Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Misir Mərdanovun işdən çıxardığı məmur hələ də Şəki Təhsil Şöbəsində işləyir
Tarix: 30-09-2015, 11:41 | Çap et
Misir Mərdanovun işdən çıxardığı məmur hələ də Şəki Təhsil Şöbəsində işləyir
Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra xüsusilə bölgələrdə yerli icra hakimiyyətlərinin təhsil şöbələrinin fəaliyyətinə müdaxiləsi kifayət qədər azaldılıb. Bu prosesin davam edəcəyi şübhəsizdir. Ancaq indi də bəzi yerlərdə Təhsil şöbələrində yerli icra strukturlarının himayəsində olan şəxslər müxtəlif vəzifələrdə çalışmaqdadır.

Təhsil şöbələrinin fəaliyyətinə Icra hakimiyyətlərinin yerli-yersiz müdaxiləsi barədə dəfələrlə yazılıb. Keçmiş təhsil naziri Misir Mərdanov da bir neçə dəfə dolayısı ilə bu qanunsuzluqdan danışırdı. Amma bu bir danılmaz fakt idi ki, keçmiş nazirin sözü hər yerdə keçmirdi, daha doğrusu, hətta imzaladığı əmrləri belə sayan yox idi. Məsələn, Şəkidəki kimi...

Modern.az saytı xəbər verir ki, Hesablama Palatasının 2010-cu il noyabrın 25-də 1/5/05-981 saylı məktubunda bildirilir ki, bu qurum dövlət büdcəsinin Şəki şəhəri üzrə yerli xərclərindən Şəki şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitin proqnozlsaşdırılması və icrasının auditini keçirib. Audit 2007-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-nə qədər olan dövrü əhatə edib, audit nəticəsində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

Təhsil Şöbəsi tərəfindən xərc maddələri üzrə layihələr hazırlanarkən “Büdcə sistemi haqqında” qanunun, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Dövlər büdcəsinin tərtibi və icrası qaydaları”nın tələblərinə riayət edilməyib, əksər hallarda təşkilatlardan əsaslandırılmış göstəricilərin və hesablamaların alınması təmin edilməyib, layihələr əvvəlki illərin göstəriciləri əsasında tərtib edilib. Bunun nəticəsi olaraq 2007-2009-cu illərdə yerli xərclərin tərtibi zamanı müvafiq xərc maddələri üzrə nəzərdə tutulan vəsaitin büdcə təşkilatları arasında bölüşdürülməsi prosesində bir uşaq gününə düşən ərzaq məhsullarının alınması xərci, bir sinif kompleksinə düşən “Dəftərxana və təsərrüfat xərcləri”, “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi”, “Elektrik enerjisi haqqının ödənilməsi” xərcləri müxtəlif olub.

2007-2008-ci illərdə Şəki şəhər Təhsil Şöbəsində 3281,5 manat, uşaq bağçaları olan bəzi kənd inzibati ərazi dairələrində 331,8 manat valideyn haqqına görə ödənilən vəsaitlər dövlət büdcəsinə mədaxil edilməyərək “Ərzaq məhsullarının alınması” xərci paraqrafına işlənilib.

2009/2010-cu tədris ilində siniflər formalaşdırılarkən komplektləşdirmənin düzgün aparılmaması və siniflər üzrə uşaqların sıxlıq normalarının gözlənilməməsi nəticəsində 8 ümumi təhsil məktəbi üzrə 10 sinif komplekti artıq saxlanılıb və sinif rəhbərliyinə görə 2736,4 manat əməkhaqqı ödənilib.

Auditlə əhatə olunan dövrdə Şəki şəhər Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdə hərbi hazırlıq fənninin tədrisi üçün nəzərdə tutulan dərs saatlarına daxil olan tibbi sanitariya dərslərinin tədrisi üçün əlavə olaraq dərs saatları ayrılıb və auditlə əhatə olunan dövr ərzində 5963,7 manat artıq əməkhaqqı ödənilib.

Təhsil nazirinin 08 aprel 1997-ci il tarixli 206 saylı əmri ilə təsdiq edilən “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçası”nın tələblərinə əməl edilməyib, uşaq bağçalarında ümumi orta təhsilli şəxslər bağça müdiri vəzifəsinə təyin olunaraq əməkhaqqı ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirlikləri ilə razılaşdırılmaqla Təhsil Nazirliyi tərəfindən təsdiq edilən “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqların ödənilməsinə dair təlimat”ın və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)” haqqında qanunun tələbləri düzgün tətbiq olunamyıb, uşaq yaradıcılıq mərkəzində məşğələ keçirilmədiyi halda 2 qrupa görə 2006,1 manat artıq əməkhaqqı ödənilib.

Təhsil Şöbəsi tərəfindən satınalma prosedurları aparılan zaman bəzi hallarda “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət olunmayıb, mal-materiallar, iş və xidmətlər satınalma metodu tətbiq edilmədən satın alınıb. Belə ki, Təhsil Şöbəsi tərəfindən Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının Şəki filialından satınalma metodu tətbiq edilmədən 18566 manat dəyərində plakatlar, fiziki şəxsdən 7338 manat dəyərində idman avadanlığı və təsərrüfat malları alınıb, “Firuzə” kiçik müəssisəsinə 2760 manat, “Ker” kiçik müəssisəsinə 1400 manat köçürülərək icra edilib, eləcə də agentlikdən müvafiq razılıq almadan müqavilə məbləğindən artıq mal-material alınmasına yol verilib.

Auditlə əhatə olunan dövrdə Təhsil Şöbəsi tərəfindən kotirovka sorğusunda iştirak edən müəssisə və təşkilatların ixtisas uyğunluğu, son bir illik maliyyə hesabatları, habelə qiymətlərin əsaslılığı haqqında məlumatlar alınmayıb, satınalma müqavilələrində və ya tenderin xüsusi şərtlərində sifarişçi və icraçı üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə cərimə sanksiyaları nəzərdə tutulsa da, bağlanan satınalma müqavilələrində icra müddəti göstərilməyib.

Təhsil Şöbəsi tərəfindən 1800 manat dəyərində 4000 litr dizel yanacağı mədaxil edilməyibvə dəyəri debitor borcunda saxlanılıb, məktəbəqədər uşaq müəssisələrinə 11072 manat dəyərində inventarların verilməsi təmin edilməyib.

2007-2009-cu illərdə müxtəlif fiziki və hüquqi şəxslərdən alınan 5954 manat dəyərində ehtiyat hissələri müxtəlif aktlarla təchizat kontorunda yararsız vəziyyətdə olan avtonəqliyyat vasitəsinə, habelə məktəbəqədər uşaq müəssisələrində 201 manat dəyərində ərzaq məhsulu alındığı tarixlərdən əvvəlki müddətində silinib.

Nazirlər Kabinetinin 9 mart 1994-cü il 103 saylı qərarı ilə təsdiq edilən “Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları”na əməl edilmyib və nəticədə 517,8 manat dəyərində ərzaq silgisinə yoil verilib, 348,2 manat dəyərində ərzaq çatışmazlığı aşkar edilib.

Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin qərarının tələblərinə düzgün əməl edilməyib və nəticədə 644 manat artıq ezamiyyə xərci ödənilib, bir neçə orta məktəbdə istifadə edilən qazanxanalar balansa alınmadan istismar olunub və hesabat dövründə 24599,4 manat dəyərində dizel yanacağı istifadə edilib, 3264,5 manat debitor və 276826,7 manat kreditor borcların ləğv edilməsi üçün zəruri tədbirlər görülməyib.

Şəki şəhəri Qarışıq Tipli İnternat məktəbi üzrə audit zamanı internat məktəbin anbarında 184,2 manat məbləğində ərzaq məhsullarının çatışmazlığı müəyyən edilib, “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin qərarına düzgün əməl edilməyib 425,8 manat artıq ezamiyyə xərci ödənilib.

İnternat məktəbləri tərəfindən satınalmalar həyata keçirilərkən “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə tam riayət olunmayıb, satınalma prosedurları həyata keçirilərkən müqavilənin yerinə yetirilmə təminatı, iştirakçıların fəaliyyəti, son bir illik maliyyə hesabatları, vergi borcları, qiymətlərin əsaslılığı barədə məlumatlar alınmayıb.

Büdcə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadənin təmin edilməsi, yol verilən nöqsanların aradan qaldırılması, qanunvericiliyə uyğun olaraq aiddiyyəti şəxslər haqqında müvafiq tədbirlərin görülməsi və görülən işlərin nəticələri barədə Hesablama Palatasına məlumat verilməsi Təhsil Nazirliyindən xahiş olunub.

Bunu nəzərə alaraq təhsil naziri Misir Mərdanov 2011-ci il iyunun 10-da 1059 saylı əmr imzalayıb. Həmin əmrə əsasən, işində yol verdiyi ciddi nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, həmçinin müvafiq ixtisas təhsilinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 10 may 2005-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilən və Ədliyyə Nazirliyində 24 may 2005-ci ildə qeydiyyata alınan “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitbaçasına əlavələrin tələblərinə cavab vermədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq Şəki şəhər Təhsil Şöbəsinin baş mühasibi Əlövsət Maqsudov ilə bağlanan əmək müqaviləsi ləğv edilib.

Əmək funksiyası üzrə nəzərdə tutulan öhdəlikləri keyfiyyətsiz yerinə yertirdiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə uyğun olaraq Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Oqtay Əhçədova töhmət verilib.

Şəki şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Firədin İbrahimov vəzifəsindən azad edilib.

Audit nəticəsində aşkar edilən nöqsanlar Şəki şəhər Təhsil Şöbəsinin yei təyin olunan müdiri Südabər İsmayılovanın nəzərinə çatdırılıb.

P.S. Bir müddət əvvəl Hesablama Palatası Şəki rayon Təhsil Şöbəsində ciddi yoxlamalara başlayıb. Bu haqda Modern.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilirdi ki, yoxlama başlayandan adı çəkilən şöbənin rəhbərliyi şəhər və kəndlərdəki orta məktəblərin direktorlarından 3-5 min manat arası pul yığmağa başlayıb.

Təhsil Şöbəsinin rəhbərliyi bu pulun Hesablama Palatasının rayona ezam olunan yoxlama briqadasını yola salmaq məqsədilə yığıldığını iddia edir. Mənbə qeyd edir ki, Hesablama Palatasının yoxlaması zamanı Təhsil Şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi ilə bağlı ciddi nöqsanlar ortaya çıxıb. Məktəb direktorlarından pul istənilməsinin digər səbəbi Təhsil Şöbəsinin müdirinin yoxlamadan sui-istifadəsi kimi də qiymətləndirilir.

Məsələ ilə bağlı Hesablama Palatasından Modern.az saytına verilən açıqlamada bildirilir ki, bu qurumun Şəkidəki orta məktəblərdən pul yığılması ilə bağlı heç bir əlaqəsi yoxdur.

P.P.S. Bu məsələ ilə bağlı qarşı tərəfin mövqeyini çap etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Bu gün, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Bu gün, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Bu gün, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru