Əməkdar artist Şölə Səfərəliyeva ilə müğənni Nigar Camal arasında qalmaqal yaşanıb.
Mübahisəyə səbəb layihənin münsiflərindən birinin “Pişik” obrazında çıxış edən Şölə Səfərəliyevanın adını çəkdiyi zaman, Nigar Camalın onun tanınmış biri olmadığına dair səsləndirdiyi fikirlər olub.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Şölə Səfərəliyeva qarşı tərəfə sərt cavab verib:
“Bu mövzunu şişirtmək istəmirəm, sadəcə bir səhvə yol verib. Onsuz da onun cavabını layihədəki dedektivlər və yaradıcı heyət veriblər. Ötən mövsümdə də “Canavar” maskası ilə bağlı adımı dəfələrlə çəkmişdilər. O, məni şəxsən tanıyır. Belə bir absurd fikir səsləndirməsi onun öz İQ səviyyəsini göstərir. Başqa nə deyə bilərəm ki?”









