Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                 

Nazirimizin bankda 10 milyonu batır - Belə deyirlər...
Tarix: 5-08-2015, 09:00 | Çap et
Nazirimizin bankda 10 milyonu batır
“Bank Technique”də yaranmış vəziyyətlə bağlı ötən saylarımızda məlumat vermişdik. Məlumatda iddia olunurdu ki, bankda vəziyyət son dərəcədə pisləşib. Fiziki və hüquqi şəxslər vəsaitlərini ordan çıxara bilmirlər. Buna görə də bank rəhbərliyi ilə müştərilər arasında ciddi qalmaqal yaranıb. Bankın Babək prospektində yerləşən baş ofisində hər gün qarşıdurma yaşanır. Ötən həftənin sonlarında “Bank Technique” bu xəbərlərlə bağlı press-reliz yaydı. Orda göstərilirdi ki, bank tam müflis olmayıb. Amma bankın bir çox qurumlarla əməkdaşlığı dayandırdığı, o cümlədən ixtisarlara getdiyi etiraf olunurdu.

Ötən gün vəziyyəti yerindəcə dəqiqləşdirmək, yayılan məlumatların nə dərəcə düzgün olub-olmadığını aydınlaşdırmaq üçün müxbirimiz “Bank Technique”nin baş ofisində olub.
***
Əməkdaşımız baş ofisdə qələbəliklə rastlaşıb. Müxbirimizin qeydləri: “Ofisə gələn əmanətçilər pullarını geri çəkmək üçün növbəyə dayanırlar. Bankın durumu əmanətçiləri çox narahat edir. Növbə gözləyən əmanətçilərdən birinə yaxınlaşıb pullarını geri çəkməsinin səbəbi ilə maraqlandıq. Əmanətçi dedi ki, ”qara gün" üçün əlində olan 20 min manatı banka yatırıb. “Bu bank yaxşı faizlər verirdi. Evimi satıb pulun bir hissəsini gətirib qoymuşdum bura. İldə 1 dəfə faizləri alıb başımıza çarə qılırdıq. İndi deyirlər ki, burada da vəziyyət çətindir. Pulu geri almaq istəyirəm, neçə gündür gedib-gəlirəm. Deyirlər verəcəklər. Amma vermirlər. Camaat da dayanıb, pulunu almaq istəyir. Hərəyə bir adla pulu vermirlər” - deyə əmanətçi bildirib.

Bankda olduğumuz vaxtda bir çox müştərilərin kassalara yaxınlaşıb pulları geri almaq üçün danışıqlar apardıqlarının şahidi olduq. Bank rəhbərliyi ilə görüşüb yaranmış vəziyyətlə bağlı açıqlama almaq istədik. Qapıdakı nəzarət məntəqəsində əyləşən yaşlı bir əmanətçini nişan verən mühafizəçi “müştəri 2 saatdır oturub gözləyir, hələlik heç kim yoxdur”, dedi. Bankın mətbuat xidmətinin rəhbəri ilə görüşmək niyyətimiz də baş tutmadı. Mühafizəçi az əvvəl xidmət rəhbərinin bir çox işçilər kimi tutduğu vəzifədən azad edildiyini söylədi".

***

Özəl mənbələrin “Yeni Müsavat”a verdiyi məlumata görə, “Bank Technique”də vəziyyət hər gün daha da pisləşir. Qaynağımız deyir ki, bankda xeyli dövlət qurumunun vəsaiti hələ də qalmaqdadır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bankla əməkdaşlığı dayandırsa da, 10 milyon manat pulu hesabdan çəkə bilmir. Nazir Heydər Əsədov dəfələrlə bank rəhbərliyinə müraciət etsə də, deyilənə görə, ortada nəticə yoxdur. Bizə çatan məlumatda o da bildirilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident Administrasiyasına, baş nazir Artur Rasizadəyə də şikayət edib. Lakin hər iki instansiya ona deyib ki, nazirliyin pulunu bankdan çıxarmasına hər hansı köməklik göstərə bilməyəcəklər.

Bakı Metropoliteninin də “Bank Technique”də xeyli pulunun “ilişib” qaldığı deyilir. Bank metropolitenlə əməkdaşlığı dayandırsa da, onlar hesabdakı qalıq pulu çəkə bilmirlər. Məlumatlara görə, Bakı Metropoliteninin “Bank Technique”də 2 milyona yaxın vəsaiti qalır.
Bankda hesabı olan qurumlardan daha bir neçəsinin adı bizə məlumdur: notariuslar, Baş Dövlət Yol Polisi İdarəsi, “Santral Elektrik” şirkəti və s. Adıçəkilən qurumlar öz hesablarını bankdan çıxarsalar da müəyyən məbləğdə pullarının hesablarda qaldığı bildirilir.
Əmanətçilərin redaksiyaya verdiyi bilgilərə görə, pulunu istəyən əksər müştərilər, o cümlədən dövlət qurumlarının rəhbərləri açıqca şantaja, təhdidə məruz qalır. Xəbər qaynaqlarımız iddia edir ki, depozit sahiblərini hüquq-mühafizə orqanları ilə hədələyib geri çəkilmələrini, hətta puldan imtina etmələrini tələb edirlər.

Redaksiyaya çatan xəbərlərdə başqa nüanslar haqda da söhbət açılır. Onlardan bir neçəsinə nəzər salaq. Məsələn, deyilənə görə, müştərilərin cari hesablarından tutulan vergilər dövlətə ödənmir. Bankda hazırda depozitlərin və cari hesabların üst-üstə 250 milyon civarında olduğu deyilsə də heç bir əməliyyat aparılmadığı söylənir.

Xatırladaq ki, bu ilin may ayında “Bank Technique”də ciddi yoxlamalar olub. Qaynağımızın dediyinə görə, həmin vaxt bankın İdarə Heyətinin sədri Rövşən İsmayılov 3 gün həbsdə olub. Onun fiziki təzyiqlərə məruz qaldığı haqda da xəbərlər dolaşır. Düzdür, o ərəfələrdə R.İsmayılov mətbuata açıqlamasında bunları təkzib etmişdi, amma mənbəmiz israrla iddia edir ki, deyilənlər həqiqətdir...

Bankın filial binalarının satışa çıxarıldığı barədə də məlumatlar var. Deyilənə görə, Quba, Xaçmaz, Neftçala, Qaradağ, Tovuz və s. rayonlardakı filialların binaları satışa çıxarılıb. Lakin bu əmlakları hələ də alan yoxdur.

Bank haqqında başqa bir maraqlı xəbər də almışıq. Həmin xəbərdə bildirilir ki, “Araş Medical” firmasının “Bank Technique”də 15 milyon manat vəsaiti batıb. Bu firmanın Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevə məxsus olduğu da iddia edilir. “Bank Technique”də yeyintilərlə bağlı yoxlamaların məhz “Araş Medical” firmasının hesabındakı pulların yoxa çıxmasından sonra intensivləşdiyi də bizə gələn xəbərlər sırasındadır.

Xatırladaq ki, “Bank Technique” 2012-ci ilin yazından Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin tabeçiliyə verilmişdi. 2015-ci ilin martında C.Hacıyev Beynəlxalq Bankın rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun nəzarətindəki banklarda külli miqdarda yeyinti faktları aşkarlandı. 40-dan çox iş adamı Beynəlxalq Bankdan götürüb qaytarmadığı kreditlərə görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Sonradan onlar kreditləri qaytaracaqları haqda öhdəlik götürdükləri üçün sərbəst buraxıldılar. Lakin “Beynəlxalq Bank işi”nə görə bu günə kimi barəsində həbs-qətimkan tədbiri seçilmiş bir neçə iş adamı, bank işçisi var.

“Bank Technique” də məhz C.Hacıyevin nəzarətində olduğundan məlum olaylarda orada da yoxlama aparıldı. Yoxlamalar zamanı ciddi maliyyə pozuntuları üzə çıxdı. Məlum oldu ki, Beynəlxalq Bankda olduğu kimi “Bank Technique”də də kassalar boşaldılıb.

Ekspertlər hər iki bankın kassalarının boşaldılmasını, milyardlarla manat pulun yeyilməsini dövlətə qarşı maliyyə sabotajı hesab edirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45
SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Dünən, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Dünən, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru