"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                 

Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Tarix: 3-08-2025, 20:27 | Çap et

“Avropada artıq narkoman millət kimi tanınmağa başlayırıq”. Vəkil Mehman Muradlı məhkəmə statistikasının ortaya çıxardığı acı mənzərəni sosial media hesabında bu sözlərlə ifadə edib. Onun səsləndirdiyi bu fikir təkcə fərdi narahatlıq deyil, həm də ölkəmizin gələcəyi üçün ciddi SOS siqnalıdır. Məhkəmə statistikasında narkotiklə bağlı cinayətlərin ildən-ilə artması, az qala hər ailənin gündəminə sirayət edən narkotik kabusu, bu problemin artıq fərdi yox, milli bəla halını aldığını göstərir. Ən acınacaqlısı isə budur ki, bu təhlükə təkcə hüquq-mühafizə orqanlarının və ya səhiyyə sisteminin çərçivəsində həll olunacaq sadə bir məsələ deyil. Bu, cəmiyyətin mənəvi dayaqlarını sarsıdan, gənc beyinləri məhv edən, ailələri dağıdan və bütövlükdə xalqın genetik sağlamlığına zərbə vuran sosial fəlakətdir.
 
Azərbaycan cəmiyyəti bu gün narkomaniyanın qaranlıq girdabına düşmək üzrədir. İşsizlik, gənclərin mənəvi boşluqda qalması və ailə nəzarətinin zəifləməsi bu problemin əsas səbəbləri kimi önə çıxır. Təbii ki, məsələ təkcə hüquqi deyil, həm də sosial, psixoloji və mədəni bir problemdir. Cəmiyyət artıq ayılmalı və bu təhlükəyə qarşı ciddi şəkildə səfərbər olmalıdır.
Sözügedən mövzu ilə bağlı təkliflərini daha detallı formada qeyd edən Mehman Muradlı Sherg.az-a açıqlamasında Azərbaycanda narkotik vasitələrlə bağlı cinayətlərin sayının sürətlə artdığını vurğulayıb. O, Dövlət Statistika Komitəsinin məlumatına istinadən qeyd edib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə bu sahədə müəyyən azalma müşahidə olunsa da, hazırkı statistika daha narahatedicidir. Belə ki, hazırda narkotiklərlə bağlı cinayətlər ümumi cinayətlərin üçdə birindən çoxunu təşkil edir. Bu rəqəmlər narkomaniyanın cəmiyyətdə dərinləşən bir problemə çevrildiyini göstərir.
 
M.Muradlının fikrincə, narkotik cinayətləri ilə bağlı məhkəmələrdə bəraət hallarının artması da diqqət çəkir:
“Məhkəmə sistemində iş yükünün çoxluğu səbəbindən bu kateqoriyadan olan işlərə kifayət qədər diqqət yetirilmir. İttiham aktları çox vaxt səthi şəkildə hazırlanır və işlər "başdansovdu" şəkildə yekunlaşdırılır. Bu səbəbdən birinci instansiya məhkəməsində narkotik ittihamı ilə azı 2 il həbsdə saxlanılan şəxslər sonradan apellyasiya və Ali Məhkəməyə müraciət edərək bəraət alırlar. Azadlığa çıxdıqdan sonra isə dövlətə qarşı kompensasiya tələbləri irəli sürürlər. Nəticədə, hüquqi sistemdəki bu boşluqlar büdcəyə əlavə yük yaradır və məsələ kökündən həllini tapmır”.
 
Vəkilin sözlərinə görə, narkotik maddə istifadəsinin kökündə sosial problemlər dayanır:
“Ədalətsizliklə üzləşən, işsiz və gəlirsiz qalan insanlar alternativ yollar axtarmağa məcbur olurlar, bəziləri dinə yönəlir, bəziləri isə narkotik maddələrə qurşanır. Burada söhbət narkotik istifadəçilərindən gedir, narkotik maddələrin satışını təşkil edən "bariqa"lardan yox. Onların məsələsi ayrı kateqoriyadır. Onu da deyim ki, son illərdə bazara keyfiyyətsiz, kimyəvi tərkibli narkotiklərin buraxılması vəziyyəti daha da ağırlaşdırır. Cəmi 1-2 dəfə istifadə edən insanlar asılı hala düşürlər və ondan sonra bu asılılığın qarşısını almaq getdikcə çətinləşir. Azərbaycanda narkotik vasitələrin istifadəsi ilə bağlı qanunvericilik son illərdə xeyli sərtləşdirilib. Məsələn, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi çərçivəsində ittiham olunan şəxsləri həbs edirlər, 234.1.1-də də həbs edirlər. Yenə 234.1 maddəsində alternativ cəzalar nəzərdə tutulub, 234.1.1 üzrə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur ki, bu da istifadəçinin üzərində aşkarlanan maddənin çəkisinə görə müəyyən edilir. Bu yanaşmanı sərt və qeyri-effektiv hesab edirəm. Narkomanların vəziyyətini də siqaret çəkənlərin vəziyyəti ilə müqayisə etmək olar. Təsəvvür edin, sabahları qanun qəbul ediləcək ki, siqaret çəkənlər inzibati xətalar məcəlləsini pozduqları üçün həbs olunacaqlar”.
 
Siqaretlə narkotik maddə arasında mahiyyətcə böyük fərq olmadığını deyən M.Muradlı, belə cəza siyasətinin nə insanları yayındırdığını, nə də problemin kökünü kəsdiyini vurğulayıb:
“Narkotik vasitələrin istifadəsinə münasibət köklü şəkildə dəyişməlidir. Qeydiyyatda olan istifadəçilərin həkim nəzarəti altında bu maddələri əldə etməsinə şərait yaradılmalıdır. Belə olan halda həm qara bazar aradan qalxacaq, həm də “bariqa”ların satdığı kimyəvi, zəhərli maddələrin dövriyyəsi azalacaq. Təmiz, nəzarətli maddələr isə daha az asılılıq yarada bilər: “Bu təcrübə bir sıra Avropa ölkələrində, məsələn, Hollandiyada sınaqdan keçirilib və uğurlu nəticələr əldə olunub. Bu ölkələrdə narkotik maddələr açıq şəkildə satılır, lakin ciddi nəzarət və reabilitasiya sistemi mövcuddur”.
 
Vəkilin fikrincə, maarifləndirmə tədbirləri də gözlənilən nəticəni vermir. Əksinə, bu sahədə aparılan maarifləndirici tədbirlər bəzi gənclərdə maraq doğurur:
“Nədir bu narkotik ki, ona qarşı bu qədər sərt və aqressiv münasibət var?”- düşüncəsi yaranır və bu da istər-istəməz yeni istifadəçilərin ortaya çıxmasına səbəb olur: “Ən ciddi problemlərdən biri də narkotik istifadəçilərinin cəza müddəti başa çatdıqdan sonra cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Onlar azadlığa çıxdıqdan sonra iş tapa bilmirlər, sosial dəstək almırlar və nəticədə yenidən köhnə mühitə qayıdırlar. Bu şəxsləri cinayətkar deyil, xəstə kimi qəbul edib müalicəyə yönəltmək daha düzgün və insanidir. İllərlə həyata keçirilən maarifləndirmə tədbirləri və qanunvericiliyin sərtləşdirilməsi narkomaniya ilə mübarizədə nəticə verməyib”.
O, narkotik maddə istifadəçilərinə qarşı daha humanist yanaşma, sosial dəstək və reabilitasiya yönümlü siyasətin vacib olduğunu bildirir. Yalnız bu halda həm insan hüquqları qorunacaq, həm də real nəticələr əldə etmək mümkün olacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru