Rasim Əliyevin ölümündə adı hallanan həkim müraciət etdi - "Xəstəni yalnız əməliyyat stolunda görmüşəm"
Tarix: 13-08-2015, 10:46 | Çap et
 Avqustun 8-də 5 nəfər tərəfindən amansızlıqla döyülən və yerləşdirildiyi xəstəxanada ayın 9-da vəfat edən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı yaranmış ajiotaj səngimək bilmir. Jurnalistin ölümündə onu döyən idmançılarla yanaşı, onu ölümdən xilas edə bilməyən həkimlər də məsul tutulur.
Onlardan adı daha çox çəkilənlərdən biri də həkim Saday Əliyevdir. Saday Əliyevin barəsində ölkə mətbuatında gedən yazılara cavab olaraq, onun adından redaksiyamıza məktub daxil olub.
Professor Saday Əliyevevin məktubunu olduğu kimi dərc edirik:
"Son günlər sosial şəbəkələrdə mərhum jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar çoxsaylı məlumatlar dərc olunur. Bu məlumatların bir çoxu birmənalı olaraq obyektiv faktlara əsaslandırılmayan “kütlə emosiyası”, populist çıxışlar və böhtan xarakteri daşıyır. Məsələnin məğzindən xəbəri olmayan bəzi insanlar hadisəyə sərbəst, iradi, tərəddüdsüz və birmənalı subyektiv münasibət bildirirlər. Məlumat üçün bir daha xatırladıram ki, mənim mərhum Rasim Əliyevin nə xəstəxanaya qəbulundan, nə onun müayinəsindən və nəzarət olunmasından xəbərim olmayıb və bu proseslərdə iştirak etməmişəm. Onun valideynlərini tanımıram, görməmişəm. Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam. Lakin qeyd etməliyəm ki, əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıbı. Nəticədə xəstənin daxili orqanlarının əksəriyyəti parçalanmış, cırılmış, funksiyasını itirmişdi. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm.
Qeyd etməliyəm ki, alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması).
Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olub. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadır. Allah ona rəhmət eləsin.
Bu hadisənin ən çox narahatlıq törədən tərəflərindən biri də odur ki, sosial şəbəkələrdə birmənalı olaraq xəstənin cərrahların səhvi nəticəsində ölməsi fikri iddia edilir. Bu vəziyyətdən istifadə edən insanlar məsələyə dəxli olmayan, tamamilə böhtan və şantaj xarakterli daşıyan məlumatlarla çıxış edirlər.
Məsələn, şikayətçi Natiq Abdullayev iddia edir ki, guya atası da mənim icra etdiyim əməliyyat nəticəsində ölüb (2014 –cü il).Bu məlumat tamamilə səhv və böhtandır. Mən xəstəni məsul cərrah kimi qəbul etmişəm, diaqnozu dəqiqləşdirmişəm, lakin mənim nəzarətim altında digər cərrahlar onu əməliyyat ediblər. Bu fakt Natiq Abdullayevə heç bir əsas vermir desin ki, guya mən xəstəni əməliyyat etməkdən imtina etmişəm. Mən məsul cərrah, professor kimi işin təşkilinə cavabdehlik daşımışam. Bəzi insanlar xəstəxanaların daxili iş prinsipləri barədə tam diletant olduqları halda, cərrəhın fəaliyyətinin ciddi məqamlarını tam sərbəstiliklə müzakirə etməyə girişirlər. Hərə bir versiya irəli sürür, hərə bir mülahizə yürüdür və dedikləri fikir barədə heç bir hüquqi məsuliyyət daşımırlar. XXI əsr “Linç Məhkəməsi ” qurmaq dövrü deyil!
N. Abdullayevin nəzərinə çatdırıram ki, onun rəhmətlik atası heç də keçirilmiş cərrahi əməliyyatdan yox, ağciyər vərəmi xəstəliyinin ağırlaşması nəticəsində ölüb. Təəssüf hissi doğuran odur ki, N. Abdullayevin doğma atasının sağlamlıq vəziyyəti barədə məlumatı olmamışdı. Bəzi insanların bu cür “ psixoloji affekt” (oyanma) xarakteri daşıyan çıxışları bir növ səsi eşidən, lakin onun haradan gəldiyini bilməyən insanın hərəkətinə bənzəyir. Bir nəfər emosional vəziyyətdə əsassız və böhtan xarakterli məlumat verir, işin əsasından məlumatsız kütlə onu təkrar edir. Bu cür insanlar heç də mərhumun və onun ailəsinin halına yanmaq hissi ilə yox, özlərinə sərf edən, böhtan, qərəzçilik və şantaj xarakteri daşıyan “ajiotaj” yaratmaq mövqeyi ilə çıxış edirlər. Mən belə insanları obyektivliyə, ədalətə və şəffaflığa çağırıram. Biz sivil qanunlar əsasında inkişaf edən ölkədə yaşayırıq. Ona görə də populistik və ucuz effekt xarakteri daşıyan çıxışlardan, emosiyalardan uzaq olmaq lazımdır.
Mən bir daha mərhum Rasim Əliyevin ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı verirəm, Allahdan onlara səbr diləyirəm. Allah rəhmət eləsin".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35 |
|
|
|
| • İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32 |
|
|
|
| • Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27 |
|
|
|
| • Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23 |
|
|
|
| • Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22 |
|
|
|
| • “Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19 |
|
|
|
| • ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
| • "Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04 |
|
|
|
| • Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33 |
|
|
|
| • “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29 |
|
|
|
| • Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18 |
|
|
|
| • “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17 |
|
|
|
| • Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14 |
|
|
|
| • Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10 |
|
|
|
| • Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05 |
|
|
|
| • Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01 |
|
|
|
| • Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00 |
|
|
|
| • Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55 |
|
|
|
| • "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42 |
|
|
|
| • Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40 |
|
|
|
| • Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36 |
|
|
|
| • Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25 |
|
|
|
| • "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22 |
|
|
|
| • "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19 |
|
|
|
| • Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09 |
|
|
|
| • Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03 |
|
|
|
| • “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58 |
|
|
|
| • “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45 |
|
|
|
| • Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34 |
|
|
|
| • Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26 |
|
|
|
| • ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24 |
|
|
|
| • Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14 |
|
|
|
| • Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09 |
|
|
|
| • NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57 |
|
|
|
| • Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45 |
|
|
|
| • Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44 |
|
|
|
| • Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39 |
|
|
|
| • Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37 |
|
|
|
| • Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34 |
|
|
|
| • Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32 |
|
|
|
| • "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30 |
|
|
|
| • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26 |
|
|
|
| • Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04 |
|
|
|
| • Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
| • Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40 |
|
|
|
| • Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34 |
|
|
|
| • Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24 |
|
|
|
|