Hamı deputat olmaq istəyir, bəs inəkləri kim sağacaq?
Tarix: 14-08-2015, 10:33 | Çap et
 Qarşıdan gələn parlament seçkiləri ərəfəsində bir çoxları layiq oldu-olmadı, mandat qazanmaq niyyətini gizlətmir.
Doğrudur, hər kəsin qanunvericiliklə müəyyən olunmuş qaydada seçib-seçilmək hüququ kontekstində məsələyə yanaşdıqda burada təəccüblü nəsə axtarmaq düzgün olmaz.
Amma məsələ ondadır ki, indi bir çoxları yalnız sentimentallığa qapılaraq, deputat postuna öz “potensialları”nın yetərli olduğu barədə ağızdolusu danışmağa başlayıb.
Bu da onu göstərir ki, Azərbaycan mentaliteti üçün xarakterik “mənəm-mənəmlik” siyasətə də sirayət edib.
Azərbaycan siyasi arenasında çoxları ayağını öz yorğanına görə uzatmaq istəmir. Deputatlığa şansı olan da, olmayan da, Milli Məclis kimi mötəbər tribunada özünə yer tutmağa çalışır.
Normaldır, amma istək olaraq! Bu istəyin reallaşmayacağını bilə-bilə seçkilərə baş vurub, seçicilərə eninə-uzununa yağlı vədlər verib, Azərbaycanın xarici və daxili siyasətindən ağızdolusu danışmaq isə kənardan çox gülünc görünür.
İnsanların özünə inanmaması da yaxşı hal deyil, ola bilər ki, həqiqətən də kimsə deputat olacağına ümid edir. Amma ümidlərlə hər şey gerçəkləşmir, yəni dərk edilməlidir ki, xəyal dünyaları mövcud gerçəkliklə uzlaşmır.
Bunu deputat olmaq istəyən hər kəsə şamil etmək də düz olmaz. Onların arasında rəqabətlilik prinsipinə görə birinci, ikinci, üçüncü, hətta dördüncü dərəcəli namizədlər ola bilər.
Seçicilər də hər dairə üzrə onlardan layiqli bildiyinə səs verib, deputat statusu qazandıracaqlar. Seçicilərin etimadının doğrulub-doğrulmayacağı isə başqa bir mövzudur.
Amma seçki prosesində heç bir ciddi ictimai-siyasi dəstəyin olmadığını bilə-bilə deputatlıq iddiasına düşmək hissi yersiz davranışdan başqa bir şey deyil. Bir az da kobud desək, ağılsızlıqdır.
Belələri seçki kampaniyasında yalnız itirirlər - həm onsuz da çox aşağı səviyyədə olan şanslarını, həm də maliyyələrini.
Diqqət edin, 2010-cu ildə parlament seçkilərində adını çəkmədiyimiz jurnalist həmkarlarımızdan biri deputat olmaq üçün çalışır.
Lakin o seçki kampaniyasında nə siyasi, nə də maddi baxımdan üzüağ çıxır. Yalnız seçki kampaniyasına xərclədiyi külli miqdarda pul hafizəsində mənfi mənada silinməz iz buraxır və o, borca düşür.
İndi də hər yerindən duran QHT rəhbəri və ya sosial şəbəkədə aktivlik nümayiş etdirən bəziləri elə bilirlər ki, bir sima olaraq cəmiyyətdə kifayət qədər tanınıblar və deputat olmaqdan ötrü əlləşirlər.
Bəzi QHT “kapitanları” Qərbə, Amerikaya qarşı bir-iki “sərt” bəyanatlar verməklə, ABŞ-ı, Rusiyanı, xarici qüvvələri özlərinin siyasi “strategiyası” ilə “məhv etməklə” elə bilirlər ki, özlərinə seçici auditoriyası qazanacaqlar. Gülməli, eyni zamanda ağlamalı deyilmi?!
Ona görə gülməlidir ki, onların verdiyi açıqlamaların heç birinin zərrəcə qədər də olsa siyasi yükü yoxdur. Ona görə ağlamalıdır ki, hər dünya siyasətinin “incəliklərindən” danışan elə zənn edir ki, bununla yüz faiz deputatlıq məqamına yüksələ bilər. Bir sözlə, hərə öz işinin arxasınca getsə, öz işi ilə məşğul olsa, bacardığı məsələdən yapışsa, yaxşıdır.
Belədə dövlətə və elə öz leksikonlarından düşməyən ifadə ilə desək, xalqa daha çox xeyir vermək olar...
Aqşin KƏRİMOV(modern.az)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18 |
|
|
|
| • Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13 |
|
|
|
| • Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10 |
|
|
|
| • “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09 |
|
|
|
| • Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45 |
|
|
|
| • Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39 |
|
|
|
| • Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35 |
|
|
|
| • İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32 |
|
|
|
| • Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27 |
|
|
|
| • Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23 |
|
|
|
| • Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22 |
|
|
|
| • “Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19 |
|
|
|
| • ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
| • "Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04 |
|
|
|
| • Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33 |
|
|
|
| • “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29 |
|
|
|
| • Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18 |
|
|
|
| • “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17 |
|
|
|
| • Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14 |
|
|
|
| • Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10 |
|
|
|
| • Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05 |
|
|
|
| • Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01 |
|
|
|
| • Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00 |
|
|
|
| • Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55 |
|
|
|
| • "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42 |
|
|
|
| • Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40 |
|
|
|
| • Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36 |
|
|
|
| • Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25 |
|
|
|
| • "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22 |
|
|
|
| • "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09 |
|
|
|
| • Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03 |
|
|
|
| • “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
| • Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34 |
|
|
|
| • Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26 |
|
|
|
| • ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24 |
|
|
|
| • Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14 |
|
|
|
| • Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09 |
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
|