ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                     Moskva caynağını çox dərinə ilişdirib .....                     Bakının İrəvandakı əsas adamı kimdir? .....                     Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb .....                     Əgər universitet dünya elminə təsir etmirsə... .....                     1 həftədir su borusu partlayıb... .....                 

100 ilin intriqası: Putin İrəvana, Narışkin Çanaqqalaya...
Tarix: 10-04-2015, 10:15 | Çap et
100 ilin intriqası: Putin İrəvana, Narışkin Çanaqqalaya...
Həm qondarma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə İrəvanda keçiriləcək tədbirlərə, həm də Çanaqqala döyüşlərinin 100 illiyinə həsr olunmuş tədbirlərə dəvət alan Rusiya prezidenti Vladimir Putin “əsrin intriqası” ilə qarşı-qarşıyadır.

Nəzərə alanda ki Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostu, Türkiyə isə Avrasiya qitəsində ən mühüm partnyorudur, o zaman Kremlin hansı dilemma ilə üzləşdiyini təxmin etmək çətin olmaz.

“Kommersant” yazır ki, bu səbəbdən Kreml İrəvan və Ankara arasında balans saxlamağa məcburdur. Ona görə də eyni vaxtda keçiriləcək və bir-birinə alternativ olan iki tədbirdə yüksək səviyyədə iştirak imkanlarını nəzərdən keçirir. Qəzetin əldə etdiyi məlumatlara görə, Ermənistana prezident Vladimir Putin, Türkiyəyə isə Dövlət Dumasının spikeri Sergey Narışkin gedəcək.

Virtualaz.org saytının da xəbər verdiyi kimi, Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də İrəvana səfər edəcəyi haqda ilk məlumat martın ikinci yarısında, Ermənistan prezidenti Serj Sərkisyanla Putin arasında telefon danışıqlarından sonra meydana çıxdı. Belə səfərin mümkünlüyü haqda əvvəlcə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi.

Daha sonra Dövlət Dumasının spikeri Sergey Narışkin Putinin İrəvana gedəcəyini təsdiqlədi.

“Yəqin ki, bizim ölkələrimizin münasibətlərinə prezident Vladimir Putinin “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün İrəvana edəcəyi səfər yeni impuls verəcək” - deyə Narışkin bildirdi.

Səfərə hazırlıq getdiyini Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın bundan bir həftə sonra Moskvaya səfəri də təsdiq edə bilərdi. Belə ki, Putin İrəvana səfər edəcəksə, təkcə “soyqırımı” mərasimlərində iştirakla kifayətlənməyəcək, onun Ermənistan rəhbərliyi ilə müzakirə etməli olduğu daha vacib məsələlər də var. Məsələn, Dağlıq Qarabağ münaqişəsi.

Nalbəndyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirdi ki, İrəvanda prezident Putini gözləyirlər. O, Ermənistan və Rusiya dövlət başçılarının yaxın müddət ərzində iki dəfə görüşəcəklərini - əvvəlcə İrəvanda, daha sonra Moskvada Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə bir araya gələcəklərini bildirib.

Beləliklə, Putinin İrəvana səfəri həll edilmiş məsələ sayıla bilərdi. Lakin aprelin 9-da Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində gözlənilmədən hadisələri tələsdirməməyə çağırdı. Peskov bildirdi ki, İrəvana səfər “əvvəlki kimi nəzərdən keçirilir”, daha sonra çoxmənalı tonda əlavə etdi: “Biz müvafiq məlumat verəcəyik”.

Peskov Moskvanın “soyqırımı” təbirlərində iştirakı məsələsinə yeni intriqa qataraq əlavə edib ki, Rusiya Çanaqqala döyüşlərinin yüz illiyində də yüksək səviyyədə təmsil olunacaq, Rusiyadan bu mərasimlərə kimin gedəcəyini Peskov dəqiqləşdirməyib. Bununla belə “Kommersant”a məlum olub ki, İrəvana hər halda Putin gedəcək, Narışkin isə Türkiyədəki mərasimlərə qatılacaq.

Taleyin ironiyasıdır ki, Çanaqqala döyüşlərində Rusiyanın o vaxtkı müttəfiqləri - İngiltərə və Fransa məğlub olublar.

“100 il sonra Ermənistan və Türkiyə I dünya müharibəsinin hadisələrini onların indiki geosiyasi maraqları kontekstində təqdim etmək üçün gərgin səylər göstərirlər. Ermənistan erməni diasporunun dəstəyi ilə İrəvanda “soyqırımı” tədbirləri təşkil edib və orada Fransa prezidenti Fransua Ollandın, ABŞ vitse-prezidenti Cozef Baydenin və digər nüfuzlu qonaqların iştirakını gözləyir. Türkiyə isə bu tədbirlərin rezonansını zəiflətmək üçün Çanaqqala döyüşlərinin 100 illiyini məhz aprelin 24-nə təyin edib” - deyə “Kommersant” yazır.

Rusiyalı ekspertlər deyirlər ki, Putin hər iki tədbirə dəvət almaqla çətin vəziyyətə düşüb. Ona görə də ən yaxşısı o olardı ki, hər iki tədbirə getməsin.

Moskvadakı “Karnegi” mərkəzinin direktoru Aleksey Malaşenko təklif edir ki, Putin hər iki tədbirə prezident komandasının üzvlərini göndərə bilər və bu, ən optimal variantdır.

Erməni mənşəli politoloq Boris Tumanov isə bu fikirlə qətiyyən razı deyil. Hesab edir ki, Putin hökmən İrəvana getməlidir. Əks halda Moskva ilə İrəvan arasında münasibətlərdə status-kvo pozula bilər. Onsuz da Ermənistan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq hücum silahları satmasından narazıdır.

Rusiya xarici işlər nazirinin keçmiş müavini, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Andrey Fyodorov isə hesab edir ki, indiki situasiyada Rusiyanın balansı saxlaması mürəkkəb məsələdir. Bir tərəfdən, Rusiyanın Ermənistanla ənənəvi müttəfiqliyi, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Moskvanın qarşısında ciddi öhdəliklər qoyur. O biri tərəfdənsə Türkiyə ilə münasibətlərdə xüsusən energetika əməkdaşlığı nəzərə alınarsa, oyuna həddən artıq yüksək stavka qoyulub.

“Ona görə də optimal variant bu olardı ki, Putin İrəvana getsin, ancaq səfəri təkcə “soyqırımı” tədbirlərinə həsr etməsin” - deyə ekspert bildirib.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland da “soyqırımı” mərasimlərinə qatılacaq. Lakin Olland bu mərasimlərdə iştirakını çox yaxşı balanslaşdırıb - Ermənistanla eyni vaxtda Azərbaycana da səfər etməyə qərar verib.

Bu isə ənənəvi olaraq erməniyönümlü dövlət hesab olunan Fransanın nümunəsində mühüm detaldır. Olland təkcə İrəvana səfər etməklə Avropanın Cənubi Qafqazdakı ən mühüm partnyoru, yeganə alternativ təbii qaz mənbəyi olan Azərbaycanla münasibətləri zədələmək istəmir. Belə bir vaxtda Putinin ancaq İrəvana səfərlə kifayətlənməsi Bakının narazılığına səbəb olacaq, Türkiyədəki Çanaqqala mərasimlərində Rusiyanın Narışkin səviyyəsində təmsil olunması isə Ankaranın xoşuna gəlməyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru