdən biri odur ki, ölkəmizdə 5 rayon artıq dotasiyasız işləyir. Yəni özü-özünü dolandırır. Bunlar Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan və İmişlidir. Bu rayonların gəlirləri- çıxarı özünü bağlayır. Qalan rayonlar isə dövlətdən həmişə olduğu kimi yenə də dotasiya alır. Sosial müdafiə xərclərinə ötən il büdcənin 10,5% nəzərdə tutmuşdusa, bu il 11% nəzərdə tutulub. Keçən il qaçqın və məcburi köçkünlər üçün büdcə tərkibində 1,2 % vəsait nəzərdə tutulubsa, bu il ümumi büdcənin 1,5%-i ayrılıb, bu da 224,4 milyon manat nəzərdə tutulub. Göstəricilərimiz əsasən bunlardır. Bütövlükdə götürəndə büdcədə vəsait azalıb. Təsəvvür edin büdcədə 24-25 faiz azalma var, amma sosial məqsədlərə vəsait azalmır, demək olar ki, hətta bəzi istiqamətlərdə artıb.

Sosial Müdafiə Fondunun büdcəsinin rəqəmlərində də artım var. Fondun 2016-cı il büdcəsinin gəlirlərinin 3 milyard 78 milyon 570 min manatı və ya 98 faizini əhaliyə birbaşa ödənişlər təşkil edəcək. Sosial Müdafiə Fondunun bir hissəsi dövlət büdcəsindən ayırmalar hesabına olur. Gələn il dövlətin 1 milyard 100 milyon manatı büdcədən Sosial Müdafiə Fonduna ayrılacaq.

- Sosial siayət komitəsinin sədri kimi büdcəmizi necə qiymətləndirirsiniz?

- Büdcə vəsaitləri içərisində 36,1 faiz sosial məqsədlərə yönəldiyini dedik. Bu o deməkdir ki, dövlət büdcəsinin ümumi gəlirlərinin azalmağına baxmayaraq bütövlükdə sosial sahəyə diqqət həmişə olduğu kimi yüksəkdir. Hesab edirəm ki, bu Azərbaycan vətəndaşı büdcənin rəqəm azalmasını hiss etməyəcək. Büdcə bütövlükdə həcm olaraq azalacaq, amma Azərbaycan vətəndaşı onu öz çiyinlərində hiss etməyəcək. Azalmalarla bağlı prezidentimiz İlham Əliyev cənabları bu yaxınlarda keçirdiyi müşavirədə də qeyd etdi ki, vaxtilə körpülər, məktəb binaları və s. iri obyektlər tikilib və investisiya qoyuluşları o məqsədlərə yönəlib. İndi yeni bir ciddi tikinti və s. bu tipli böyük vəsait tələb edən məsələlər yoxdur ki, o məqsədlərə yenidən çoxlu vəsait xərcləyək. Ona görə büdcədə bilvasitə qeyri-sosial yönümlü investisiya qoyuluşu məslələrində azalmalar olacaq. Amma Azərbaycan vətəndaşı pensiya, əmək haqqısında, uşaqlarin sağlamliğinda bunu hiss etməyəcək. Biz birmənalı deyirik ki, gələn ilin büdcəsi sosial yönümlüdür.

Büdcə azalmalarını da cənab prezident vurğulamışdı ki, bizdən asılı olan məsələ deyil. Bu dünyada gedən prosesdir, neftin qiymətinin ucuzlaşmasıdır. Neft istehsalının ölkələrdə və əsasən bizdə azalmasıdır. Ölkəmizdə buna rəğmən qeyri-neft sektoru artıb. O tendensiya gələn il də davam edəcək. Prezidentimiz iki məsələni həmin müşavirədə xüsusi vurğulayıb. Birinci məsələdə o bildirib ki, vəsaitləri qənaetlə xərcləyək. Bütövlükdə o addımlar atılmalıdır ki vəsaiti səmərəli xərcləyək. Bu gün dünyanın əksər ölkələrində belədir. İkincisi isə özəl biznesi, kiçik sahibkarlığı inkişaf etdirmək. Prezidentimiz dedi ki, sosial müdafiəni gücləndirməyin ən vacib qolu kiçik sahibkarlığın inkişaf etdirilməsidir. Kiçik və orta sahibkarlıq inkişaf edərsə, onda deməli sosial müdafiə olar. Bu məqsədlər üçün də ayrımalar nəzərdə tutulub. Kiçik sahibkarlara dəstək lazımdır ki, sosial müdafiə güclənsin.

- Bəs, əmək haqlarında artım gözlənilirmi?

- Əmək haqlarının artımı əsasən gözlənilmir. Əmək haqqı fondları təxminən yerində qalmaqdadır, burada azalma yoxdur. Bazarda real gəlirlərin artması, qiymətlərin aşağı düşməsi istiqamətində işlərin aparılması getməsi nəzərdə tutulur. Biz daha çox öz istehsalımız olan malları ortaya qoymalıyıq. Bunun da hesabına bazar qiymətlərini qismən ucuzlaşdıraq.Yəni əmək haqqının artması tendensiyası yox, real gəlirlərin artması tendensiyasını həyata keçirək. Bütövlükdə büdcənin kəmiyyətinin azalması Azərbaycan xalqının rifahında özünü göstərməyəcək. Əhali hiss etməyəcək ki, ölkənin büdcəsi azalıb, əsas məqsəd budur. Ola bilər bəzi sosial sahələrdə yaxşılaşmalar da olsun, bütövlükdə pisləşmə, azalma elementləri yoxdur və olmayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Bu gün, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Bu gün, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Bu gün, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru