"Yanan da biz olmuşuq, yaman da"... - ŞİKAYƏT VAR
Tarix: 7-09-2015, 08:59 | Çap et
 Yaxşı bir atalar misalı var: “Qonşun pisdir, köç qurtar”. Amma təəssüflər olsun ki, indiki zamanda köçmək özü də düşünmək olduğu qədər asan iş deyil. Həm də ailə başçısı olmayan bir ev üçün. Adətən belə ailələr qonşuları tərəfindən daha çox diqqət və qayğı ilə əhatə olunurlar. Lakin, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yaşayan Atamalıyevlər ailəsinin bu sarıdan da bəxtləri gətirməyib.Redaksiyamıza ərizə ilə müraciət edən Könül Atamalıyeva bildirir ki, 05 avqust 2015-ci il tarixində, onların qonşuluqlarında yaşayan Elbəy adlı şəxs hasardan aşaraq icazəsiz Atamalıyevlərin həyətinə daxil olub. Bu zaman Könül xanım özü işdə olub. Evdə isə onun 16 yaşlı qızı və azyaşlı oğlu olublar. Elbəy həyətə keçən vaxt, Könül xanımın qızı həyətə təsərrüfat işləri ilə məşğul olub. Bu zaman onun üzərinə hücum edən qonşu, qızın əlindən tutaraq, onu həyətdən çıxarmağa cəhd göstərib və deyib ki, səni qaçırıram. Qız müqavimət göstərərək səs-küy salıb. Səsə evdən çıxan azyaşlı oğlan qaçaraq dayısını çağırmağa gedib. Qızı həyətdən çıxara bilməyəcəyini anlayan Elbəy, onun telefonunu əlindən alaraq yaddaş kartını çıxarıb. Sonra isə, kartı qaytarmaq üçün qızdan 150 manat pul tələb edib. Çarəsizlikdən və qorxudan nə etdiyini bilməyən qız isə, evə daxil olaraq tələb olunan pulu gətirib Elbəyə verib. Bundan sonra Elbəy pulu da, kartı da götürüb gedib. Bir müddət sonra işdən evə qayıdan Könül Atamalıyeva hadisədən xəbər tutan kimi DİN-in 102 xidmətinə zəng vuraraq, olay barədə məlumat verib. Xidmətdən əməliyyat qrupu göndərməyi vəd etsələr də, yaxın 1-2 saat ərzində hadisə yerinə heç kim gəlməyib. Bundan sonra, Könül Atamalıyeva qardaşı ilə birlikdə özləri (Könül xanımın qardaşına məxsus avtomobildə) Abşeron Rayon Polis Şöbəsinə yollanıblar. Burada məsələni danışandan sonra, şöbənin iki əməkdaşı şikayətçilərə qoşularaq, onların maşını ilə hadisə yerinə yollanıblar. Qəsəbəyə gələn polis əməkdaşları Elbəygilin darvazalarını döyəndə isə, burada əsil mərəkə qopub. Elbəy özü, atası və digər ailə üzvləri balta, bel və digər alətlərlə silahlanaraq şikayətçilərə hücum ediblər. Polislər onların öhdələrindən gələ bilməyəcəklərini görüncə, əlavə qrup çağırıblar. Lakin, əlavə polis qüvvəsi gələnə qədər dava edənlərdən bir neçəsi xəsarət alıb. Bundan sonra qonşuları polis şöbəsinə aparıblar. Burada isə, hər iki tərəfdən izahat alaraq, hər kəsi sərbəst buraxıblar.Maraqlıdır ki, Elbəy tərəfindən vətəndaşın şəxsi həyətinə qanunsuz daxil olmaq, adam oğurluğuna cəhd və soyğunçuluq kimi cinayət əməllərinin törədilməsi tamamilə aşkar qeyd olunsa da, bu şəxsə qarşı heç bir tədbir görülməmişdir. Eyni zamanda da polis əməkdaşlarına müqavimət və vətəndaşların döyülmə faktları da Abşeron RPŞ-də tamamilə diqqətsiz qoyulmuşdur. Əvəzində isə, Elbəyin öz atasına təsadüfən vurduğu zərbədən aldığı xəsarətə görə, indi Könül Atamalıyeva istintaqa cəlb olunub. Elbəy isə, qonşusundan zorla aldığı telefon yaddaş kartından Atamalıyevlərin ailə şəkillərini çap edib qəsəbədə nümayiş etdirməklə, bu insanların heysiyyatları ilə oynamaqda və hətta onları hədələməkdə davam edir. Könül Atamalıyevanın dediyinə görə, Elbəy ondan şikayət olunduğu üçün külli-miqdarda “xərcə düşdüyünü” bildirib və buna görə də qonşularının başlarına “oyun açacağını” vurğulayıb. Atamalıyevlər isə tam çaşqınlıq və təlaş içərisindədirlər. Könül xanım hazırda yaranmış vəziyyəti belə təsvir edir: “Yanan da biz olmuşuq, yaman da. Mənim həyətimə giriblər, mənim qızımı oğurlamaq istəyiblər, mənim pulumu və əmlakımı aparıblar. Bu səbəbdən polisi də mən çağırmışam. Amma indi mənim özümə iş açıblar. Bir tərəfdən də qızımın təhlükəsizliyi üçün çox narahatam. Elbəy də bizi təhdid edir...” Qeyd edək ki, ilkin araşdırma Abşeron RPŞ-nin Zamiq adlı tədqiqatçısı tərəfindən aparılıb. Sonradan isə, iş istintaqa, Ceyhun Babayevə verilib...
Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00 |
|
|
|
| • Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56 |
|
|
|
| • “Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42 |
|
|
|
| • “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37 |
|
|
|
| • Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26 |
|
|
|
| • GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12 |
|
|
|
| • Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10 |
|
|
|
| • PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08 |
|
|
|
| • Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05 |
|
|
|
| • Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00 |
|
|
|
| • “Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57 |
|
|
|
| • Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52 |
|
|
|
| • “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46 |
|
|
|
| • Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32 |
|
|
|
| • "Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30 |
|
|
|
| • "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22 |
|
|
|
| • MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19 |
|
|
|
| • Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18 |
|
|
|
| • ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15 |
|
|
|
| • “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12 |
|
|
|
| • 200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07 |
|
|
|
| • Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54 |
|
|
|
| • FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
| • Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41 |
|
|
|
| • “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37 |
|
|
|
| • Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33 |
|
|
|
| • "Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31 |
|
|
|
| • “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15 |
|
|
|
| • Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10 |
|
|
|
| • "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Dünən, 15:01 |
|
|
|
| • Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Dünən, 14:55 |
|
|
|
| • TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:52 |
|
|
|
| • AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Dünən, 14:49 |
|
|
|
| • Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Dünən, 14:43 |
|
|
|
| • Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Dünən, 14:39 |
|
|
|
| • Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Dünən, 14:37 |
|
|
|
| • Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Dünən, 14:22 |
|
|
|
| • Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Dünən, 14:18 |
|
|
|
| • Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Dünən, 14:15 |
|
|
|
| • İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Dünən, 14:09 |
|
|
|
| • Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Dünən, 14:04 |
|
|
|
| • Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Dünən, 13:59 |
|
|
|
| • "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Dünən, 13:53 |
|
|
|
| • “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Dünən, 13:51 |
|
|
|
| • Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Dünən, 13:47 |
|
|
|
|