Ağdamda idman siyasəti sıfır səviyyəsində... - Narazılıq var
Tarix: 11-06-2015, 12:03 | Çap et
 Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa olunmuş Ağdam Olimpiya İdman Kompleksinin baxımsız vəziyyətə düşməsindən son dərəcə narahat olan yerli idmansevərlər müxtəlif instansiyalara müraciətlər göndərməkdə davam edirlər. Məlum olduğu kimi Ağdam Olimpiya İdman Kompleksi 2008-ci ildə istifadəyə verilib. Yerli ictimaiyyəti düşündürən əsas məqam isə budur ki, bütün bu illər ərzində kompleksin saxlanması üçün dövlət büdcəsindən hər ay kifayət qədər vəsait ayrılsa da, ümumi vəziyyət nəyə görə bu qədər acınacaqlıdır? Kompleksin nəzdindəki stadionun giriş qapısında setkaların olmaması, mərkəzi meydançanı ağuşuna alan alaq otlarının varlığı, meydançanın bəzi yerlərində deşiklərin əmələ gəlməsi və sairə bu kimi problemlərin varlığı, bir daha sübut edir ki, burada baxımsızlıq mühiti hökm sürməkdədir. Bu da nəticə etibarilə, zaman-zaman xoşagəlməz problemlərin əmələ gəlməsinə səbəb olur. Maraqlıdır ki, hələ bir neçə il bundan əvvəl ölkə mətbuatında Ağdam Olimpiya İdman Kompleksinin direktoru Vaqif Balakişiyevin, yarıtmaz fəaliyyəti səbəbindən öz vəzifəsindən azad olunduğuna dair məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda bildirilirdi ki, “Qarabağ” futbol klubunun Quzanlıda ev oyunlarını keçirdiyi zaman, Vaqif Balakişiyev komandanın üzvlərinə olmazın əziyyət verirmiş. Futbolçular yataq yerlərinin narahatlığından, yuyunmaq üçün bəzən su olmadığından gileylənirdilər. Məlumata görə, bundan xəbər tutan icra başçısı Nizami Sadıqov isə, Vaqif Balakişiyevə qəzəblənərək, ondan ərizə yazmağı tələb etmişdi. Lakin görünür bir müddət sonra icra başçısının qəzəbi soyuyub. Vaqif Balakişiyev isə bu gün də öz əməllərinə davam etməkdədir. Məhz bu əməllərin nəticəsi olaraq, hazırda stadionun ot örtüyü və oturacaqlar artıq demək olaki, istifadəyə tam yararsızdır. Ətrafda yaranmış zibilliyin qoxusundan əraziyə yaxın gəlmək qeyri-mümkündür. Kompleksin otaqlarındakı qapı və pəncərə şüşələrinin sınıq olması, soyunub-geyinmək otaqlarının xoşagəlməz vəziyyətə düşməsi, futbolçuların keçirilən yarışlardan sonra soyunub atdıqları corabların stadionda qalması, mərkəzi meydanın kənarındakı ağ xətlərin xoşagəlməz körkəmdə olması ümumi mənzərəni bir qədər də cansıxıcı edir. İdmançıların gecələməyi üçün nəzərdə tutulan motel isə yüngül əxlaqlı qadınların görüş yerinə çevrilib. İddialara görə kompleksin nəzdində olan otaqları direktor kənar şəxslərə bir gecə qalmaq üçün 40-45 manata verir. Əldə olunan gəlirləri isə, kompleksə aid problemlərin aradan qaldırılmasına deyil, yalnız şəxsi məqsədlərinin həllinə yönəldir. Belə ki, aldığımız açıqlamaya görə kompleksin saxlanılmasına ayrılan dövlət vəsaitlərinin müəyyən bir hissəsi də Ağdam RİH-nin binasının yaxınlığında inşa olunan və Vaqif Balakişiyevə məxsus olduğu bildirilən villanın tikintisinə yönəldilib. Digər tərəfdən də son illər ərzində Vaqif müəllimin çoxsaylı kommersiya obyektlərinə, o cümlədən restorana və hətta “Land Cruiser” markalı avtomobilə sahib olması da müəyyən şübhələrə yol açır. Mənbələrin iddialarına görə Vaqif Balakişiyev sahib olduğu var-dövlətə məhz büdcədən ayrılan vəsaitləri və kompleksdən gündəlik əldə etdiyi qeyri-qanuni gəlirləri mənimsəməklə nail olub.Məlumdur ki, bu gün Azərbaycan dövləti ölkəmizdə idmanın inkişafına diqqət və qayğını daim artırır və bu yolda əmələ gələn problemlərin aradan qaldırılması üçün büdcədən külli-miqdarda vəsaitlər də ayrılır. Bunun müqabilində isə Vaqif Balakişiyev kimi məmurlar bilərəkdən dövlətimizin idman siyasətinə qarşı çıxarraq, rəhbərlik etdikləri sahədə xaos yaradır, düşünülmüş şəkildə idmanımızı məhvə sürükləyirlər. Görəsən Ağdam Olimpiya İdman Kompleksinin direktoru bu dağıdıcı fəaliyyəti ilə hansı qüvvələrin maraqlarını təmin etməyə çalışır?

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Bu gün, 16:49 |
|
|
|
| • İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Bu gün, 16:45 |
|
|
|
| • “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Bu gün, 16:29 |
|
|
|
| • “Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Bu gün, 16:22 |
|
|
|
| • Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Bu gün, 16:15 |
|
|
|
| • Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Bu gün, 16:09 |
|
|
|
| • Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:04 |
|
|
|
| • Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Bu gün, 15:59 |
|
|
|
| • Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Bu gün, 15:47 |
|
|
|
| • Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Bu gün, 15:46 |
|
|
|
| • "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Bu gün, 15:28 |
|
|
|
| • Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Bu gün, 15:23 |
|
|
|
| • Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Bu gün, 15:16 |
|
|
|
| • Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Bu gün, 15:05 |
|
|
|
| • İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Bu gün, 14:58 |
|
|
|
| • NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Bu gün, 14:56 |
|
|
|
| • "O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Bu gün, 14:45 |
|
|
|
| • Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Bu gün, 14:31 |
|
|
|
| • "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Bu gün, 14:28 |
|
|
|
| • Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:25 |
|
|
|
| • Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Bu gün, 14:22 |
|
|
|
| • Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Bu gün, 14:08 |
|
|
|
| • "Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Bu gün, 14:03 |
|
|
|
| • Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Bu gün, 13:58 |
|
|
|
| • Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Bu gün, 13:54 |
|
|
|
| • "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Bu gün, 13:48 |
|
|
|
| • Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Bu gün, 13:47 |
|
|
|
| • "Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Bu gün, 13:04 |
|
|
|
| • Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Bu gün, 13:02 |
|
|
|
| • ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Bu gün, 12:58 |
|
|
|
| • Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Bu gün, 12:44 |
|
|
|
| • IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Bu gün, 12:37 |
|
|
|
| • 4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
| • Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
| • Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18 |
|
|
|
| • Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14 |
|
|
|
| • Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04 |
|
|
|
| • Flora Kərimovanın səhhəti necədir?
Bu gün, 12:01 |
|
|
|
| • NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - İLGİNC İDDİA
Bu gün, 11:55 |
|
|
|
| • Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46 |
|
|
|
| • Autizmli uşağın anası: - "Ailələlər böyük maddi yükün altında əzilir"
Bu gün, 11:42 |
|
|
|
| • “Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:32 |
|
|
|
| • Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır - NARAZILIQ VAR...
Bu gün, 11:27 |
|
|
|
| • AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? - NHMT sədri soruşur ki...
Bu gün, 11:18 |
|
|
|
| • "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq - TƏDARÜK VAR...
Bu gün, 11:12 |
|
|
|
| • Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... - NƏ BAŞ VERİR?
Bu gün, 11:10 |
|
|
|
| • “Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08 |
|
|
|
| • ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07 |
|
|
|
| • Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03 |
|
|
|
| • “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02 |
|
|
|
|