В«Məndən yazsanız, 100 min manat təzminat qoyduracam boynunzaВ» - Xocavəndin baş həkimi...
Tarix: 13-08-2015, 11:31 | Çap et
 Mərkəzi Xəstəxanada 300 çarpayı fəaliyyət göstərməli olsa da, heç 30 çarpayılıq yerdə yoxdur; baş həkim dövlətin ayırdığı dərmanları Beyləqan apteklərində satdırır; Xocavənd səhiyyə idarəsində çalışan 376 tibb personalından yarıdan çoxu yarımştat fəaliyyət göstərir...
Xocavənd rayon Mərkəzi Xəstəxanasının adı olsa da, özü yoxdur. Bunu Xocavənddə olan AzMedia.info saytının əməkdaşı müşahidə edib. Qeyd edək ki, çox saylı şikayətlər üzərinə saytımızın əməkdaşı Xocavənd Mərkəzi Xəstəxanasında olub. Daxil olan şikayətlərdə göstərilirdi ki, Xocavənd Mərkəzi Xəstəxanası başlı başına buraxılıb. Baş həkimi xəstələr maraqlandırmır və xanım Bəşirovanı yalnız gündəlik В«gəlirləriВ» ilə məşğul olur.
Şikayətçilərdən biri qeyd edir ki, baş həkim Nurəngiz Bəşirova dövlətin Xocavəndə aürüdüğü dərman vətibb pereparatlarını Beyləqanın mərkəzində yerləşən aptekdə satdırır. Bu yolla hər il baş həkim yüz min manatdan artıq gəlir əldə edir. Doğurdan da əmkdaşımız Xocavənd Mərkəzi Xəstəxanasında olarkən dərman şkaflarını tamamilə boş olduğunu müşahidə edib. Hətta şkaflarda adi spirt, pambıq və bint belə qoyulmayıb.
Başqa bir şikayətdə isə qeyd olunurdu ki, şəkər xəstələri üçün dövlət tərəfindən pulsuz ayrılan dərmanları və lazım olan şəkər analizi üçün çubuqlar xəstələrə verilmir. Belə ki, baş həkim şəkər analizi üçün çubuqları apteklərdə 14 manata satdırır. Müraciət edən xəstələrə isə deyilir ki, dövlət dərman və şəkər analizi üçün çubuqları hələ ayırmayıb. Bizə gələndə biz də sizə verəcəyik. Gedin apteklərdən alın.
Qeyd edək ki, bütün bunlarla bağlı əməkdaşımıza baş həkimin köməkçisi bildirib ki, o bu suallara cavab verə bilməz. Başə həkimlə görüşmək istədiyimizi köməkçinin nəzərinə çatdırdıqda isə, o Nurəngiz xanımın xəstə yanında olduğunu söylədi. Halbıki biz xəstəxanada bir nəfər də olsun xəstə ilə rastlaşmadıq. Sakinlərdən öyrəndik ki, ümumiyyətlə xocavəndli xəstələr Xocavənd Mərkəzi Xəstəxanasından uzaq qaçırlar. Onlar ya qanşu rayonlarda, ya da İranda müalicə olunmağa üstünlük verirlər. Bunun səbəbi isə Xocavənd Mərkəzi Xəstəxanasında xəstələrlə heç kimin maraqlanmaması və normal həkim briqadasının olmamasıdır. Ümumiyyətlə bir çox hallarda xəstəxanalarda həkim belə tapmaq olmur.
Bizim israrlarımızdan sonra köməkçi baş həkimin müavini ilə danışmağımızı məsləhət gördü. Lakin baş həkimin müavini də suallarımızı cavablandıra bilməyəcəyini və Nurəngiz xanıma müraciət etməyimizi məsləhət gördü. Nəhayət ki, Nurəngiz Bəşirova otağından çıxdı və elə çıxan kimi də qışqırmağa başladı: В«Sizə kim icazə verib ki, başçıdan (Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovu nəzərdə tutur), icazəsiz burda araşdırma aparırısınız? Siz jurnalistlərin əlindən heç bir iş görəbilmirik. O dəqiqə sizə məlumat verirlər, sizdə ictimailəşdirirsiniz. Əgər məndən yazsanız sizi məhkəməyə verəcəm və 100 min manat təzminat qoyduracam boynunzaВ». Baş həkim bu sözləri söyləyərək gəldiyi kimi də otağına döndü.
Biz isə xəstəxananı tərk etdik. Amma çıxmamışdan öncə bəzi məlumatları da öyrənə bildik. Məlum oldu ki, Xocavənd Mərkəzi Xəstəxanasında 376 tibb personalı çalışır və bu personalın yarıdan çoxu yarımştat fəaliyyət göstərir. Bu isə qanunlara ziddir. Adının çəkilməsini istəməyən xəstəxana işçisi bildirdi ki, baş həkim yarımştat olaraq işə aldığı hər kəsdən 500-700 manat arası pul alıb və onları işə qəbul edib. O adamların heç biri isə işə çıxmır. Bundan başqa sənədlərdə Mərkəzi Xəstəxanada 300 çarpayı göstərilsə də, faktiki olaraq bir neçə palata fəaliyyət göstərir və bu palataların ümumi çarpayı sayı 30-dan azdır. Buna baxmayaraq baş həkim hər ay 300 çarpayıya uyğun xərclər sənədləşdirir və dövlətin pullarını mənimsəyir.
Mənbəmizin bildirdiyinə görə baş həkimin digər qazanc yerlərindən biri də müəllimlərə xəstəlik bülletenləri satmaqdır. Belə ki, təhsil şöbəsi ilə və məktəb direktorları ilə əlbir çalışan baş həkim müəllimlərə 50 manata xəstəlik arayışları satır. Həmin müəllimlər isə məktəblərdə şagirdlərə dərs keçmək əvəzinə ya bazarlarda alver edirlər, ya da usta olaraq şəxsi evlərdə işləyirlər.
Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova rayonun ən varlı insanlarından biri hesab olunur. Rayonda hətta xanım baş həkimin icra başçısı Eyvaz Hüseynovdan heç də kasıb olmadığını bildirdilər.
Qeyd edək ki, zaman-zaman mətbuatda Nurəngiz Bəşirovanın villaları və xaricdə bahalı otellərdə istirahət etməsi barədə məlumatlar yayılıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35 |
|
|
|
| • İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32 |
|
|
|
| • Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27 |
|
|
|
| • Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23 |
|
|
|
| • Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22 |
|
|
|
| • “Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19 |
|
|
|
| • ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
| • "Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04 |
|
|
|
| • Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33 |
|
|
|
| • “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29 |
|
|
|
| • Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18 |
|
|
|
| • “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17 |
|
|
|
| • Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14 |
|
|
|
| • Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10 |
|
|
|
| • Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05 |
|
|
|
| • Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01 |
|
|
|
| • Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00 |
|
|
|
| • Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55 |
|
|
|
| • "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42 |
|
|
|
| • Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40 |
|
|
|
| • Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36 |
|
|
|
| • Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25 |
|
|
|
| • "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22 |
|
|
|
| • "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09 |
|
|
|
| • Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03 |
|
|
|
| • “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
| • Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34 |
|
|
|
| • Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26 |
|
|
|
| • ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24 |
|
|
|
| • Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14 |
|
|
|
| • Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09 |
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
|