"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb .....                     Səhiyyə Nazirliyində yeni təyinat .....                     Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... .....                     Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? .....                     “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” .....                     Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, .....                     Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq .....                     Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                     Naxçıvan Ali Məclisinin nəşriyyatı .....                     Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi .....                     Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ .....                     "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" .....                     Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır .....                     İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti .....                     Vahid Məhkəmə Portalında növbəti çətinlik .....                     Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb .....                     Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı .....                     Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq .....                     Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj .....                     Rusiya-NATO gərginliyi VƏ... .....                     Rusiyadan Bakıya sıçrayan təhlükə .....                     Biz harda nə qədərik? .....                     “Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək .....                     Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək .....                     "Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" .....                     `Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR .....                     Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? .....                     Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib .....                     Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                     Növbəti hədəf Qod Nisanov ola bilərmi? .....                     Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır .....                     "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" .....                     Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                 

Dövlət dili haqqında Qanunun icrasına kimlər nəzarət etməlidir?
Tarix: 1-08-2015, 16:39 | Çap et
Dövlət dili haqqında Qanunun icrasına kimlər nəzarət etməlidir?
Bu gün Azərbaycan dili və Əlifba günüdür. Hər il avqustun 1-də həmin günün qeyd edilməsi ilə bağlı 2001-ci il avqustun 9-da prezident Heydər Əliyevin imzaladığı 552 nömrəli fərmandan sonra dilimiz haqqında daha bir neçə qanun və fərmanlar imzalandı. Bunlardan ən əsası 2002-ci il sentybrın 30-da prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş Dövlət dili haqqında Qanundur. Təəssüf ki, aramızda bir sıra qanunlar kimi bu sənədin müddəalırını da pozanlar hələ də xeylidir.

Öncə həmin qanunun bəzi hissələrini nəzərinizə çatdırırıq:

“Maddə 1. Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.


****
Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.zərbaycan Respublikası vatəndaşının borcudur.


****
Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi.

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.


****

Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.


7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.


7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.


7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.


****
Maddə 14. Dövlət dilinin əlifbası

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.
****


18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.


***

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dil qaydalarının pozuntularına ictimai şüur və mədəniyyətə daha çox təsir göstərən telekanallarda yer verilməsi acınacaqlı haldır.
Paytaxt və bölgələrimizdə müxtəlif mağaza, xidmət və iaşə obyektlərinin adlarında heç bir zərurət olmadan əcnəbi məfhumlar işlədilir. Məsələn, plaza" (saray), center (mərkəz), women (qadın), art (sənət), store (dükan), baby (uşaq) və s. Belə nümunələrin sayı yüzlərlədir. Milli dövlətçiliyinə, qanunlara hörmət edən heç bir ölkədə ana dilinin bu cür ayaqlanmasına yol verilmir.

Əcnəbi dillərdə yazılarla yanaşı küçə və prospektlərimizdə elementar dil normalarının, orfoqrafik qaydaların pozulması hallarına da rast gəlinir. Məsələn, "ehtiyat" əvəzinə "ehtiyyat", "sifariş" əvəzinə "sipariş" və s. Yaxud bəzi xidmət və ya məhsulların adları dövlət dilində yox, rus, ya ingilis dilində yazılır: çilingər, əvəzinə "silesar", "dondurma" yerinə "marojna" və s. “Ayaqqabı” sözünün Bərdə rayon bazarında rast gəldiyimiz və fotoda gördüyünüz yazılışı isə heç bir əndazəyə sığmır…
Prezident İlham Əliyevin 2013-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan dilinin uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda proqramın məqsədləri siyahısındakı maddələrdən biri də belədir: "...4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi".

Eyni zamanda Dövlət Proqramının müxtəlif aspektlərdən icrası üçün cavabdeh dövlət qurumlarının siyahısı və tədbirlərin icra müddəti aydın şəkildə göstərilib.

Nəql etdiyimiz problemlə bağlı sözügedən qanunun aşağıdakı müddəalarını nəzərinizə çatdırırıq:
"...6.1.5. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması

İcraçılar:
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
İcra müddəti:
2013-2014
6.3.8.

Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata " keçirilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,
Mədəniyyət və Turizm Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları və bələdiyyələr.
İcra müddəti -2013-2015”
Bu gün paytaxt Bakının, eləcə də digər rayon və şəhərlərimizin küçələrində rast gəlinən dil və əlifba pozuntuları göstərir ki, dövlət başçısının təsdiqlədiyi proqramın icra müddəti bitməsinə baxmayaraq keçirilməsində qüsurlar xeylidir. Hafta.az saytı və “Həftə içi” qəzeti bu mövzuda tənqidi yazılarını davam etdirəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03
Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02
Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47
Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40
Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29
Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30
Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28
Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05
Biz harda nə qədərik?
Bu gün, 09:03
“Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59
Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49
`Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35
Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru