“Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                 

Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Tarix: Bu gün, 16:52 | Çap et

“Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək.

Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib. Ölkə başçısı bildirib:

“Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır.

Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq.

Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.

Ölkədə buğda istehsalının artırılması istiqamətində hansı addımlar atılmalıdır?

Azərbaycan Dövlət Aqrar Universitetinin Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri, Əməkdar kənd təsərrüfatı işçisi, professor Firudin Qurbanov “Cebheinfo.az”-a bildirib ki, kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Cənab Prezident bu sahədə çox açıq şəkildə məsələni ortaya qoydu:

“Ölkə başçısı bildirdi ki, niyə biz yerimizdə saymalıyıq, bizim zəngirn torpağımız, iqlim şəraitimiz, zəhmətkeş xalqımız var. Mənim fikrimcə, nə qədər ki, bizim fermerlərimiz öz zonasına, torpaq-iqlim şəraitinə uyğun sortlardan istifadə etməyib, bu məsələ problem olaraq qalacaq.

Çünki bu gün aran zonası üçün olan sortu aparıb dağətəyində, dəmyə üçün olan sortu aparıb suvarma şəraitində, suvarma zonaları üçün yaradılan toxumu aparıb dəmyə torpaqlarda əkməklə biz heç vaxt yüksək məhsul götürə bilmərik.

Bir mütəxəssis olaraq mənim fikrim odur ki, birinci növbədə biz zonalarımız üçün sortlar yaratmalı, bu sahəyə xüsusi diqqət ayırmalı, fermerlərə təlimlər keçməklə məlumatlandırmalıyıq. İkinci məsələ, toxumla bağlıdır.

Yüksək sort yaradılsa belə, əgər onun toxumu yoxdursa, yenə nəticə olmayacaq. Cənab Prezident dönə-dönə toxum məsələsinə toxundu ki, toxum istehsal edən fermerlərə hər cür şərait yaratmalıyıq. Dövlət bu baxımdan xüsusi subsidiyalar verir, toxum istehsal edən şirkətlərə xüsusi qayğı göstərir.

Ancaq buna baxmayaraq, bunu az hesab edirəm və nəzarətin gücləndirilməsinin tərəfdarıyam ki, biz toxumçuluğu qura bilək. Bu gün bizim fermer gedib bazardan taxılı alır, aparıb səpin edir. Yaxud eşitdikdə ki, hansısa kənddə bir fermer yüksək taxıl götürüb, gedib o toxumu oradan götürür və səpin aparır.

Bu, hazırda böyük problemdir ki, bizim əkinçilərimiz toxumla yox, məhsulla səpin apardıqlarını bilmirlər. Yəni məhsulla toxum fərqlidir və bu cür əkinlə biz yüksək nəticə əldə edə bilmərik. Burada çıxış yolu odur ki, mütləq toxumun sertifikatlaşdırılması önəmlidir.

Yəni toxumu alan şəxs toxumun sertifikatını istəməlidir. Toxumu satan şəxs də mütləq alıcını sertifikatla təmin etməlidir. Biz normal toxumla səpin aparsaq, yüksək nəticə əldə edərik. Bu gün regionlarımızda dövlətin qayğısı sayəsində yaxşı toxumçuluq laboratoriyalarımız, idarələrimiz var.

Fermerlərimiz orada toxumu analizə verərlər. Ola bilər ki, bu gün toxumu yetişdiriblər, onun sertifikatını hazırlayıblar. Ancaq üzərindən 5-6 ay, 1 il keçdikdən sonra fermer onu alıb aparıb səpir.

Bu müddətdə onun saxlanmasında, daşınmasında müəyyən problemlər ola bilər. Ona görə də həmin aldıqları toxumu analiz etmələri, sertifikatda olan göstəricilərlə əmin olmalarını tövsiyə edərdim”.

Professorun sözlərinə görə, ən böyük problemlərdən biri də fermerlərimiz məhsulunu sata bilməməsidir:

“Çörək məqsədilə buğda əkilir. Ancaq sata bilmirlər. Bunun bəzi səbəbləri var. Ölkə başçısı da deyir ki, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək, ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.

Biz bu faizi 60-80-ə qaldıra bilərik və bunun da yolu var. Hesab edirəm ki, bunun əsas yollarından biri kimi əgər satınalma qiymətlərini diqqətdə saxlasaq, dövlət bu sahəyə də xüsusi nəzarət etsə, onda fermerlərdə maraq artacaq.

Eyni zamanda, yüksək məhsul aldıqdan sonra ondan çörəkbişirmədə istifadə edə bilməyəcəyiksə, o zaman kimə lazımdır? Ona görə də birincisi, düzgün aqrotexnikanın tətbiq edilməsi, növbəli əkin olmalıdır. Bir çox hallarda tarladan biçilən buğdanın içində arpa, çovdar, bərk buğda qarışığı olur.

Bizim dəyirmanlarımız o məhsulu almaq istəmirlər. Dəyirmanlarımız, çörəkbişirmə sexlərimiz təmiz buğdanı xaricdən alır, onun çörəyi də keyfiyyətli olur. Ancaq bizim fermerlərimizin əkdiyi qarışıq olduğu üçün ondan yaxşı çörək alınmır.

Çox istərdim ki, bu sahəyə diqqət ayrılsın və fermerlərimiz qarışıq məhsul yetişdirməsinlər, təmiz yumşaq buğda olsun. Növbəti il üçün normal toxum fondunu yaratsaq, keyfiyyətli məhsul alarıq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru